Icma.az
close
up
RU
MEDİA mətbuat xidmətlərinin rəhbərləri üçün təlim keçirib FOTOLAR

MEDİA mətbuat xidmətlərinin rəhbərləri üçün təlim keçirib FOTOLAR

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

5 noyabr 2025-ci il tarixində Medianın İnkişafı Agentliyi və Naxçıvan Təlim Mərkəzinin birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən bir sıra dövlət orqanlarının (qurumlarının) mətbuat xidmətlərinin nümayəndələri üçün təlim keçilib.

“Cebheinfo.az” xəbər verir ki, açılış mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin Naxçıvan regional idarəsinin müdiri Vəfa İsgəndərova vurğulayıb ki, informasiya və kommunikasiya mühitinin dinamik şəkildə transformasiya olunduğu müasir dövrdə dövlət qurumlarının mətbuat xidmətləri ictimaiyyətin operativ və etibarlı məlumatlandırılmasının təmin edilməsində strateji əhəmiyyət kəsb edən institusional funksiyanı yerinə yetirir. O, qeyd edib ki, bu kimi peşəkar təlimlərin təşkili ictimaiyyətlə əlaqələr üzrə mütəxəssislər və media nümayəndələri arasında qarşılıqlı əməkdaşlığın dərinləşməsinə, kommunikasiya proseslərinin səmərəliliyinin artırılmasına və informasiya mübadiləsinin dayanıqlı əsaslar üzərində formalaşmasına mühüm töhfə verir.

Naxçıvan Təlim Mərkəzinin İdarə Heyətinin sədri Bəhruz Nəzərov çıxışı zamanı qeyd edib ki, müasir informasiya cəmiyyətində dövlət qurumlarının mətbuat xidmətləri sağlam ictimai rəyin formalaşdırılmasında həlledici rola malikdir. O bildirib ki, mətbuat xidmətlərinin fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi, informasiya axınının koordinasiyalı şəkildə təşkili və böhran vəziyyətlərində çevik reaksiya qabiliyyətinin artırılması baxımından belə təlimlər xüsusi əhəmiyyət daşıyır və peşəkar kommunikasiya mədəniyyətinin inkişafında müstəsna rol oynayır.

“Strateji kommunikasiya yanaşmaları və böhran dövrlərində effektiv idarəetmə” mövzusunda təqdimatla çıxış edən Medianın İnkişafı Agentliyinin Kommunikasiya şöbəsinin müdiri Səidə Şəfiyeva qeyd edib ki, sürətlə dəyişən informasiya mühiti şəraitində ictimaiyyətlə sistemli kommunikasiya strategiyasının formalaşdırılması dövlət qurumları üçün mühüm əhəmiyyət kəsb edir. O vurğulayıb ki,  düzgün strukturlaşdırılmış kommunikasiya modeli təkcə məlumatların operativ və ardıcıl şəkildə təqdim olunmasını deyil, eyni zamanda ictimai etimadın möhkəmləndirilməsini və institusional reputasiyanın qorunmasını təmin edir.

Agentliyin Hüquq şöbəsinin müdiri Adil Tağıyev “Azərbaycanda media mühitinin hüquqi tənzimlənməsində yeni yanaşmalar” mövzusunda təqdimatla çıxış edərək ölkədə media qanunvericiliyi sahəsində həyata keçirilən islahatlar və tətbiq olunan yeniliklər barədə ətraflı məlumat verib. O rəsmi məlumatların yayımı prosesində hüquqi tələblərə riayət olunmasının vacibliyini vurğulayaraq qeyd edib ki, şəxsi məlumatların müdafiəsi, dezinformasiya risklərinin minimuma endirilməsi media sahəsində hüquqi mədəniyyətin formalaşmasında və peşəkar etik standartların möhkəmləndirilməsində mühüm rol oynayır.

Təlimin yekununda Medianın İnkişafı Agentliyinin Naxçıvan regional idarəsinin müdiri Vəfa İsgəndərova tərəfindən “Media savadlılığı: informasiyanın etibarlılığının təmin edilməsi və dezinformasiyaya qarşı mübarizədə effektiv yanaşmalar” mövzusunda interaktiv vörkşop keçirilib. Sessiya çərçivəsində mətbuat xidmətlərinin rəqəmsal informasiya mühitində risklərin analizi və idarə edilməsi, məlumat mənbələrinin etibarlılığının yoxlanılması, eləcə də rəsmi kommunikasiya standartlarına uyğun fəaliyyət vərdişlərinin təkmilləşdirilməsi istiqamətində praktiki müzakirələr və təcrübi tapşırıqlar həyata keçirilib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:26
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 06 Noyabr 2025 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mirədalət Talışxanova hökm oxundu

04 Noyabr 2025 17:57see227

Şəbnəmin fanatına etdiyi hərəkət qınandı VİDEO

05 Noyabr 2025 22:09see191

Azərbaycan millisinin voleybolçusu: “İlk oyunda qazanılan qələbə vacib idi”

05 Noyabr 2025 01:52see180

Yaponiya Kremlə zərbə endirir...

04 Noyabr 2025 21:47see144

Bakıda metrolarda yeni ödəniş qaydası tətbiq olunur

04 Noyabr 2025 16:34see143

Kriştianu Ronaldu karyerasını bitirəndən sonra nə işlə məşğul olacağını açıqladı

04 Noyabr 2025 23:07see135

Mərkəzi Bankın sədri özünə daha bir müşavir təyin edib

05 Noyabr 2025 09:50see134

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see134

ÇL: “Bavariya” PSJ ni , “Liverpul” “Real”ı məğlub edib YENİLƏNİB

05 Noyabr 2025 02:03see132

Yəməndə Əl Qaidə komandiri öldürülüb

05 Noyabr 2025 00:52see132

Prezidentin Ana dili ilə bağlı tapşırığına əsasən AMEA hansı tədbirləri görəcək? İsa Həbibbəylidən ÖZƏL AÇIQLAMA

04 Noyabr 2025 17:21see130

İbrahim Kalın HAMAS la Qəzzada atəşkəsi müzakirə edib

06 Noyabr 2025 06:01see130

Azərbaycanlıların qışda ən çox yediyi yeməklə bağlı həkimdən XƏBƏRDARLIQ

05 Noyabr 2025 08:44see130

Necə rahat oynadığımızı gördünüz? “Qarabağ”ın prezidenti

06 Noyabr 2025 01:16see128

“Qalatasaray”dan qələbə, “Barselona” xal itirdi Çempionlar Liqası

06 Noyabr 2025 02:45see128

Uzak Şehir in vurulma səhnəsi BƏYƏNİLMƏDİ

04 Noyabr 2025 17:50see128

İxrac etdiyimiz yağ daxildə satılandan niyə ucuzdur?

05 Noyabr 2025 08:31see127

Real dan penalti zərbələri ilə bağlı qərar

05 Noyabr 2025 00:37see124

“Brügge” “Barselona” ilə oyunda hesabda 3 dəfə irəli çıxsa da, qələbə qazana bilməyib VİDEO

06 Noyabr 2025 02:26see124

Kadi Borgesin “Çelsi” ilə oyunda aldığı zədəsi ciddi ola bilər

06 Noyabr 2025 01:11see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri