Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Mediada daha çevik və kollegial mexanizmə keçid zərurəti

Mediada daha çevik və kollegial mexanizmə keçid zərurəti

Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.

Müstəqil Azərbaycan tarixi Qələbəmizlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra keyfiyyətcə yeni strateji inkişaf mərhələsinə daxil olub. Bu mərhələdə yaranan yeni çağırışları qarşılamaq üçün bütün istiqamətlərdə, o cümlədən də media sahəsində islahatlar aparılması vazkeçilməz zərurət qismində çıxış edir. Təsadüfi deyildir ki, Vətən müharibəsinin başa çatmasından qısa müddət sonra Azərbaycan Prezidenti İlham Əliyev media sahəsində islahatların dərinləşməsi təşəbbüsü ilə çıxış edib. Hazırda dövlət başçımızın təşəbbüsünə uyğun olaraq ölkəmizdə Azərbaycan Respublikasının Audiovizual Şurası və Medianın İnkişafı Agentliyinin (MEDİA) əsasında kollegial idarəetmə sisteminə malik Media və Yayım Şurasının yaradılması ilə bağlı müzakirələr aparılır. Zəfərimizdən dərhal sonra bu zəruri addımın atılması ölkədə medianın inkişafının dövlətimiz üçün mühüm əhəmiyyət kəsb etdiyinin əyani göstəricisidir.

Medianın inkişafına həssas yanaşma

Mətbuat dövrün, cəmiyyətin güzgüsüdür. Son 150 il ərzində Azərbaycanın keçdiyi yolun bütün mərhələləri milli mətbatımızın səhifələrində öz əksini tapıb. Milli mətbuatımızın əsası isə görkəmli maarifçi-publisist, ictimai xadim Həsən bəy Zərdabinin misilsiz səyləri sayəsində ərsəyə gətirdiyi “Əkinçi” qəzetinin1875-ci il iyulun 22-də nəşrə başlaması ilə qoyulub. Sonrakı illərdə çoxsaylı nəşrlərlə zənginləşən milli mətbuatımız Azərbaycan ədəbi dilinin və maarifçilik hərəkatının inkişafınada, milli özünüdərk və istiqlal məfkurəsinin formalaşmasında, qabaqcıl ideyaların təbliğində mühüm rol oynayıb.

Milli mətbuatımız müasir dövrdə də üzərinə düşən missiyanı yüksək səviyyədə yerinə yetirir. Azərbaycan jurnalistləri ölkəmizin reallıqlarını uğurla təbliğ edir, respublikamız barədə informasiyaları obyektiv şəkildə və yüksək peşəkarlıqla dünya birliyinin diqqətinə çatdırırlar. Son 200 illik tariximizdə ən böyük Zəfərə imza atdığımız 44 günlük müharibə günlərində mətbuat təmsilçiləri, necə deyərlər, qələmi süngüyə çevirmişdilər. Onlar həm Azərbaycan, həm də xarici dillərdə yaydıqları xəbərlərdə erməni yalanlarını ifşa edir, Azərbaycanın ərazi bütövlüyü uğrunda ədalətli müharibə apardığını bütün dünyaya çatdırırdılar. Könüllü olaraq döyüşlərə qatılan jurnalistlərin sayı da kifayət qədər çox idi.

Jurnalistlərimiz hər zaman öz fəaliyyətlərində peşəkarlığı, milli ruhu, vətənpərvərliyi və demokratiyanı önə çəkdikləri kimi, dövlət də medianın inkişafına, çap və onlayn nəşrlərin zamanla ayaqlaşmalarına həssas münasibət sərgiləyir. Müstəqil Azərbaycanda azad mətbuatın inkişafına dövlət qayğısı siyasətinin əsasını ümmummilli lider Heydər Əliyev qoyub. Ölkə həyatında mətbuatın rolunu yüksək dəyərləndirən  Heydər Əliyev jurnalistlərin  böyük dostu idi. Ulu Öndər müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə mətbuatın problemlərini yaxından öyrənib və onların aradan qaldırılmasına yönələn tədbirlərin həyata keçirilməsinə nail olub. Prezident Heydər Əliyevin 1998-ci il 6 avqust tarixində imzaladığı “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanı ilə senzuranın ləğv olunması KİV-lər üçün yeni dövr açdı. Bununla yanaşı, 1999-cu ilin sonunda “Kütləvi informasiya vasitələri haqqında”  Qanunun qəbulu media təsisatlarının inkişafını şərtləndirən, bəhs edilən sahəyə müvafiq surətdə sahəvi və ümummilli münasibətləri tənzimləyən hüquqi bazanın zənginləşdirilməsi işinə əhəmiyyətli töhfə oldu. 2000-ci ilin mart ayında Heydər Əliyevin Sərəncamı ilə “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqramı” təsdiq olundu, 2003-cü ilin mart ayında Azərbaycan jurnalistlərinin qurultayında media-ictimaiyyət, media-hakimiyyət münasibətlərini tənzimləyən qurum - Azərbaycan Mətbuat Şurası yaradıldı. Digər çoxsaylı faktları da sadalamaq mümkündür. Bütün bunlar, çox doğru olaraq Azərbaycanda söz, fikir və mətbuat azadlığının bərqərar olunması üçün əlamətdar tarixi hadisələr kimi qiymətləndirilir.

Sonrakı mərhələdə isə Prezident İlham Əliyev media sahəsində dövlət siyasətinin ardıcıllığını təmin edib. Prezident İlham Əliyev medianın inkişafı məsələlərini daim diqqət mərkəzində saxlayıb və heç vaxt  öz qayğısını əsirgəməyib. Onun 2003-cü ildən bəri dövlət başçısı kimi fəaliyyət göstərdiyi dönəmdə  mətbuatın inkişafı üçün çoxsaylı tədbirlər görülüb, əhəmiyyətli nəticələr əldə edilib. Belə ki, həm hüquqi əsaslar, həm də Azərbaycan mətbuatının maddi-texniki bazası daha da gücləndirilib. Bütün bunların nəticəsidir ki, Prezident İlham Əliyev dəfələrlə “Jurnalistlərin dostu” adına layiq görülüb.

Yeni strateji mərhələnin çağırışları - dövlətin vahid institusional yanaşma strategiyası

Azərbaycanda sürətli dəyişikliklər dövründə medianın çevik transformasiyasını və davamlı inkişafını təmin etmək məqsədi ilə hüquqi baza mütəmadi qaydada möhkəmləndirlir. Ölkəmizdə hazırda qüvvədə olan “Media haqqında” Qanun 2021-ci ilin dekabrında qəbul edilib. Azərbaycanda həyata keçirilən media islahatlarının “yol xəritəsi” olan “Media haqqında” Qanun keçən dövr ərzində ölkənin informasiya mühitinin sağlamlaşdırılması və qorunması sahəsində öz praktik əhəmiyyətini təsdiqləyib.

Yeni strateji mərhələnin çağırışları isə tamam fərqlidir. Cəmiyyətin müasir tələbləri və sürətli texnoloji inkişafın standartları ilə səsləşən media islahatları ölkənin informasiya mühitini sağlamlaşdırmağı, media subyektlərinin rəqabətə davamlılığının artırılmasını və müstəqiliyinin möhkəmləndirilməsini hədəfləyərək özündə sistemli yanaşmanı əks etdirir.

Rəqəmsal ekosistemin tələblərinə uyğun olaraq milli informasiya təhlükəsizliyini və medianın iqtisadi müstəqilliyini təmin etmək üçün Azərbaycanda media sahəsinə münasibətdə daha çevik və kollegial mexanizmə keçid zərurəti yaranıb. Qlobal konvergensiya nəticəsində çap, onlayn və audiovizual media arasındakı sərhədlərin silinməsi, informasiya sisteminin əsas sütunu olan mediaya vahid yanaşmanı şərtləndirir. Buna görə də hazırda media sahəsindəki islahatlar çərçivəsində yaradılmış Azərbaycan Respublikasının Audiovizual Şurası və Medianın İnkişafı Agentliyinin fəaliyyəti bir-birini tamamlayan mexanizm üzərində qurulub. Bu iki qurumun əsasında kollegial idarəetmə sisteminə malik Media və Yayım Şurasının yaradılması dövlətin vahid institusional yanaşma strategiyasından irəli gəlir.

Qabaqcıl beynəlxalq təcrübəyə istinad

Media və Yayım Şurası ilə bağlı vəzifə və öhdəliklərin “Media haqqında” Qanunda öz əksini tapması və qurumun kollegial idarəetmə modelini əsas götürməsi medianın müstəqilliyinə və quruma münasibətdə ictimai etimadın yüksəlməsinə zəmanət verən ən effektiv demokratik mexanizmdir.

Yeri gəlmişkən, qabaqcıl beynəlxalq təcrübə də göstərir ki, media sahəsində tənzimləmə və inkişaf funksiyalarının vahid və ya əlaqələndirilmiş institusional çərçivədə həyata keçirilməsi daha effektiv nəticələr verir. Məsələn, Böyük Britaniyada Ofcom yayımın tənzimlənməsi, rəqəmsal media mühitinin nizamlanması və media istifadəçilərinin maraqlarının qorunması funksiyalarını vahid qurum daxilində həyata keçirir. Fransada isə CSA (hazırda ARCOM) audiovizual sektorun tənzimlənməsi ilə yanaşı, rəqəmsal platformalara münasibətdə nizamlamanı da təmin edir. Bu kimi modellər göstərir ki, kollegial idarəetmə prinsiplərinin tətbiqi və vahid yanaşmanın formalaşdırılması media sahəsində səmərəliliyi artırmaqla ictimai etimadı da möhkəmləndirir.

Hədəf nəticələri

Hazırda ayrı-ayrı ölkələrdə medianın müəyyən dairələrin əlində alətə çevrildiyi də günümüzün reallığıdır. Media üzərindən saxta informasiyalar yaymaqla cəmiyyətlərə təsir göstərmək cəhdləri tez-tez təkrarlanır. Belə bir şəraitdə informasiya siyasətində dövlətin vahid institusional yanaşması öz növbəsində ölkənin informasiya məkanını çirkləndirmə cəhdlərinin, habelə dezinformasiya dalğasının təsirlərinin azaldılması və bu kimi neqativ hallara qarşı mübarizənin daha effektiv və mərkəzləşdirilmiş formada aparılmasına şərait yaradacaqdır. Qanunda nəzərdə tutulan dəyişikliklər daxili informasiya məkanının təhlükəsizliyini təmin etməyə, milli məhsul istehsalını stimullaşdırmağa, yerli medianın inkişafına təkan verməyə, nəticə etibarı ilə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına daha geniş şərait yaradacaqdır.

Qeyd edək ki, məqsədi media subyektlərinə və onların redaksiyalarına, habelə jurnalistlərə dair məlumatları sistemləşdirimək olan Media Reyestrinə jurnalistlərin daxil edilməsi və müvafiq vəsiqə ilə təmin olunmaları qanuna dəyişikliklərdən sonra ödənişsiz əsasda həyata keçiriləcəkdir.

Mübariz ABDULLAYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 18 İyun 2026 11:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see575

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see398

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see330

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see290

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see264

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see263

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see259

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see246

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see242

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see240

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see236

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see228

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see209

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see208

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see198

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see195

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see193

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see191

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see179

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri