Icma.az
close
up
RU
Media savadlılığı saxta xəbərlərin, dezinformasiyanın qarşısını almaq istiqamətində mühüm strategiyadır ŞƏRH AZƏRTAC

Media savadlılığı saxta xəbərlərin, dezinformasiyanın qarşısını almaq istiqamətində mühüm strategiyadır ŞƏRH AZƏRTAC

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 20 dekabr, AZƏRTAC

Media savadlılığı Azərbaycanın informasiya təhlükəsizliyini təmin etmək, cəmiyyətin düzgün, eyni zamanda, şəffaf məlumat almasını dəstəkləmək, saxta xəbərlərin, dezinformasiyanın qarşısını almaq və vətəndaşların tənqidi düşünmə bacarığını inkişaf etdirmək istiqamətində mühüm dövlət strategiyasıdır. İnformasiya və kommunikasiya texnologiyalarının inkişafı, dezinformasiya, məxfiliyin itirilməsi, şəxsi rekvizitlərə müdaxilə, kiberbullinq kimi mənfi hallarla mübarizə, medianın, həmçinin jurnalistlərin peşə bacarıqlarının təkmilləşdirilməsi, ictimai maarifləndirmə və kampaniyalar media savadlılığına dair dövlət strategiyasının əsas elementləridir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri filologiya elmləri üzrə fəlsəfə doktoru, media tədqiqatçısı və eksperti, Beynəlxalq Kommunikasiya və Media Mərkəzinin sədri, İtaliyanın Beynəlxalq İqtisadi Siyasi Araşdırmalar İnstitutunun üzvü Leyla Rəşid söyləyib.

Tədqiqatçı-alim bildirib ki, media savadlılığı mediada düzgün və məqsədyönlü şəkildə kommunikasiya, informasiyanı tənqidi şəkildə analiz etmək, fərqli mənbələrdən gələn məlumatları qiymətləndirmək bacarığıdır. Media savadlılığı auditoriyanın kontent istehsalında media və texnologiyadan istifadə ilə bağlı bilik və yaradıcı bacarıqlarının inkişafına kömək edir. Auditoriyaya mediakommunikasiya prosesində məzmunun mənasını başa düşmək, qərarlar qəbul etmək və sosial məsələlərə təsir göstərmək imkanı verir.

“Məlumat axınının çoxluğu, deepfake, yalan məlumatların sürətlə yayılması, sosial şəbəkələrdəki manipulyasiya məqsədli məzmun, həmçinin təhsil və şəxsiyyətin formalaşması, demokratik cəmiyyətin qorunması kimi amillər media savadlılığını vacib edir. Mediada dezinformasiya və manipulyasiya ilə yanaşı, irqi stereotiplər, zorakılıq, məxfiliyin itirilməsi, şəxsi rekvizitlərə müdaxilə, kiberbullinq kimi mənfi hallarla mübarizədə media savadlılığı güclü vasitədir”, - deyə Leyla Rəşid vurğulayıb.

O qeyd edib ki, Azərbaycanda media savadlılığı sahəsində milli strategiyanın tərkib hissəsi kimi bir sıra mühüm addımlar atılıb, layihələr həyata keçirilib. Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”nda informasiya cəmiyyətinin, İKT-nin inkişafı, media savadlılığının artırılması üzrə tədbirlər planı verilib. “Media haqqında” Qanunda ilk dəfə media savadlılığının əsasları müəyyən edilib. Medianın İnkişafı Agentliyinin 2023-cü ildə yaratdığı “Medialiteracy.media.gov.az” portalı bu istiqamətdə tədbirlər planının tərkibidir. Agentlik tərəfindən ölkəmizdə jurnalistər üçün media savadlılığı üzrə konfranslar, təlimlər keçirir. Hazırkı “Media savadlılığı” həftəsi bu strateji fəaliyyətin davamıdır.

Media savadlılığının inkişafından və perspektivlərindən danışan ekspert bildirib: “Media savadlılığı təhsili ABŞ-da və bir çox Avropa ölkələrində kurrikulumun bir hissəsi olub orta məktəblərdən başlayaraq tədris edilir. Azərbaycanda da media savadlılığı məktəblərdə və bütün universitetlərdə tədris olunan fənlər sırasına daxil edilərsə, şagirdlər və tələbələr media, kommunikasiya sahəsində biliyə yiyələnərək, mediadan düzgün istifadə etməyi, kontent istehsalını, tənqidi dəyərləndirmə və təhlil aparmağı bacararlar. Media savadlılığı təlimləri və resursları onlayn platformalarda, mobil tətbiqlərdə mövcud olmalıdır ki, istifadəçilərin məlumatlara çıxışı asanlıqla təmin edilsin. Bu sahədə ictimaiyyətin informasiyanı təhlil etməsinə və qiymətləndirməsinə imkan verən süni proqramlar, metodlar hazırlanmalı, texnoloji infrastruktur və innovasiyalar inkişaf etdirilməlidir. Media savadlılığının inkişafı üçün süni intellektin müsbət təsirlərindən faydalanaraq kütləvi auditoriyaya yeni təlim metodları, süni intellekt həlləri, texnologiyadan düzdün istifadə qaydaları öyrədilməlidir. Bu məqsədlə sosial tədbirlər, kütləvi müzakirələr və forumlar təşkil olunmalıdır ki, istifadəçilər media və texnologiya mövzusunda təcrübələrini və biliklərini paylaşa bilsinlər. Beynəlxalq təşkilatların və xarici dövlətlərin dezinformasiya ilə mübarizə təcrübəsi milli strategiyaya tətbiq edilməlidir. Cəmiyyətin tənqidi düşüncə qabiliyyətinin inkişafı üçün kütləvi kampaniyalar, seminarlar təşkil olunmalı, istifadəçilərin fərdi məsuliyyəti artırılmalıdır. Media savadlılığının inkişaf perspektivi üçün müxtəlif sahələrdə birgə əməkdaşlıq vacibdir. Təhsil, media, informasiya texnologiyaları, media mütəxəssisləri, hökumət və cəmiyyətin digər üzvlərinin birlikdə fəaliyyəti bu sahədə uğurlu nəticələr verə bilər”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Dekabr 2024 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see242

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see187

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see185

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see183

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see178

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see177

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see171

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see152

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see148

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see146

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see143

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see143

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri