Icma.az
close
up
RU
Problem, həll, böyümə MEDİAnın rolu

Problem, həll, böyümə MEDİAnın rolu

futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

16 ilə yaxındır fəaliyyətdə olan “FutbolPress” son 5-6 ayda ən çətin dönəmi yaşadı. Noyabrdan başlayan çətinlik ciddiyyətini yanvardan büruzə verməyə başladı. Saytın texniki dəstəyi fəaliyyətdə yaranan “qısa yubanmaların” qarşısını almaqda problemlərlə qarşılaşırdı.

Məsələ detallı şəkildə aydınlaşdırılandan sonra Medianın İnkişafı Agentliyinə (MEDİA) müraciət etməli olduq.

Artıq “FutbolPress“in müntəzəm fəaliyyətində axsamalar yaranmağa başlayarkən MEDİA-ya edilən müraciət karımıza yetməyə başladı. İlkin olaraq saytımıza qarşı intensiv və müntəzəm haker hücumlarının təşkil olunduğu texniki əməkdaşlar tərəfindən təsdiq olundu. Bundan sonra adıçəkilən təşkilatdan redaksiyamıza lazımi hüquqi dəstəyin veriləcəyi bildirildi.

Beləliklə, 4 ay haker hücumlarına qarşı mübarizə aparandan sonra, adıçəkilən qurumun dəstəyilə Xüsusi Rabitə Və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dadımıza yetdi.

Qurumun əməkdaşları xüsusi texniki vasitələrlə audit apararaq saytda yaranan və haker hücumları nəticəsində yaradılmış boşluqları müəyyənləşdirdi. Qısa zamanda boşluqlar aradan qaldırıldı və raport hazırlanaraq, görülməli işlərin siyahısı tərtib edildi.

Haker hücumlarının forması, məqsədi haqda daha sonra ayrıca və geniş bəhs edəcəyik, burada isə redaksiyamız adından hər iki quruma böyük təşəkkürümüzü bildirmək istəyirik.

“FutbolPress” 2012 və 2018-ci illərdə də haker müdaxiləsinə məruz qalmışdı. İlk hücumun nəticələrini aradan qaldırmaq üçün host xidmətini dəyişməli olmuşduq. İkinci hücum elə də ağır olmadığı üçün nəticələri qısa müddətdə aradan qaldırılmışdı. Budəfəki müdaxilə isə miqyasına və gücünə görə o həddə idi ki, redaksiya imkanları çərçivəsində bunu həll etmək mümkün olmayacaqdı. Məhz MEDİA-nın dəstəyilə və Xüsusi Rabitə Və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin köməyilə “FutbolPress” indi xüsusi proqramlar vasitəsiylə qorunur və istənilən “hack” həmləsinə qarşı müdafiə mexanizmi var.

Bu, informasiya təhlükəsizliyi və media fəaliyyətinin təşkili baxımından böyük əhəmiyyət daşıyan bir məsələdir. Artıq onlayn mətbuatın təhlükəsiz fəaliyyət göstərməsi qarant altındadır – real nümunəsini gördük.

MEDİA-nın əhəmiyyətli tərəfi bununla bitmir. Fərdi inkişaf baxımından hazırlanan layihələrin faydası da görülməkdədir və bundan başqa, peşəkarlaşma, redaksiya imkanlarının daha da genişləndirilməsi baxımından göstərilən maddi dəstəyin əhəmiyyəti də çox böyükdür. Məhz bu layihədə qalib gəlməyimiz nəticəsində göstərilən maddi yardım sayəsində saytımız yeni serverə köçürülüb və yeni tərtibata keçib.

11 ildən sonra yeni dizayn və ən müasir texniki imkanlara malik proqram təminatı ilə daha qarantiyalı fəaliyyət göstəririk. Eyni zamanda “Android” və İOS üzərindən aplikasiyalarımız hazırlanacaq.

Bilirik ki, müasir media sosial şəbəkə anlayışıyla sıx paritetdə fəaliyyət göstərir. Bu, günümüzün qaçılmaz reallığıdır. Biz son iki ildə sosial şəbəkədəki fəallığımızı çox böyük fərqlə artırmışıq.

“FutbolPress” “telegram” şəbəkəsində Avropa səviyyəli səhifəsi mövcuddur (6 min). “facebook” (27 min), “tik-tok” və “Instagram” kimi məşhur şəbəkələrdə aktiv fəaliyyət göstərir. Bu vasitələrlə ölkə idmanından və idman siyasətindən yazdıqlarımız onminlərlə oxucuya çatır. Bu bir böyümə, günün tələblərinə sürətlə adaptasiya olunmaqdır – bütün bunların son iki ildə ən böyük sürətə nail olmasında MEDİA-nın dəstəyi böyük rol oynayıb. Davamlı olsun…

Elçin Cəlilov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 04 Noyabr 2024 19:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see313

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see313

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see312

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see306

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see289

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see273

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see269

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see264

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see262

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see259

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see257

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see256

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see252

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see250

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see240

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see236

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see229

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see209

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri