Media: Yaponiyanın Baş naziri və ÇXR sədri APEC çərçivəsində danışıqlar aparacaqlar
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 29 oktyabr, AZƏRTAC
Yaponiyanın yeni Baş naziri Sanae Takaiti və ÇXR sədri Si Cinpin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) qarşıdan gələn sammiti çərçivəsində danışıqlar aparmaq niyyətindədirlər.
AZƏRTAC xəbər verir ki, Kyodo agentliyi bu barədə Yaponiya hökumətindəki mənbələrinə istinadla məlumat yayıb. Məlumata görə, danışıqlar oktyabrın 31-nə planlaşdırılıb.
Oktyabrın 28-də Yaponiyanın yeni xarici işlər naziri Tosimitsu Moteqi və onun çinli həmkarı Van İ arasında ilk telefon danışığı baş tutub. Yaponiya XİN-in məlumatına görə, tərəflər “ortaq strateji maraqlara əsaslanan qarşılıqlı faydalı münasibətləri” inkişaf etdirməyə və “konstruktiv və sabit münasibətlər” qurmağa sadiq olduqlarını təsdiqləyiblər.
Qeyd edək ki, oktyabrın 21-də Yaponiyanın Baş naziri vəzifəsinin icrasına başlayan Sanae Takaiti ölkə tarixində bu vəzifəni tutan ilk qadındır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 29 Oktyabr 2025 13:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















