Icma.az
close
up
RU
Azərbaycanda söz, mətbuat azadlığı necə təmin olunur?

Azərbaycanda söz, mətbuat azadlığı necə təmin olunur?

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Dövlətlərin və xalqların siyasi inkişafında, cəmiyyətlərin təşəkkül tapmasında mühüm rol oynayan əsas demokratik dəyərlərdən biri söz və informasiya azadlığıdır. Azərbaycan da bu prinsiplərə sadiq qalaraq söz və mətbuat azadlığının təmin olunduğu ölkələr sırasındadır.

Azərbaycan reallığına nəzər saldıqda ölkədə çoxsaylı mətbuat orqanlarının müxtəlif yönlü informasiyalar, müəllif rəyləri təqdim etdiyini görmək mümkündür.

Kütləvi informasiya vasitələrindəki bu mövqe və fikir müxtəlifliyi demokratiyanın əsas meyarlarından biri olan plüralizmin bariz nümunəsidir. Çünki cəmiyyətdə fərqli düşüncələrin və baxışların əks olunması baxımından söz, fikir və mətbuat azadlığı əvəzsiz əhəmiyyət daşıyır.

Bu gün Azərbaycanda söz, mətbuat azadlığı necə təmin olunur? Bu istiqamətdə hansı addımlar atılıb, atılmaqdadır?

Globalinfo.az-a danışan Mətbuat Şurası İdarə heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli deyib ki, demokratik inkişaf yolunu tutan, insan hüquq və azadlıqlarına dəyər veridiyini elan edən dövlərlər üçün ümdə şərtlərdən biri də söz və ifadə azadlığının təmin edilməsidir:

“Söz və ifadə azadlığının mühüm atributlarından biri isə azad, müstəqil media subyektlərinin mövcudluğu, jurnalist fəaliyyətinin azadlığı, alternativ informasiya mənbələrinə çıxışın təmin edilməsidir.

Azərbaycan demokratik dövlət olaraq öz ərazisində söz və ifadə azadlığının inkişafını təmin edir. Bu məqsədilə çağdaş dünyada mövcud olan modern mexanizmləri tətbiq edir. Bu kontekstdə mühüm addımlardan biri də media fəaliyyəti üzərində dövlət tənzimləyici mexanizmlərin, inzibati amirlik sisteminin ləğv edilməsi, mediaya özünütənzimləmə statusunun verilməsidir. 1998-ci ildə Ümumilli lider Heydər Əliyevin sərəncamı ilə ölkədə senzuranın tətbiqi aradan qaldırılıb. 2001-ci ildə isə Mətbuat və İnformasiya Nazirliyi ləğv edilib. Onun əvəzində Azərbaycanda medianın özünütənzimləmə mexanizmləri tətbiq edilib. Mətbuat Şurası, Audiovizual Şura və digər strukturlar formalaşdırılıb. Azərbaycan postsovet məkanında medianın özünütənzimləmə statusunu tətbiq etmiş ilk ölkələrdəndir. Bu o deməkdir ki, Azərbaycanda media fəaliyyəti azaddır, sərbəstdir. Bu azadlıq ölkənin Konstitusiyası ilə təsbit edilib, “Media haqında” qanunla hüquqi bazası formalaşdırılıb”.

Müşfiq Ələsgərli

Müşfiq Ələsgərli qeyd edib ki, beynəlxalq standartlara görə, hər hansı bir ölkədə media azadlığının durumu qiymətləndirilərkən, ilk öncə media mühiti dəyərləndirilir:

“Diqqət yetirsək görərik ki, media mühitini şərtləndirən 4 komponentin hər biri Azərbaycanda təmin edilib: media qanunvericiliyi demokratikdir; jurnalistlərin təhlükəsiz fəaliyyətinə təminat vardır; etik çərçivə medianın özünütənzimləmə qurumları tərəfindən tətbiq edilir və sair. Bu kontekstdə narahatlıq doğuran yeganə amil maliyyə mənbələrinin məhdudluğu, reklam və elanlardan gələn gəlirin aşağı rəqəmlərlə ifadə olunmasıdır. Amma yaxşı haldır ki, reklam və elanlar sahəsində mövcud olan problemlərin xüsusi ağırlıq yaratmasının qarşısını almaq üçün , dövlət önləyici addımlar atır, media subyektlərinin maddi durumlarının yaxşılaşdırılması üçün proqramlar qəbul edir. Məsələn, MEDİA Agentliyi vasitəsilə müstəqil media subyektlərinə dəstək verilməsini təmin edir. Həmçinin, vergi güzəştləri, ipoteka krediti güzəştləri tətbiq edir. Bir sözlə, Azərbaycanda müstəqil medianın maliyyə sıxıntılarından azad olması üçün çoxsaylı və sistemli proqramlar həyata keçirilir ki, bu da media-dövlət münasibətlərinin ən yüksək səviyyədə olmasının göstəricisidir. Azərbaycan az saylı dövlətlərdəndir ki, burada “KİV-in inkişafına dövlət dəstəyi konsepsiyası” qəbul edilib və icra olunur.

Azərbaycanda söz və ifadə azadlığının yüksək səviyyədə təmin edildiyini göstərən amillərdən biri alternativ informasiya mənbələrinə sərbəst çıxışın təmin edilməsidir. Bu kontekstdə xüsusi olaraq sosial şəbəkə platformalarının fəaiyyətini qeyd etmək olar. Diqqət yetirsək görərik ki, Azərbaycanda sosial şəbəkələrin fəaliyyətini məhdudlaşdıran hər hansı bir qanunvericilik aktı yoxdur. İnsanların sosial media alətlərindən istifadəsi azaddır. Təsadüfi deyil ki, bu gün ölkə əhalisinin 50 faizdən çoxu sosial şəbəkə istifadəçisi, 80 faizi internet istifadəçisidir.
Yekun olaraq vurğulayaq ki, Azərbaycanda söz və ifadə azadlığının təmin edilməsi üçün zəruri şərtlər mövcuddur”.

Qeyd: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Mövzu: fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi;

Safura Bənnayeva
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 08 Aprel 2025 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see344

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see315

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see308

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see295

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see275

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see269

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see265

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see263

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see243

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see235

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see230

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see226

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see216

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see210

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see207

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see202

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see201

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see195

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see193

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri