Medianın İnkişafı Agentliyi: Azərbaycan hərbi təyyarələrinin İranla sərhəddə uçuşlar həyata keçirdiklərinə dair məlumatlar reallığı əks etdirmir
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 13 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi guya Azərbaycan hərbi təyyarələrinin İranla sərhəddə uçuşlar həyata keçirdiklərinə dair həqiqətə uyğun olmayan məlumatlarla bağlı açıqlama yayıb.
AZƏRTAC xəbər verir ki, açıqlamada deyilir: “İsrail-İran münasibətlərinin gərginləşməsi fonunda sosial şəbəkələrin xarici seqmentində guya Azərbaycan hərbi təyyarələrinin İranla sərhəddə uçuşlar etdiklərinə dair həqiqətə uyğun olmayan məlumatlar yayılmaqdadır.
Bildirmək istərdik ki, informasiya manipulyasiyası məqsədilə hazırlanmış bu tip “xəbərlər” saxtadır və qətiyyən reallığı əks etdirmir.
Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi məlumatlara inanmağa, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların vüsət aldığı bir şəraitdə sayıq olmağa çağırırıq”.
Baxış sayı:114
Bu xəbər 13 İyun 2025 14:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















