Icma.az
close
up
RU
Daha çevik və səmərəli...

Daha çevik və səmərəli...

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

Yeni islahatlar nəqliyyat və logistika əməliyyatlarının operativliyini təmin edəcək

Prezident İlham Əliyevin “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yenidən təşkili haqqında” fərmanına əsasən, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC Dəmir Yollarına qoşulmaqla yenidən təşkil ediləcək. Məqsəd dəmiryol nəqliyyatı sahəsində nəqliyyat əməliyyatlarını və logistika proseslərini daha səmərəli və operativ qaydada həyata keçirmək, eləcə də dəniz nəqliyyatına olan ehtiyacların daha dolğun ödənilməsini təmin etməkdir. Yeni strukturun formalaşdıqdan sonra bu sahədə ali idaretmə funksiyasını isə Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON) həyata keçirəcək.

Dəmir Yolu və Beynəlxalq Dəniz Ticarət Limanının birləşdirilərək yeni funksional struktura çevrilməsi dövlət şirkətlərində aparılan yeni idarəetmə modelinin tələblərinə əsaslanır. Belə ki, son illərdə idaretmə ilə bağlı həyata keçirilən islahatlar çərçivəsində dövlət müəssisələrinin diaqnostikası aparılır, müşahidə şuraları, müvafiq komitələr və koordinasiya ofisləri formalaşdırılır, korporativ idarəetmə standartları tətbiq edilir. Məqsəd daha yığcam, məqsədyönlü və dinamik idaretmə modelləri ilə səmərəliliyi təmin etməkdir.

Hazırkı yeni çağırışlar mərhələsində layihə idarəetməsi, risk menecment, investisiya və xəzinə siyasəti, pul vəsaitlərinin hərəkətinin idarə edilməsi, müəssisə resurslarının planlaşdırılması və sərmayə cəlbi kimi istiqamətlərdə islahatların aparılması əsas iqtisadi tələblər kimi daha da aktuallaşıb.

Ölkəmizin beynəlxalq daşımalarda potensialı artacaq

Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin ən axıcı qovşaqlarının yerləşdiyi regiondur, ölkəmizin ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərində həm Şərq-Qərb, həm də Şimal-Cənub marşrutları üzrə tranzit həcmləri sürətlə artır. Təkcə, 2024-cü ildə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) ilə yük daşımaları təxminən 60 faiz artıb. Eyni zamanda, Azərbaycandan keçən “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Qərb marşrutu üzrə yük daşımaları da 30 faiz yüksəlib. Bütün bunlar Azərbaycanın Avrasiya regionunda nəqliyyat-logistika qovşağı kimi mövqeyini gücləndirir.

Qlobal tələbatlara uyğun olaraq ölkəmiz öz nəqliyyat infrastrukturunu tam yeniləşdirir, Xəzər dənizində ən böyük ticarət qovşağı olan Bakı Beynəlxalq Dəniz Limanının yükgötürmə gücünü artırır, dəmir yolu infrastrukturlarını bu dəhlizlərlə şaxələndirir. Nəticədə bu sistemli və əhatəli tədbirlər dəmir yolu- liman logistikası zəncirinin ötürücülük qabiliyyətinin yüksəldilməsinə xidmət edir. “Azərbaycan Dəmir Yollları” və Beynəlxalq Dəniz Ticarət Limanının birləşdirilməsi də bu sahədə ahəngdarlığı, nəqliyyat ritminin keyfiyyətini artırmaq baxımından mühüm əhəmiyyət daşıyır.

AZCON nəqliyyat şirkətlərini vahid çətir altında birləşdirir

Müasir geoiqtisadi reallıqlar, tranzit-logistika xətlərində meydana çıxan yeni fraqmentasiyalar beynəlxalq nəqliyyat daşınmalarında təmsil olunan şirkətlərin fəaliyyətində vahid siyasətin tənzimlənməsini də labüd edir. Bu baxımdan Yeni nəqliyyat qurumunun AZCON-nun idarəetməsinə verilməsi isə nəqliyyat sektorunun vahid çətir altında platforma kimi birləşdirilməsində və yeni institusional çərçivədə idarə olunmasında çevikliyi və səmərəliliyi artıracaq. Eyni zamanda, nəqliyyat sektorunun bağlantısını artırmaqla, rəqəmsallaşdırmanı da tamamlayacaq. Bu siyasət, eyni zamanda, tariflərin təkmilləşməsində və optimist tarif təyinetməsinə imkan yaradacaq.

Beləliklə, nəqliyyat və logistika, liman müəssisələrinin birləşdirilməsi və fəaliyyətinin yeni idarəetmə prinsiplərinə uyğunlaşdırılması nəqliyyat-tranzit sektorunda modernləşməni də təmin edəcək. Bu sahədə tətbiq edilən yeni alətlər isə əməliyyatların və inzibati prosedurların optimallaşmasına, koordinasiyanın yaxşılaşmasına və vahid platforma üzərindən tətbiqinə imkan verəcək. Eyni zamanda, tranzit daşınmaları zamanı vaxt və əməliyyatların müddətinin minimuma endirilməsinə, nəticədə Azərbaycan üzərindən həyata keçirilən yükdaşımalarının həcminin artmasına səbəb olacaq.

E.CƏFƏRLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:258
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 01 Mart 2025 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see231

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see220

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see218

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see216

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see210

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see204

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see202

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see199

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see198

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see193

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see192

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see190

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see187

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see187

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see186

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see185

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see185

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see184

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see180

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri