Icma.az
close
up
RU
Cinayət işində mediasiya yolu ilə barışıq Məhkəmədə İLK DƏFƏ

Cinayət işində mediasiya yolu ilə barışıq Məhkəmədə İLK DƏFƏ

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Səbail Rayon Məhkəməsində məhkumun azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsindən vaxtında əvvəl azad olunması ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsinin təqdimatına baxılıb. 

Modern.az xəbər verir ki, işin hallarına görə, şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, 7 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub. 

Hakim Azər Tağıyevin sədrliyi ilə təqdimata baxılarkən məlum olub ki, 22 aprel 2025-ci il tarixdə məhkumla zərərçəkmiş arasında Mediasiya Şurasının təşkilatında iştirakı ilə barışıq sazişi bağlanıb. Bundan sonra zərərçəkmiş şəxs notarial qaydada təsdiq edilmiş ərizə ilə müraciət edərək, məhkumla barışdığını və cinayət nəticəsində ona dəymiş ziyanın tam olaraq ödənildiyini göstərib. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 80-1 maddəsinə əsasən məhkum edilmiş şəxs cəza çəkdiyi dövrdə zərərçəkmiş şəxslə barışmaqla, cinayət nəticəsində vurulmuş ziyanı və ya əldə edilmiş gəliri tamamilə ödəməklə bağlı cəza çəkməkdən azad edilir. 

Məhkəmə məhkumla zərərçəkmiş şəxs arasında ailə münasibətləri zəminində yaranmış mübahisənin mediatorun vasitəçiliyi ilə barışıq sazişi bağlandığını və zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənilməsini nəzərə alaraq məhkumun azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsindən vaxtında əvvəl azad olunmasına dair qərar qəbul edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://modern.az
archiveBu xəbər 12 May 2025 12:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri