Media subyektləri Azərbaycanı sevməyən qüvvələrin hədəfinə keçirilir DEPUTAT DANIŞDI
Sia Az saytına istinadən Icma.az xəbər verir.
"Hazırda bizim real vətənimizin fiziki sərhədləri olduğu kimi, virtual məkanımız və onun informasiya sərhədləri də var. Ona görə də bizim informasiya məkanımızda milli mövqedən çıxış edən media subyektləri Azərbaycanı sevməyən qüvvələrin hədəfinə keçirilir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Onun sözlərinə görə, bu yaxınlarda "Global Media Group"na qarşı olan hücümun da səbəbi bundan ibarətdir: "Ona görə də hazırki dövrü biz hibrid müharibələri dövrü adlandırırıq. Bizim informasiya məkanımıza müdaxilə edib, ümumi kütləvi rəyimizin milli maraqlarımıza uyğun olmayan formada komplektasiya olunması üçün kənardan xüsusi vasitələrlə informasiya axını yönləndirilir.
Şübhəsiz ki, media instutlarımız Azərbaycan cəmiyyətinin intelektual müstəvidə müdafiəçiləridir. Hər bir milli media subyekti, milli mənafedən çıxış edən hər bir media qrupu informasiya cəbhəsində savaşan əsgərlərimizdir. Ona görə də onlara bu şəkildə hücumlar təşkil olunur. Sevindirici haldır ki, bizim media institutlarımız da ona qarşı özlərində immunitet formalaşdıra bilib. "Global Media Group"na qarşı da təşkil olunan hücum bununla bağlıdır. Amma şübhəsiz ki, hücum edənlər öz məqsədlərinə çatmayacaqlar".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 07 May 2025 15:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















