Icma.az
close
up
RU
Mediatorlara sertifikatlar təqdim olunub

Mediatorlara sertifikatlar təqdim olunub

Newscenter.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


5 may 2026-cı il tarixində AR Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında, Akademiya tərəfindən keçirilən "Mediatorların ilkin hazırlıq kursu"nu və "Mediatorların ixtisasartırma kursu"nu müvəffəqiyyətlə bitirmiş mediatorlara sertifikatlar təqdim olunub.
Newscenter.az xəbər verir ki, sertifikatvermə mərasimində çıxış edən Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov mediasiya institutunun ölkəmizdə inkişaf dinamikasından bəhs edərək bildirib ki, son illər həyata keçirilən ardıcıl islahatlar nəticəsində mediasiya mexanizminə maraq əhəmiyyətli dərəcədə artıb. O, xüsusilə mediatorların peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsinin bu sahənin effektivliyində həlledici rol oynadığını vurğulayıb.
Nadir Adilov çıxışında qeyd edib ki, cari il ərzində Mediasiya Şurası tərəfindən mediatorların bilik və bacarıqlarının artırılması, beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi istiqamətində bir sıra mühüm addımlar atılıb. O, həmçinin mediasiyanın cəmiyyət daxilində hüquqi mübahisələrin daha çevik, səmərəli və qarşılıqlı anlaşma əsasında həllinə töhfə verdiyini diqqətə çatdırıb.
Bununla yanaşı, sədr mediatorlara gələcək fəaliyyətlərində peşə etikası prinsiplərinə ciddi riayət etməyi, tərəflər arasında etimad mühitinin formalaşdırılmasına xüsusi önəm verməyi və daim öz üzərlərində işləməyi tövsiyə edib. O, bu kursları uğurla başa vuran mediatorların ölkədə mediasiya institutunun daha da möhkəmlənməsində aktiv rol oynayacaqlarına əminliyini ifadə edib.
Sonda mediatorlarla xatirə şəkilləri çəkilib.
Süleyman
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 06 May 2026 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see276

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see196

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see194

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see193

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see186

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see184

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see183

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see183

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see182

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see182

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see181

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see181

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see178

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see178

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see177

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see176

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see174

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see173

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see173

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri