Icma.az
close
up
RU
“Media fəaliyyəti” adı altında informasiya təhlükəsizliyimizə təhdid...

“Media fəaliyyəti” adı altında informasiya təhlükəsizliyimizə təhdid...

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Mətbuat Şurası “Sputnik Azərbaycan”la bağlı bəyanat yayıb

Günümüzün ən mühüm çağırışlarından biri milli təhlükəsizliyin etibarlı şəkildə qorunması, yad müdaxilələrdən müdafiə edilməsidir. Qloballlaşan dünyanın sabitlik və təhlükəsizlik indeksinin ən mühüm meyarlarından sayılan informasiya təhlükəsizliyi məsələsi bu konteksdə ön planda dayanır. Ölkələrin ilk növbədə qorunmalı olduğu məsələlərdən biri məhz inofrmasiya məkanında təhlükəsizliyin təmin olunması, bu platformanın yad təsirlərdən qorunması və təmizlənməsidir.

“Sputnik Azərbaycan”ın jurnalistikadan kənar fəaliyyəti...

Son dövrlərdə Rusiyanın ölkəmizə qarşı qeyri-adekvat davranışları açıq kontekst alıb - illərdir ki, Azərbaycanın yürütdüyü səmimi qonşuluq münasibətlərinə adekvat cavab verməyən Moskva informasiya mübadiləsi məsələsində də hüquq və qanundan kənar addımlar atmağa çalışır. Rusiya məhz medianın əli ilə özünün təsir imkanlarını genişləndirməyə cəhdlər göstərir. Ölkəmizdə də bu kimi fəaliyyətə əl atılmasına niyyətlənib - Moskva məhz “Sputnik” agentliyinin vasitəsilə öz “istəklərini” həyata keçirməyə çalışıb. Bu isə yolverilməzdir və bu kimi faktların qarşısı Azərbaycan dövləti tərəfindən dərhal alınır. Xatırladaq ki, bir neçə gün öncə Azərbaycanın hüquq-mühafizə orqanları “Sputnik Azərbaycan” İnformasiya Agentiliyinin ofisində əməliyyat keçirmişdi. Əməliyyat nəticəsində “Sputnik Azərbaycan”ın direktoru İqor Kartavıx və əməkdaş Yevgeni Belousov barəsində həbs qətimkan tədbiri seçilmişdi. Xətai Rayon Məhkəməsinin qərarı ilə onlar dörd ay müddətinə həbs olunublar - onların hər ikisi Cinayət Məcəlləsinin 178.3.1-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 192.2.2 (küllü miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 192.2.3 (mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1 (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2 (xeyli miqdarda törədildikdə) maddələri ilə ittiham olunurlar.

Qeyd edək ki, Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə fevralın 24-də bildirmişdi ki, “Rossiya Segodnya”nın (Sputnik) Azərbaycandakı nümayəndəliyi ləğv edilib. O söyləmişdi ki, sözügedən qurum yalnız bir müxbir vasitəsilə akkreditasiyadan keçə bilər. Buna baxmayaraq, “Sputnik Azərbaycan”ın fəaliyyətini davam etdirdiyi, əməkdaşlarının işə çıxdığı məlum olub.

Jurnalist fəaliyyəti ilə bağlı olmayan tapşırıqları yerinə yetirmək məqsədilə...

Yeri gəlmişkən, Azərbaycan Mətbuat Şurası bu məsələ ilə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, son illər Rusiya Federasiyası xarici siyasətdə təsir aləti kimi mediadan daha fəal istifadə edir. İnformasiya fəaliyyəti pərdəsi altında ictimai rəyin formalaşdırılması və suveren dövlətlərdə siyasi vəziyyətin sabitliyinin pozulmasına yönəlmiş genişmiqyaslı kampaniyalar aparılır. Başqa ölkələrin daxili işlərinə müdaxilə olan belə hərəkətlər yerli ictimai institutların fəaliyyətini pozur və hakimiyyətlərə etimadın səviyyəsini azaldır. Bu praktika Rusiyanın “Sputnik” agentliyinin və onun əməkdaşlarının fəaliyyətində özünü daha çox büruzə verir. “Rusiya Jurnalistlər İttifaqının “Sputnik Azərbaycan” agentliyinin əməkdaşlarının həbsi ilə bağlı beynəlxalq təşkilatlara, jurnalist və hüquq müdafiəsi assosiasiyalarına ünvanlanan məktubuna cavab olaraq, hadisələrin obyektiv mənzərəsini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmağı vacib hesab edirik. Əvvəla, məktubda faktlar kobud şəkildə təhrif edilir ki, bu da beynəlxalq ictimai rəyi aşkar surətdə manipulyasiya etmək cəhdindən xəbər verir. Açıq məktubda yer alan ifadələrin əksinə olaraq, “Sputnik Azərbaycan”ın rəhbəri İqor Kartavıxın və böyük redaktor Yevgeni Belousovun saxlanılmasının onların jurnalistika sahəsində peşə vəzifələrini yerinə yetirmələri ilə heç bir əlaqəsi yoxdur. Xüsusi vurğulanmalıdır ki, həmin şəxslər Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti (FTX) ilə əməkdaşlıq ediblər və jurnalist fəaliyyəti ilə bağlı olmayan tapşırıqları yerinə yetirmək məqsədilə Azərbaycanda olublar. Bu baxımdan onların saxlanılması mövcud qanunvericiliyə tam uyğun və qanuni müstəvidə həyata keçirilən hüquqi tədbirdir”.

Vurğulandığı kimi, bu şəxslərin həbsi onların peşə fəaliyyəti ilə bağlı deyil. Bu gün Azərbaycanda dünyanın bir çox aparıcı beynəlxalq xəbər agentliklərinin, televiziyaların, informasiya resurslarının yerli nümayəndəliyi fəaliyyət göstərir. Onlar öz fəaliyyətlərini ölkə qanunvericiliyinə əsasən qururlar - “Sputnik Azərbaycan” isə qaydaları pozmaqla həm yerli qanunlara hörmətsizlik edib, həm də əlavə əməkdaşları gizli şəkildə işə çıxarmaqla fərqli maraqların axtarışında olduğunu ortaya qoyub. Ən əsası isə agentlik öz fəaliyyət sferasının kənarına çıxıb.

QRU zabiti, yoxsa “jurnalist”...

Bəyanatda diqqət bir fakta cəlb edilir - “Sputnik Azərbaycan”a əvvəllər bir neçə il Rusiya xüsusi xidmət orqanlarının karyera zabiti, Baş Kəşfiyyat İdarəsi (QRU) ilə sıx bağlı olan Vitali Denisov rəhbərlik edib: “Bundan əvvəl o, “Sputnik Cənubi Osetiya” agentliyinə, daha sonra isə “Sputnik Moldova”ya başçılıq edib. O, bu vəzifələrdə Rusiya xüsusi xidmət orqanlarının maraqları naminə həmin regionların media resurslarından yararlanaraq, Kremlin gündəliyinin təbliğinə yönəlmiş informasiya və təbliğat kampaniyalarına rəhbərlik edib”.

Qeyd olunur ki, təxribat fəaliyyətinə görə Denisov Azərbaycandan və Moldovadan qovulub, bu isə bir daha təsdiq edir ki, cəmiyyəti məlumatlandırmaqdan uzaq olan vəzifələr çox vaxt jurnalist fəaliyyəti adı altında həyata keçirilir. “Söhbət onları qəbul edən ölkələrin milli təhlükəsizliyinə təhdid yaradan əlaqələndirilmiş təsir və müdaxilə cəhdlərindən gedir. “Sputnik” kimi psevdomedia strukturlarından alət kimi istifadə edən xüsusi xidmət orqanlarının bu cür iş üsulları suveren dövlətlərdə vəziyyətin sabitliyini pozmağa yönəlmiş daha geniş hibrid strategiyanın bir hissəsidir. Bu, Avropa Şurası, Avropa Parlamenti, “EUvsDisinfo” və EDMO kimi aparıcı təşkilatların beynəlxalq hesabatlarında öz təsdiqini tapır. Onlar “Sputnik”in sadəcə bir xəbər agentliyi deyil, digər ölkələrin daxili siyasi proseslərinə müdaxiləyə yönəlmiş Rusiya dezinformasiya kampaniyasının əsas aləti olduğunu qeyd edirlər”, - deyə bəyanatda vurğulanır.

Bəli, Denisovun fəaliyyəti açıq şəkildə ortadadır. QRU zabiti olaraq “mətbuat işçisi” pərdəsi altında gizlənməyə çalışan Denisovu ilk olaraq “əməlləri” ifşa edilib - onun ölkəmizdən qovulma səbəbi də məhz bununla izah edilir. Bu şəxs “mətbuat” adı altında ölkənin informasiya təhlükəsizliyinə, milli təhlükəsizliyinə qarşı təhdid olmağa çalışıb. Təbii olaraq isə belə bir fəaliyyətin qarşısı ölkəmizin müvafiq strukturları tərəfindən alınıb.

Dünyanın əksər ölkəsində qadağan edilib...

Bildirilir ki, bu baxımdan “Sputnik”in fəaliyyətinə beynəlxalq ictimaiyyətin reaksiyası tamamilə təbiidir: agentliyin fəaliyyəti 32 ölkədə, o cümlədən Avropa İttifaqının 27 dövlətinin hamısında, həmçinin Ukrayna, Böyük Britaniya, Kanada, İsveçrə və Avstraliyada rəsmi olaraq qadağan edilib və ya bloklanıb. “Rusiya Jurnalistlər İttifaqının öz ölkəsi daxilində jurnalistlərin təqib edilməsi və söz azadlığının məhdudlaşdırılması problemləri ilə ciddi məşğul olmaq əvəzinə, əslində bu aktual məsələləri lazımi diqqətdən kənarda qoyması dərin çaşqınlıq doğurur. Müstəqil media nümayəndələrinin çoxsaylı həbsləri, onlara sistemli təzyiqlər ictimai-siyasi diskursun son həddindədir”, - deyə MŞ-nın bəyanatında qeyd olunur.

Həqiqətən də bu “xəbər daşıyıcısı”nın öz prisiplərindən kənar fəaliyyəti demək olar ki, bütün dünyada aşkardır - Rusiyanın məhz bu “xəbər agentliyi” vasitəsilə ölkələrin daxili işlərinə müdaxilə cəhdləri haqqında saysız-hesabsız faktlar mövcuddur. Xüsusilə, post-sovet məkanında və şərqi Avropada “informasiya mübadiləsi” adı altında aparılan qeyri-hüquqi proses onu deməyə əsas verir ki, Moskva adıçəkilən strukturdan heç də media vasitəsi kimi deyil, birbaşa təsir mexanizmi kimi istifadə edirmiş.

Rusiyanın mətbuata münasibəti...

MŞ-nin bəyanatında da o da bildirilir ki, 1992-ci ildən bəri Rusiyada 50-dən çox jurnalistin öldürüldüyü barədə beynəlxalq jurnalist və insan haqları təşkilatlarının məlumatları da vəziyyətin nə qədər ciddi olduğunu təsdiqləyir. Eyni zamanda, bunun onların peşəkar fəaliyyəti ilə bağlı olduğuna dair əsaslı şübhələr var. Üstəlik, 2019-cu ildən 2024-cü ilə qədər ölkədə ən azı 26 jurnalistin saxlanılması və həbs olunması söz azadlığı və müstəqil jurnalistika sahəsində sistemli problemlərin davam etdiyini əyani şəkildə nümayiş etdirir: “Beynəlxalq insan haqları təşkilatlarının hesabatlarında mütəmadi olaraq Rusiyada müstəqil jurnalistikanın genişmiqyaslı azalması qeyd olunur və ekspertlər təxminən 60-70 faiz rəqəmlərə istinad edirlər. Oxşar nəticələrə mötəbər mənbələrin materiallarında da istinad edilir ki, bu da ölkədə söz azadlığının boğulması istiqamətində sistemli və köklü tendensiyanın olduğunu göstərir. Beləliklə, Yuri Şçekoçixin, Anna Politkovskayanın, Pavel Şeremetin, Pavel Xlebnikovun və bir çox başqa tanınmış jurnalistlərin səs-küylü qətli ilə bağlı məsələlər hələ də siyasi motivlərə görə açılmamış qalır. Rusiyanın Ukraynaya qarşı hərbi kampaniyası başlayandan sonra media üzərində senzura xeyli güclənib, istənilən alternativ mövqe fəal şəkildə yatırılır, öz fikirlərini bildirməyə çalışan jurnalistlər təqib olunur və həbs edilir”.

Adıçəkilən faktlara ayrı-ayrılıqda nəzər salaq:

* Yuri Petroviç Şekoçixin 1950- ildə Azərbaycanda anadan olub. O, jurnalist, yazıçı və dramaturq, ssenarist, teleaparıcı kimi şöhrət tapmışdı - daha sonra isə Şekoçixin Dövlət Dumasının deputatı seçilmişdi. Şekoçixin ən əsası yüksək profilli araşdırmaçı jurnalist tanınırdı. 2003-cü il iyulun 3-də Moskvada qısamüddətli xəstəlikdən sonra 53 yaşında vəfat etmişdi.  “Novaya qazeta”nın baş redaktorunun müavini Sergey Sokolovun sözlərinə görə, Şçekoçixin “iki həftə ərzində çox qocaya çevrildi, saçları toplaşdı, dərisi bədənindən, demək olar ki, hamısı soyuldu, daxili orqanları bir-birinin ardınca sıradan çıxdı”. Şçekoçixinin qohumları test üçün Londona toxuma nümunələri göndərdilər və orada Şçekoçixinin tallium zəhərlənməsindən öldüyü məlum oldu.

* Anna Stepanovna Politkovskaya isə “Novaya Qazeta” nəşrinin mətbuat katibi, ictimai xadim və hüquq müdafiəçisi idi. O, Çeçenistandakı münaqişəyə xüsusi diqqət yetirirdi. 2006-cı il oktyabrın 7-də yaşadığı binanın liftində güllələnmişdi.

* Pavel Şeremet də 2016-cı ildə qətlə yetirilmişdi. Şeremet aparıcı olduğu “Radio Vesti”yə gedərkən Kiyevin Boqdan Xmelnitski və İvan Franko küçələrinin döngəsində avtomobili partlamışdı. 2011-ci ildən Ukraynada yaşayan Şeremet əvvəlllər Rusiyanın “1-ci kanal”ında həftəlik analitik proqram “Vremya”nın aparıcısı olmuşdu. 2008-ci ildə televiziyanı tərk edib və məşhur “Oqonyok” jurnalında redaktor vəzifəsində çalışmışdı.

* Pavel Yuryeviç Xlebnikov isə Forbes jurnalının rus nəşrinin təsisçisi və baş redaktoru idi. 1996-cı ildən jurnalist araşdırması ilə məşğul olub, bir çox ifşaedici faktları dərc edib. O, 2004-cü ildə Moskvada öldürülüb. Qətlin təşkilatçısı kimi isə istintaq tərəfindən federal axtarışda olan kriminal qruplar göstərilib. Qətli törətməkdə ittiham olunanlar isə müəmmalı şəkildə sonradan bəraət qazandılar.

Beleləklə artıq şərhə ehtiyac qalmır - Rusiyanın azad jurnalistikaya baxışı bu faktlardan da açıq aydın görünür.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin filialı...

Bəyanatın sonunda vurğulanır ki, qeyd edilən faktlara baxmayaraq, Rusiya Jurnalistlər İttifaqı öz ölkəsində real risklərə məruz qalan müstəqil jurnalistlərin müdafiəsində eyni əzmkarlıq nümayiş etdirmək əvəzinə, casusluqda şübhəli bilinənləri dəstəkləməyə üstünlük verir. “Rusiya Federal Təhlükəsizlik Xidmətinin filialından başqa bir şey olmayan “Sputnik Azərbaycan” agentliyinin əməkdaşlarının saxlanılması ilə bağlı yaranmış vəziyyətdə beynəlxalq jurnalist və hüquq müdafiə təşkilatları, ilk növbədə, Rusiya Jurnalistlər İttifaqının təmsil etdiyi guya müstəqil jurnalist təşkilatlarının xüsusi xidmət orqanları ilə əlaqəsi, onların siyasi təsir və informasiya manipulyasiyası vasitəsinə çevrildiyi barədə düşünməlidir. Biz beynəlxalq jurnalist və insan haqları təşkilatlarını bu cür informasiya təxribatına adekvat reaksiya verməyə və mediadan siyasi məqsədlər üçün istifadəni qətiyyətlə pisləməyə çağırırıq”.

Bəli, Azərbaycan daima səmimi şəkildə və milli maraqlar çərçvəsində əməkdaşlığı təbliğ və təşviq edən bir ölkə kimi tanınıb. Bu kimi davranışlar isə Azərbaycana qarşı həm ədalətsiz, həm də qeyri-qanuni fəaliyyət kimi xarakterizə olunur - onların qarşısı isə dərhal alınır...

P.İSMAYILOV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 15 İyul 2025 09:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp 17 Patriotun Ukraynaya çatdırıldığını açıqladı

14 İyul 2025 22:13see132

Ağ Ev Trampla görüşdə beş Afrika liderini alçaldıb

13 İyul 2025 21:00see124

Bu gün 40 dərəcə isti olacaq PROQNOZ

14 İyul 2025 07:30see122

Zaporojye AES də atəş səsləri: MAQATE dən HƏYƏCAN SİQNALI KONKRET

13 İyul 2025 23:32see121

Zaxarova Departamentin bu qərarını lağa qoydu

14 İyul 2025 03:42see121

Bələdiyyə sədrindən gözlənilməz addım FOTO

13 İyul 2025 23:42see119

Faciəvi şəkildə ölən kişilər sahədə işləməyə gedirmiş Video

13 İyul 2025 20:23see116

Azərbaycan Rusiyadan şokolad idxal edən ilk 10 ölkə sırasına daxil oldu

13 İyul 2025 20:00see115

Ağstafa: “Suverenlik yolunun başlanğıcı”

14 İyul 2025 18:51see114

ABŞ senatorları Trampın Rusiyanın dondurulmuş aktivlərindən istifadə edə biləcəyinə inanırlar

13 İyul 2025 22:08see114

Tanınmış tar ifaçısı Zenfiranı yerə göyə sığdıra bilmədi

13 İyul 2025 17:39see113

Dubay şeyxinin qızı Parisdə repper French Montana ilə görüşüb…

13 İyul 2025 21:07see113

Sirli cənnət in sakinləri qədim qayalarda yaşayır, şabalıd unundan çörək hazırlayırlar

14 İyul 2025 06:32see112

Yeni tikilən Gəncə stadionundakı durum Şəkillər

13 İyul 2025 19:55see112

İlqar Mirzəyevin şəhidlik zirvəsinə ucaldığı gündür

14 İyul 2025 09:45see112

Mahiri bu dəfə təpiklə dayandırdılar... qol vurdu və zədələndi!

13 İyul 2025 20:01see112

Ronaldonun komandasından argentinalıya təklif

13 İyul 2025 17:07see111

Avropa İttifaqı Rusiyaya qarşı 18 ci sanksiya paketini bu gün razılaşdıra bilər

14 İyul 2025 04:07see110

Rutte iyulun 14 15 də ABŞ da Tramp və digər rəsmilərlə görüşəcək

13 İyul 2025 23:41see110

Dolların bahalaşması manata necə təsir edəcək? AÇIQLAMA

14 İyul 2025 18:51see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri