Icma.az
close
up
RU
Medianın inkişafında yeni mərhələ: Dövlətin strateji qərarı

Medianın inkişafında yeni mərhələ: Dövlətin strateji qərarı

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Respublikası özünün müasir dövlətçilik tarixində yeni və çox məsuliyyətli bir mərhələyə qədəm qoyub. Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfər yalnız torpaqlarımızın azad olunması ilə yekunlaşmayıb, eyni zamanda ölkəmizin daxili və xarici siyasətində, o cümlədən informasiya müstəvisində keyfiyyətcə yeni çağırışları gündəmə gətirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə medianın inkişafı sahəsində həyata keçirilən davamlı islahatlar, məhz bu Zəfərin tələb etdiyi yüksək standartlara və milli maraqlarımızın qlobal səviyyədə müdafiəsinə xidmət edir.

Modern.az xəbər verir ki, hazırda “Media haqqında” Qanuna təklif olunan dəyişikliklər və yeni Media və Yayım Şurasının yaradılması ideyası təsadüfi deyil. Qlobal konvergensiya prosesi - yəni çap, onlayn və audiovizual media arasındakı sərhədlərin tamamilə silinməsi, informasiya sisteminin vahid mərkəzdən tənzimlənməsini zəruri edir. İndiyədək fəaliyyət göstərən Audiovizual Şura və Medianın İnkişafı Agentliyinin (MEDİA) funksiyalarının inteqrasiyası və vahid kollegial orqanda birləşdirilməsi dövlətin media siyasətində çevikliyi və səmərəliliyi dəfələrlə artıracaqdır.

Bu yanaşma həm də beynəlxalq təcrübənin - Böyük Britaniyanın “Ofcom”, Fransanın “ARCOM” kimi qabaqcıl modellərinin ölkəmizin reallıqlarına uyğunlaşdırılmış təzahürüdür. Müasir dövrdə informasiya bir silahdır və bu silahın dəqiq, sağlam və milli mənafeyə xidmət etməsi birbaşa dövlət təhlükəsizliyi məsələsidir. Media və Yayım Şurası dezinformasiya dalğalarına, hibrid müharibə təhdidlərinə və informasiya məkanımızın kənar qüvvələr tərəfindən çirkləndirilməsinə qarşı mərkəzləşdirilmiş, peşəkar və effektiv sipər olacaq.

Yeni yaradılacaq Şuranın kollegial idarəetmə modelinə əsaslanması medianın müstəqilliyinə verilən ən böyük töhfədir. Kollegiallıq subyektivliyi aradan qaldırır və qərarların şəffaf, ictimai maraqlara uyğun qəbul edilməsini təmin edir. Bu, həm də media subyektləri ilə dövlət arasında qarşılıqlı etimadı möhkəmləndirəcək əsas mexanizmdir.

Qanunvericilikdə edilən dəyişikliklərin ən diqqətçəkən məqamlarından biri isə Media Reyestrinə daxilolma və jurnalist vəsiqələrinin əldə edilməsi ilə bağlıdır. Prosesin tamamilə ödənişsiz əsasda həyata keçirilməsi dövlətin media nümayəndələrinə, jurnalistlik peşəsinin nüfuzuna verdiyi yüksək dəyərin bariz nümunəsidir. Bu, jurnalistlərin sosial müdafiəsini gücləndirməklə yanaşı, peşəkar və qeyri-peşəkar media subyektləri arasındakı xətti dəqiq müəyyən edərək, informasiya məkanımızın keyfiyyətini artıracaqdır.

Media və Yayım Şurası təkcə tənzimləyici orqan deyil, həm də milli media məhsulunun istehsalını stimullaşdıran bir mərkəz kimi çıxış edəcək. Yerli medianın rəqabətə davamlılığının artırılması, informasiya texnologiyalarının imkanlarından səmərəli istifadə və nəticə etibarı ilə Azərbaycanın haqq səsinin, Zəfər tariximizin və strateji maraqlarımızın dünya ictimaiyyətinə daha geniş miqyasda çatdırılması bu islahatların ali hədəfidir.

Yekun olaraq qeyd etmək lazımdır ki, Media və Yayım Şurası informasiya azadlığı ilə dövlət maraqlarının harmoniyasını qoruyan, müasir və demokratik bir təsisatdır. Bu islahatlar Azərbaycanın rəqəmsal ekosistemini daha da təhlükəsiz və rəqabətədavamlı edəcək, ölkəmizi regional informasiya mərkəzinə çevirəcək tarixi bir addımdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://modern.az
archiveBu xəbər 16 İyun 2026 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see379

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see281

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see266

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see255

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see251

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see246

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see242

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see241

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see235

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see226

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see215

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see204

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see201

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see201

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see199

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see199

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see199

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see191

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see189

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri