Icma.az
close
up
RU
Media savadlılığı təhsil sisteminə erkən yaşlardan etibarən inteqrasiya olunmalıdır BDUnun dosenti

Media savadlılığı təhsil sisteminə erkən yaşlardan etibarən inteqrasiya olunmalıdır BDUnun dosenti

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Mövzumuz media savadlılığı ilə bağlıdır. İnsanları maarifləndirmək üçün hansı addımlar atılmalıdır? İnformasiyanın doğru və ya yanlış olduğunu necə bilmək olar?

"Cəmiyyəti media savadlılığı mövzusunda maarifləndirmək üçün ilk növbədə bu anlayışın ictimai səviyyədə düzgün başa düşülməsi və onun əhəmiyyətinin dərindən dərk edilməsi vacibdir. Bu məqamda media savadlılığının nə olduğu, niyə lazım olduğu, cəmiyyətə hansı aspektlərdə təsir etdiyi və fərdlərin sağlam media istehlakı üçün hansı bacarıqlara ehtiyac duyduğu kimi mövzuların geniş kütlələrə davamlı və anlaşılan şəkildə çatdırılması böyük əhəmiyyət kəsb edir".

Bu barədə Redaktor.az-a açıqlamasında Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin dosenti Könül Niftəliyeva media savadlılığı mövzusunda danışarkən bildirdi.

Onun sözlərinə görə, bu fikrin yayılması prosesində ənənəvi media kanalları ilə yanaşı sosial media platformalarından da fəal şəkildə istifadə olunmalıdır:

"Müxtəlif kommunikasiya vasitələri sayəsində media savadlılığı ilə bağlı əsas məlumatlar, nümunələr, analizlər və bələdçi xarakterli məzmunlar cəmiyyətin hər təbəqəsinə çatdırıla bilər. Bununla da insanlar mediaya qarşı passiv mövqe tutmaq əvəzinə, şüurlu istehlakçı, tənqidi izləyici və sorğulayıcı istifadəçilərə çevrilməklə dəstəklənmiş olar.

Eyni zamanda media savadlılığının təhsil sisteminə erkən yaşlardan etibarən inteqrasiya olunması, gələcək nəsillərin əsas media anlayışı və istifadə bacarıqlarını daha inkişaf etmiş şəkildə mənimsəmələrini təmin edəcək. Məktəbəqədər təhsildən başlayaraq ibtidai təhsil, orta təhsil və hətta ali təhsil səviyyəsinə qədər media məzmununu düzgün qiymətləndirmək, dezinformasiyanı müəyyənləşdirmək, etibarlı mənbələri seçmək kimi əsas mövzuların tədris proqramına daxil edilməsi böyük əhəmiyyət kəsb edir. Bununla da cəmiyyət, media ilə qurduğu qarşılıqlı əlaqədə sağlam təməllər üzərində formalaşmış davranış modellərinə sahib olacaq".

K.Niftəliyeva hesab edir ki, bu istiqamətdə yalnız Bakı kimi böyük şəhərlərlə məhdudlaşmayaraq, Azərbaycanın bütün bölgələrində – kənddən qəsəbəyə, qəsəbədən şəhərə qədər hər bir coğrafi ərazidə maarifləndirmə seminarları, təlimlər, panellər və təhsil proqramları təşkil olunmalıdır. Dosentin fikrincə, beləliklə, media savadlılığı ölkənin sosial-mədəni strukturunda hər səviyyədə özünü göstərən bir şüur elementinə çevrilə bilər:

"Nəhayət, bu mövzunun davamlı və dayanıqlı xarakter alması üçün media savadlılığı ilə bağlı bələdçi kitabların, tədris materiallarının və keyfiyyətli rəqəmsal məzmunların hazırlanması son dərəcə vacibdir. Bu məzmunlar fərdlərə öz maraq dairələrinə və tempinə uyğun olaraq media ilə bağlı biliklərini artırmağa imkan verəcək. Bütün bu addımlar bir araya gəldikdə, cəmiyyətdə tənqidi düşünən, məsuliyyətli, informasiya kirliliyi ilə mübarizə aparmağı bacaran və media qarşısında daha güclü fərdlərin yetişməsi təmin olunacaq".

BDU-nun müəllimi vurğuladı ki, məlumatın düzgün və ya yanlış olduğunu anlamaq, informasiya dövründə fərdlərin və cəmiyyətlərin üzləşdiyi ən böyük çətinliklərdən biridir. Onun sözlərinə görə, bu çətinlik yalnız məlumat çirkliliyinin artması ilə deyil, eyni zamanda rəqəmsal platformalarda məlumatın istehsal və yayılma proseslərinin nəzarətsiz hala gəlməsi ilə bağlıdır:

"Məlumat artıq yalnız fərdi seçimlərdən deyil, qlobal miqyasda formalaşan alqoritmlər və güc balansları ilə idarə olunur. Bu baxımdan, düzgün məlumata çatmaq bir lüks deyil, həyati bir ehtiyacdır. Yanlış məlumatlara məruz qalan fərdlər yanlış qərarlar verə, ictimai problemlərin dərinləşməsinə səbəb ola və bu prosesdə həm özlərinə, həm də ətraflarına zərər verə bilərlər.

Yanlış məlumatın cəmiyyət üzərindəki təsiri, yalnız fərdi səhvlərdən ibarət deyil, daha geniş miqyaslıdır. Sağlamlıq, ətraf mühit və siyasət kimi mühüm sahələrdə yayılan yanlış məlumatlar həm dövlət siyasətlərinə, həm də fərdlərin gündəlik həyatlarına birbaşa təsir göstərə bilər. Məsələn, iqlim dəyişikliyi ilə bağlı yayılan yanlış məlumatlar dayanıqlılıq məqsədlərini poza və ekoloji fəlakətləri sürətləndirə bilər. Eyni şəkildə, seçki proseslərində yayılan dezinformasiya demokratik quruluşların sarsılmasına səbəb ola bilər. Bununla birlikdə, düzgün məlumatın manipulyasiya edilməsi də fərdlərin məlumatlara olan inamını ciddi şəkildə zədələyir. Xüsusilə texniki və ya mürəkkəb məlumatlar sadə, lakin aldadıcı şərhlərlə təhrif edilə bilər. Bu səbəbdən düzgün məlumata çatmaq qədər, bu məlumatın etibarlılığını qorumaq da vacibdir. Məlumatın manipulyasiyasının qarşısını almaq üçün media qurumlarının etik öhdəliklərini yerinə yetirməsi və fərdlərin media savadlılığı bacarıqlarını inkişaf etdirməsi zəruridir".

K.Nurullayevanın sözlərinə görə, məlumatın düzgün və ya yanlış olduğunu ayırd etmək üçün mənbənin təhlili, kontekstin qiymətləndirilməsi, məlumatı paylaşan mənbənin etibarlılığının yoxlanılması, müqayisəli doğrulama, mütəxəssis fikirləri, emosional təsiri nəzərdən keçirmək, zaman və aktuallıq və s. sistematik yanaşma tələb olunur.

"Düzgün və yanlış məlumatı ayırd edə bilən fərdlər, ictimai informasiya ekosistemini gücləndirən aktiv iştirakçılara çevrilir. Bu, yalnız fərdi bir səy deyil, həm də cəmiyyətin hər bir üzvündən məsuliyyət tələb edən bir prosesdir", - deyə BDU-nun dosenti bildirdi.

Türkan İSGƏNDƏRLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 22 Dekabr 2024 19:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see285

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see265

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see194

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see189

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see181

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see162

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see148

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see145

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see137

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see136

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri