Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Medianın cəmiyyət üzərində gücü və rolu İnformasiyanı necə çatdıraq?

Medianın cəmiyyət üzərində gücü və rolu İnformasiyanı necə çatdıraq?

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

(Yazı "İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi" mövzusu üzrə hazırlanıb)

Deyirlər, media cəmiyyətin güzgüsüdür, həm də onu maarifləndirən, istiqamətləndirən bir alətdir. Gənc nəslin tərbiyələndirilməsində, sosiallaşmasında medianın rolu danılmazdır. Bundan başqa, müxtəlif sosial media platformaları da gənclərin inkişafına böyük təsir göstərir. 

Qeyd olunur ki, son dövrlər sosial şəbəkə və mətbu orqanlarda gedən məlumatlar gənclərin və uşaqların psixoloji vəziyyətinə müxtəlif mənfi təsirlər göstərir. Bunla bağlı tez-tez müxtəlif tənqidi fikirlər səsləndirilir. 

Bəs bunun qarşısını necə almaq olar? Medianın cəmiyyət üzərində mövqeyini gücləndirmək üçün hansı tədbirlər görülməlidir?

Mövzu ilə bağlı Qaynarinfo-ya danışan sosioloq Üzeyir Şəfiyev bildirib ki, bu gün istər çap, istərsə də, onlayn Azərbaycan mətbuatı çox təəssüflər olsun ki, media haqqında qanuna, eləcə də jurnalistlərin peşə etikasına uyğun olmayan bəzi fəaliyyət nümunələri ortaya qoyurlar:


"Mən bu qənaətə media orqanlarının, kütləvi informasiya vasitələrinin kontent təhlili əsasında gəlmişəm. Hesab edirəm ki, özünü media kapitanı adlandıran bəzi mətbu orqanlar var ki, onlarda cinayət aləminin insanları qəhrəmanlaşdırılır, cinayət hallarına subliminal haqq qazandırılır. Bu da psixologiyası bərkiməmiş yeniyetmə və gənclərdə pis təsəvvür yaradır. Həmin gənclərə elə gəlir ki, bu kriminal insanlar düz yaşayıblar, onlar haqda bu qədər yazılar yazılır, hadisələri qəzet manşetlərini bəzəyir. Ona görə də hesab edirəm ki, mətbu orqanlar media haqqında qanuna zidd hərəkət edərək, jurnalist peşə etikasına xilaf çıxırlar". 

Üzeyir Şəfiyev qeyd edib ki, cinayət hadisələri və onların qəhrəmanları haqqında yazı verərkən, jurnalist mövqeyi də ortaya qoyulmalıdır:

"Jurnalist qeyd etməlidir ki, o bu həyat tərziylə yaşayıb, cinayətlər törədib, cəmiyyət üçün ictimai təhlükəli şəxsdir. Ortaya bu cür mesaj şəklində jurnalist mövqeyi qoymalıdır. Faktoloji məlumatlar əsasında da deyə bilərəm ki, televiziyalarımızda da vəziyyət belədir.

Bəzi kanallarda cinayət aləminin müxtəlif üzvləri haqqında müxtəlif süjetlər hazırlanır. Hətta bəzən həmin süjetlərdə tanınmış imzalar da çıxıb öz fikirlərini bildirir. Hüquqa, qanuna zidd əməllər törədən insanları efirlərə, mətbuata pozitiv nümunə kimi daşınmamalıdır. Elə nəşr evləri var ki, cinayət aləminin üzvləri ilə bağlı kitablar çap edirlər. Televizyalarda boşanmış qadınlar, uğursuz həyat hekayələri olan şəxslər tamaşaçıya "dərs" deyir. Bu zaman isə həmin verilişə baxan evdar xanım öz həyatına, onun həyatına baxır, müqayisə edir, patriarxal fikirli kişinin də müxtəlif hərəkətlərini yadına salır, psixoloji sarsıntı keçirir. Ümumiyyətlə, dəyərliləri dəyərsizləşdirmək mətbuat üçün çox böyük minusdur". 


Həmsöhbətimiz qeyd edib ki, sosial mediada da vəziyyət ürəkaçan deyil:

"Sosial mediada süzgəc mexanizmi tətbiq olunmur. Bir sıra ölkələr sosial media platformalarında "sarı informasiya", hüquqa, əxlaqa zidd paylaşımlar da daxil olmaqla bu kimi informasiyalar üçün süzgəc tətbiq edirlər. Çox yaxşı olardı ki, bu qayda bizdə də tətbiq olunsun. Uşaq və yeniyetmələrin sosiallaşmasında ailədən, bağçadan, orta məktəbdən, ali məktəbdən daha təhrikedici imkan bu gün sosial şəbəkələrdədir. Düşünmək lazımdır ki, sosial şəbəkələr nə qədər sağlamdır, nə qədər sosiallaşmaq üçün münasibdir? Ona görə də sosial şəbəkə fəaliyyətini tənzimləyən ayrıca qanun olmalıdır. Sosial media, sosial şəbəkələrə süzgəc mexanizmi tətbiq olunmalıdır. Televiziya siyasəti dəyişməlidir. Ailə münaqişələri efirlərə daşınmamalıdır. Aqressiv feminizm dalğası adı altında adı "gender bərabərliyi" olan şüarla qadınları kişilərə qarşı qaldırırlar. Klassik ailə dəyərləri dağıdılır. Bu işdə də mətbuatın, televiziyaların rolu var. Bizim mətbuat əfsuslar olsun ki, kütlənin dalınca sürünür. Halbuki mətbuat xalqı arxasınca aparmalıdır. Mətbuatın birinci missiyası maarifləndirmək, yönəltmək, ictimai rəyi hazırlamaq, formalaşdırmaq, ictimai rəyə təsir etməkdir. Amma bu gün mətbuat, kütləvi informasiya vasitələri, televiziyalar reytinq qazanmaq üçün kütlənin "dirijor çubuğu" ilə hərəkət edir".

Üzeyir Şəfiyev qeyd edib ki, bu gün bir çox media orqanlarında informasiyalar "ütülənməmiş", səliqəyə, xalqın maarifləndirilməsinə hesablanmış səviyyəyə salınmamış, emal olunmamış oxucuya, dinləyiciyə təqdim olunur:

"Bu, yolverilməz hadisədir. Sanki media bir cür danışır, başqa cür də hərəkət edir. Media şəxsi məqsədlər, pul, reytinq qazanmaq üçün jurnalistikanın peşə etikasını və medai haqqında qanunu pozmağa meyillidir". 


Mediada verilən intihar xəbərləri haqqında da danışan ekspert deyib ki, mətbuat bu cür xəbərlərdən yan keçməlidir:

"Bəzən mətbuatda intihar xəbərləri verilir. Bu zaman intihar edən şəxsin adı, soyadı, necə intihar etməsi və s. haqqında məlumatlar verilir. Bu zaman bir-birini təqlid edən intiharlar artır. Bu isə o deməkdir ki, artıq intihar epidemik səviyyə daşıyır, təsir gücünə malikdir. Belə informasiyalar Avropa ölkələrində, Qərb mediasında açıq formada verilmir. Bu həm jurnalistikanın peşə etikasına, həm konfidensiallıq baxımından, həm də psixoloji təsirlər baxımından ziddir. Ona görə də bu məqamlar nəzərə alınmalıdır. İntiharların böyük qismi məşhurlaşmaq, ucuz şöhrət tələbatından yaranır. Belə olan halda isə bu məlumatları işiqlandıran media sanki intiharlar üçün "oksigen" rolunda çıxış edir. Kriminal jurnalistikanın qanunları var. İstənilən cinayət hadisəsi haqqında məlumat verərkən orda mütləq jurnalist mövqeyi olmalıdır. Həmin hadisənin cəmiyyət, insanlar, uşaqlar, yeniyetmələr üçün fəsadları göstərilməlidir. Göstərilməlidir ki, bir nəfərin cinayəti bütün cəmiyyətə təsir edərək, sosial anemiyanı artırır. Ölkə başçısı 2018-ci ilddə uşaqların zərərli informasiyalardan qorunması haqqında qanun imzalayıb. Lakin media bu cür qanuna da əməl etmir. Onlarla informasiya göstərə bilərəm ki, mətbuatda bu hadəsələrlə bağlı qanun pozuntuları var".  

Üzeyir Şəfiyev son olaraq əlavə edib ki, mətbuat buna görə də ilk növbədə media haqqında qanuna diqqətlə baxmalı, jurnalistin peşə etikasına əməl etməli və nəhayət bilməlidir ki, onun vətəndaş mövqeyi də var:

"Əfsuslar olsun ki, bu gün kütlə şüuru mətbuatda da öz əksini tapır, sosial mediadakı pozuntular mediada öz əksini tapır. Mənə elə gəlir ki, mütəmadi olaraq mətbuatda monitoriqlər həyata keçirilməlidir. Bu monitorinqlər zamanı "sarı informasiyalar", hüquqazidd, əxlaqazidd paylaşım edən mətbu orqanlar cərimələnməli, hətta ləğv olunmalıdır. Çünki onlar sosial anemiyanı körükləyir, yaranmasına şərait yaradır. Gənclərə, yeniyetmələrə təsir göstərir. Biz əgər sağlam gələcək istəyiriksə, milli-mənəvi dəyərlərimiz, adət-ənənələrimizi qorumalıyıq".

Günay İlqarqızı


Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:230
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 11 Yanvar 2025 12:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see367

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see289

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see270

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see250

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see249

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see233

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see227

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see224

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see214

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see211

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see206

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see204

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see203

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see201

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see200

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see199

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see195

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see188

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see179

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri