Icma.az
close
up
RU
Media: Britaniya, Almaniya və Fransanın xarici işlər nazirləri London görüşündə iştirak etməyəcəklər

Media: Britaniya, Almaniya və Fransanın xarici işlər nazirləri London görüşündə iştirak etməyəcəklər

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 23 aprel, AZƏRTAC

Böyük Britaniya, Almaniya və Fransanın xarici işlər nazirləri ABŞ-ın qərarı səbəbindən London görüşündə iştirakdan imtina ediblər.

AZƏRTAC xəbər verir ki, “Sky News” telekanalının məlumatına görə, ABŞ Dövlət katibi Marko Rubio və Donald Trampın xüsusi elçisi Stiven Uitkoffun Böyük Britaniyaya səfərinin ləğvindən sonra Fransa və Almaniyanın xarici işlər nazirləri də analoji addımlar atıblar.

Bu gün Londonda Böyük Britaniya, ABŞ, Fransa, Almaniya və Ukraynanın yüksəkvəzifəli rəsmiləri arasında danışıqlar planlaşdırılıb. Həmçinin burada Ukraynanın xarici işlər naziri Andriy Sibiqa britaniyalı həmkarı Devid Lemmi ilə ikitərəfli görüş keçirəcək.

London görüşündə təqdim edilməsi planlaşdırılan Ukrayna böhranının həlli ilə bağlı Vaşinqtonun əsas təkliflərindən biri Kiyevin Krım yarımadasını Rusiya ərazisi kimi tanımasıdır. Ukraynanın dövlət başçısı Volodimir Zelenski bu variantı qəbul etmədiyini söylədikdən sonra Dövlət katibi Marko Rubio və Stiven Uitkoffun Böyük Britaniyaya səfərləri ləğv olunub. ABŞ Dövlət Departamenti Londonda Birləşmiş Ştatları yalnız Donald Trampın xüsusi nümayəndəsi Keyt Kelloqun təmsil edəcəyini bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Aprel 2025 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see250

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see243

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see238

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see194

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see181

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see181

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see173

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see167

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see152

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see151

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see143

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see133

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see132

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see130

20 istiqamətdə tıxac var

10 Dekabr 2025 08:38see128

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see127

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

10 Dekabr 2025 08:40see126

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see120

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see120

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri