Icma.az
close
up
RU
Media sahəsində BÖYÜK İSLAHATLAR Fikir, söz və məlumat azadlığı NECƏ TƏMİN OLUNUR?

Media sahəsində BÖYÜK İSLAHATLAR Fikir, söz və məlumat azadlığı NECƏ TƏMİN OLUNUR?

Yenicag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu gün Azərbaycanda fikir, söz və məlumat azadlığı ilə yanaşı, plüralizm də inkişaf edir. Ölkə, söz azadlığının qorunduğu və mətbuat azadlığı prinsipinə hörmətlə yanaşılan ölkələrdən hesab edilir. Kütləvi İnformasiya Vasitələri – qəzetlər, jurnallar, televiziya və radiolar, informasiya agentlikləri və digər informasiyanın müntəzəm formada yayıldığı vasitələr, cəmiyyətin inkişafına ciddi təsir göstərən və onun vəziyyətini müəyyənləşdirən siyasi sistemin tərkib hissəsidir.

Bu vasitələr yalnız məlumat paylaşımı baxımından deyil, həm də ictimaiyyətin təfəkkürünü formalaşdırmaq, sosial müzakirələri təşviq etmək və dövlətlə vətəndaş arasında dialoq qurmaq üçün önəmli rol oynayır. Azərbaycanın media sahəsində həyata keçirilən islahatlar, sərbəst mətbuatın inkişafına, müxtəlif informasiya mənbələrinin ortaya çıxmasına və plüralist bir ictimai müzakirə mühitinin formalaşmasına imkan verir.

Bununla yanaşı, müasir dövrün tələblərinə uyğun olaraq, informasiya texnologiyalarının inkişafı və internetin geniş yayılması, məlumat azadlığını təmin etməklə yanaşı, həm də cəmiyyətin daha şəffaf və açıq olmasına şərait yaradır. Medianın azadlığı və müxtəlif informasiyaların sərbəst yayılması Azərbaycanın sosial və siyasi həyatının daha sağlam və dinamik bir şəkildə inkişaf etməsinə töhfə verir.

Yenicag.az xəbər verir ki, Milli Məclisin deputatı Elman Məmmədov qeyd edib ki, yalnız media sahəsində deyil, ümumiyyətlə, bütün sahələrdə dövlət qanunla qanuna zidd hərəkətlərin qarşısını alır və almalıdır.

“Dövlətin təhlükəsizliyinə xələl gətirən və söz, media azadlığına zərər vuran hər hansı bir qurumun fəaliyyəti qarşısında müvafiq tədbirlər görülür. Əgər xaricdən maliyyələşən və xarici tapşırıqlara əsaslanaraq fəaliyyət göstərən media qurumları varsa, bu qurumların fəaliyyətləri ciddi nəzarət altına alınır. Dövlətin mənafelərinə toxunan, təhlükəsizliyə və müdafiə məsələlərinə zərər vuran məlumatlar yayıldıqda, müvafiq qurumlar dərhal müdaxilə edir və bu cür fəaliyyətlərin qarşısını almaq üçün tədbirlər görür. Hər hansı bir media qurumunun, müstəqil olub-olmamasından asılı olmayaraq, qanunu pozan hər kəsin cəzalandırılması təmin edilir. Bu yalnız jurnalistlər üçün deyil, hər hansı peşə sahibi üçün də keçərlidir. Mətbuat azadlığı və söz azadlığı prinsiplərinə hörmətlə yanaşı, dövlətin təhlükəsizliyi və milli maraqlarına zərər verən fəaliyyətlərə qarşı mübarizə aparılır”.

“Azərbaycanda media sektoru sərbəst fəaliyyət göstərir, çox sayda qəzet, jurnal, sayt və televiziya mövcuddur. Bu qurumlar heç bir maneə olmadan öz işlərini həyata keçirirlər. Lakin dövlətin təhlükəsizliyinə zərər verən və dövlətin nüfuzuna toxunan məsələlərdə müvafiq qurumlar müdaxilə edir və tədbir görür. Xarici maliyyə dəstəyi alaraq fəaliyyət göstərən qurumlar və saytlar, Azərbaycan dövlətçiliyinin əleyhinə fəaliyyət göstərdikdə, dövlət bunun qarşısını alır. Dövlətin və xalqın maraqlarını pozan belə fəaliyyətlərə qarşı mübarizə aparmaq, onun qarşısını almaq və Azərbaycanın təhlükəsizliyini təmin etmək dövlətin əsas vəzifəsidir”, – deyə millət vəkili vurğulayıb.

Media eksperti Azər Həsrət isə bildirib ki, Azərbaycan Respublikasında fikir azadlığı, media plüralizmi və media azadlığı başda Konstitusiya olmaqla, qanunvericiliklə tənzimlənir və bu sahədə dünyanın heç bir ölkəsi Azərbaycan qanunvericiliyi ilə bağlı ciddi irad bildirmir:

“Çünki ölkə beynəlxalq təşkilatlara qarşı öhdəliklərinə uyğun qanunvericilik bazası yaradıb. Azərbaycan mediası bu qanunlar çərçivəsində fəaliyyət göstərir, burada fikir plüralizminə və tənqidə geniş yer verilir. Lakin təhqir, şantaj və böhtan kimi əməllər də qanunla təqib edilir”.

A. Həsrət qeyd edir ki, Azərbaycan hüquqi dövlətdir və hər bir vətəndaşın hüquqlarını qorumağa borcludur. Bu baxımdan, ölkədəki media orqanlarının fəaliyyətinin də qanun çərçivəsində olmasına xüsusi diqqət yetirilir.

O, “Azadlıq Radiosu”, “Meydan TV” və bənzər xarici media qurumlarının Azərbaycanda fəaliyyətini qeyd edərək bildirib ki, bu qurumların çoxu müvafiq akkreditasiya almadan fəaliyyət göstərir:

“Bu isə qanun pozuntusudur və Azərbaycanın milli maraqlarına zərər verə bilər”.

Mütəxəssis müvafiq dövlət qurumlarına bu sahədə tədbirlər görmək və akkreditasiyadan keçməyən xarici media qurumlarının fəaliyyətini dayandırmaq çağırışları etdiyini də vurğulayıb.

Ekspert, beynəlxalq tədbirlərdə akkreditasiyadan keçməyən xarici media nümayəndələrinin iştirak etməsini narahatedici hesab edir və bu cür halların qarşısının alınmalı olduğunu qeyd edir. O, Azərbaycanın qanunvericiliyi ilə uyğunlaşmayan bu cür fəaliyyətlərlə mübarizə aparmaq, həmçinin ölkə daxilində hər bir jurnalistin və media qurumunun qanunlara riayət etməsini təmin etməklə Azərbaycanın heç bir beynəlxalq qurum tərəfindən tənqid edilə bilməyəcəyini əlavə edib.

Məsimə Məmmədova

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” mövzusu üzrə dərc olunub.

www.yenicag.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:94
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 28 Fevral 2025 16:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see248

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see217

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see202

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see200

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see197

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see164

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see151

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see149

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see149

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see142

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see139

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see136

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see130

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see128

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see128

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see127

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see127

Prezident ailəsi Vatikan bağlarında Fotolar Video

18 Oktyabr 2025 04:14see126

Dabaq xəstəliyi Qaxda da təsərrüfat sahiblərini çıxılmaz vəziyyətə saldı

18 Oktyabr 2025 01:37see126

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri