Icma.az
close
up
RU
Media savadlılığı hələ də geniş yayılmayıb Vüqar Zifəroğludan vacib TƏKLİF

Media savadlılığı hələ də geniş yayılmayıb Vüqar Zifəroğludan vacib TƏKLİF

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Ölkəmizdə media savadlılığına diqqət son illərdə artır. Bildiyiniz kimi, “Media haqqında” qanunda da bu məsələ ayrı maddə olaraq qoyulur. Media savadlılığı – insanların mediada təqdim olunan məlumatları analiz edə bilmək, faktları fərqləndirə bilmək və media vasitələrindən düzgün istifadə etmək bacarıqlarını əhatə edir. İnternetin sürətli yayılması və sosial medianın təsiri nəticəsində bu sahədə məlumatlılığın artırılması mühüm əhəmiyyət kəsb edir. Ümumiyyətlə 21-ci əsr insanı mediatik və mediasavadlı olmalıdı".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu media savadlılığı mövzusunda danışarkən söylədi.

Onun sözlərinə görə, Azərbaycanda bu istiqamətdə müxtəlif layihələr həyata keçirilir:

"Lakin ümumilikdə media savadlılığı hələ də geniş yayılmayıb. Bir çox insanlar xüsusilə sosial mediada yayılan məlumatlara tənqidi yanaşmadan inanmağa meyllidir. Bu, bir sıra hallarda təəssüf ki, informasiya manipulyasiyasının və yalan məlumatların yayılmasına səbəb olur.

Media savadlılığının tədrisinin yuxarı sinif təhsil proqramına əlavə edilməsi bu istiqamətdə müsbətə doğru ciddi dönüş yarada bilər. Xatırlatmaq istərdim ki, bununla əlaqədar qardaş Türkiyənin müvafiq təcrübəsini öyrənməkdə fayda var.

Eyni zamanda Media İnkişaf Agentliyinin, Azərbaycan Mətbuat Şurasının cəmiyyətin bu istiqamətdə maarifləndirilməsi üçün gördüyü işlər olduqca əhəmiyyətli və təqdirəlayiqdir. Unutmayaq ki, media savadlılığı, insanlar üçün gündəlik həyatlarında medianın və məlumatın rolunu anlamaq və ondan faydalı şəkildə istifadə etmək üçün vacibdir. Bu bacarıq həm də sosial və mədəni olaraq daha məlumatlı və məsuliyyətli cəmiyyətin formalaşmasına kömək edir".

Vüqar Zifəroğlu qeyd etdi ki, media savadlığı cəmiyyətin bu istiqamətdə maariflənməsini nəzərdə tutan anlayışdır.

"Jurnalistlər üçün isə əsas olan informasiya savadlılığıdır. İnformasiya savadlılığı, jurnalistlərin informasiya ilə işləmək bacarığını, bu prosesin müxtəlif istiqamətlərini özündə ehtiva edir, müxtəlif informasiya mənbələrini tapmaq, əldə etmək, qiymətləndirmək və effektiv istifadə etmək bacarığıdır. Bu bacarıq, jurnalistin doğru məlumatı tapmasına, mötəbər mənbələri seçməsinə və bu məlumatları analitik şəkildə qiymətləndirməsinə kömək edir. İnformasiya savadlılığı, xüsusilə sürətlə dəyişən rəqəmsal dünyada vacibdir, çünki sosial media və internetdə yayılan məlumatlar arasında yalan məlumatları və manipulyasiya olunmuş məzmunları anlamaq üçün kritik bir bacarıq kimi ortaya çıxır", - deyə o, bildirdi.

Türkan İSGƏNDƏRLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:109
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 16 Dekabr 2024 10:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see487

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see178

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see160

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see139

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see134

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see134

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see131

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see131

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see130

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see130

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see128

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see127

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see122

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri