MEDİA İranın qərarına reaksiya verdi
Icma.az, Milli.az portalına istinadən məlumat verir.
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) İran İslam Respublikasının Kəşfiyyat Nazirliyinin bəzi xarici media subyektlərini, o cümlədən AzTV-ni "düşmən media qurumları" siyahısına daxil etməsi və həmin qurumlarla əməkdaşlıq edən şəxsləri cinayət məsuliyyəti ilə hədələməsi ilə bağlı bəyanat yayıb.
Bəyanatda bildirilib ki, Azərbaycan jurnalistlərin peşə fəaliyyətinin müdafiəsinə sadiq olmaqla yanaşı, qarşılıqlılıq prinsipinin tətbiqini də təmin edir. Qeyd olunub ki, "Media haqqında" Qanunun 11.4-cü maddəsinə əsasən, Media Reyestrinə daxil edilmiş jurnalistlərin peşə fəaliyyətinə digər dövlətlər tərəfindən xüsusi məhdudiyyətlər tətbiq edildiyi halda, həmin dövlətdən olan jurnalistlərə Azərbaycanda da eyni məhdudiyyətlər qoyula bilər.
MEDİA vurğulayıb ki, qanunun müvafiq müddəaları və qarşılıqlılıq prinsipi nəzərə alınaraq, Azərbaycanın milli maraqlarına zidd fəaliyyət göstərən, ölkənin suverenliyi, konstitusiya quruluşu, ərazi bütövlüyü və milli təhlükəsizliyi əleyhinə təbliğat aparan İranın "Səhər" televiziya kanalı və "Mehr" xəbər agentliyi, eləcə də bu media subyektlərinin nümayəndələrinin Azərbaycan ərazisində fəaliyyəti qanunsuz hesab edilir.
Agentlik Azərbaycanda fəaliyyət göstərən bütün media subyektlərini və jurnalistləri ölkənin milli maraqlarına qarşı fəaliyyət göstərən həmin media qurumları və onların əlaqəli nümayəndələri ilə əməkdaşlıqdan çəkinməyə çağırıb.
Bəyanatda, həmçinin bildirilib ki, media sahəsində beynəlxalq əməkdaşlıq yalnız qarşılıqlı hörmət və jurnalistlərin peşə müstəqilliyi prinsipləri əsasında həyata keçirilməlidir.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 27 İyul 2026 16:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















