“Mediasiya: Barışıq sazişi uğurlu nəticə kitabı nəşr olunub
Icma.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ölkəmizdə məhkəmə-hüquq islahatlarının dərinləşməsi və alternativ mübahisə həlli institutlarının inkişafı fonunda mediasiya sahəsində nəzəri və təcrübi bilikləri özündə cəmləşdirən yeni mühüm elmi-praktik vəsait nəşr olunub.
Newscenter.az xəbər verir ki, Bakı 3 saylı mediasiya təşkilatının direktoru Paşa Səfərovun müəllifi olduğu “Mediasiya: Barışıq sazişi – uğurlu nəticə (hüquqi, fəlsəfi və sosial yanaşma)” adlı mediatorun və mediasiya tərəfinin Mediasiya Şurası İdarə Heyətinin 20 avqust 2026-cı il tarixli qərarı ilə çapa tövsiyə edilib.
Kitabın elmi redaktoru hüquq üzrə fəlsəfə doktoru, Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov, elmi rəyçisi isə hüquq elmləri doktoru, Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının “Vəkillərin və mediatorların tədrisi” fakültəsinin dekan müavini Fərdin Xəlilovdur.
Təqdim olunan vəsait mediasiya prosesində bağlanan barışıq sazişini zərurilik, effektivlik və qanunilik baxımından kompleks şəkildə araşdıran sahəvi əsərdir. Müəllif mövzunun aktuallığını nəzərə alaraq məsələlərə yalnız hüquqi müstəvidə deyil, həm də fəlsəfi və sosial aspektlərdən nəzəri və təcrübi baxış açmışdır.
Həmçinin, kitabda insanda olan barışıq hissinin müqəddəs və mənəvi köklərinə nəzər salınır, insan şüurunda razılaşma iradəsinin vacibliyi vurğulanır.
Qeyd edilməlidir ki, bu dəyərli nəşr mediasiya institutunun ölkəmizdə daha da möhkəmlənməsinə, cəmiyyətdə barışıq mədəniyyətinin təbliğinə və hüquqi maarifləndirməyə mühüm töhfə verəcəkdir.
Süleyman
Bu mövzuda digər xəbərlər:“Azərbaycanda mediasiya: Formal arayışdan barışıq sazişinə doğru”
14 Aprel 2026 17:06
Cinayət işində mediasiya yolu ilə barışıq Məhkəmədə İLK DƏFƏ
12 May 2025 12:47
Məhkəmə ilk dəfə cinayət işləri üzrə mediasiya yolu ilə barışıq sazişi əsasında şəxsi çəkilməmiş cəzadan azad edib
12 May 2025 12:41
Azərbaycan BMT nin “Mediasiya nəticəsində əldə olunan beynəlxalq barışıq sazişləri haqqında” Konvensiyasına qoşulub
23 Aprel 2026 22:39
Mediatorlar üçün Mediasiya təlimi üzrə tədris vəsaiti nəşr olunub
08 Avqust 2025 13:13
Baxış sayı:149
Bu xəbər 01 Sentyabr 2026 14:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















