Icma.az
close
up
RU
Mətbuat Şurasının Sosial Media ilə Əlaqələr Komissiyasından sosial media istifadəçilərinə MÜRACİƏT

Mətbuat Şurasının Sosial Media ilə Əlaqələr Komissiyasından sosial media istifadəçilərinə MÜRACİƏT

Icma.az, Azxeber.com saytına istinadən bildirir.

Azərbaycan Mətbuat Şurasının Sosial Media ilə Əlaqələr Komissiyası dəfələrlə sosial şəbəkə istifadəçilərini və vətəndaş mediası fəallarını ayrı-ayrı hadisə və proseslərlə bağlı paylaşım edərkən həssas davranmağa, insanların şərəf və layəqətini qorumağa, şəxsi həyatın toxunulmazlığı prinsipinə hörmətlə yanaşmağa çağırıb.

AZXEBER.COM xəbər verir ki, komissiya, həmçinin, cinayət, zorakılıq, qəddarlıq və intihar hallarının təşviqinə yol verməməyi, təhqiramiz, vulqar ifadələrin işlədilməsindən çəkinməyi, uşaqların şəxsi həyatı barədə məlumatları yaymamağı, onları zədələyə, mənəvi-psixoloji durumlarına mənfi təsir göstərə biləcək zərərli bilgilərin çatdırılmasından uzaq durmağı tövsiyə edib. Ümumən, Mətbuat Şurasının tövsiyələrində sosial media istifadəçilərinin cəmiyyətdə gərginliyin yaranmasına rəvac verməməli olduqları vurğulanıb.

Ancaq təəssüf ki, bir çox hallarda çağırış və tövsiyələrimizə etinasız yanaşmanın şahidiyik. Gəncədə yeniyetmənin ölüm hadisəsi ətrafında müşahidə edilən informasiya manipulyasiyası da fikrimizin sübutudur. Belə ki, bəzi sosial şəbəkə istifadəçiləri, "Youtube”da, "Tiktok”da mənşəyi bəlli olmayan kanallar və hesablar hadisənin təfərrüatlarına dair dəqiqləşdirilməmiş fikirlər paylaşıblar. Halbuki, istintaq aparılan dövrdə cinayət işləri üzrə məlumatların yalnız rəsmi dövlət qurumlarının təsdiqi ilə yayılmasının vacibliyi dəfələrlə bildirilib və əsaslandırılıb. İndiki halda bu tələb gözlənilmir, üstəlik kriminal həyat tərzinin təbliğinə hesablanmış müxtəlif ssenarilər uydurulur. Belə qənaət hasil olur ki, baş vermiş hadisə kimlər üçünsə fürsətdir və onlar bilərəkdən cəmiyyətdə süni ajiotaj formalaşdırmağa çalışırlar.  

Mətbuat Şurasının Sosial Media ilə Əlaqələr Komissiyası sosial şəbəkə istifadəçilərinə bütün bunları nəzərə almağı, həssas durumlarda yalnız rəsmi məlumatlara istinad etməyi, cəmiyyətdə çaşqınlıq yarada biləcək, reallıqların təhrifinə yönələn bilgilərin yayılmasından çəkinməyi tövsiyə edir. Komissiya Azərbaycan qanunvericiliyində informasiya manipulyasiyalarına, dezinformasiyalara qarşı adekvat mübarizə tədbirlərinin mövcudluğunu da xatırladır və bütövlükdə cəmiyyət üzvlərini məsuliyyətli davranmağa çağırır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 21 May 2025 12:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see165

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see162

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see138

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see136

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see135

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri