Medina “Qarabağ”dan getdi
Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Qarabağ"da daha bir ayrılıq gerçəkləşib. Kevin Medina Ağdam klubu ilə vidalaşıb.
Axar.az Sportal.az-a istinadla xəbər verir ki, futbolçu Asiya klublarından biri ilə anlaşıb.
“Qarabağ” müqaviləsi davam edən futbolçuya jest edib, onu təzminatsız buraxıb. Məsələ burasındadır ki, indiyə qədər çox yaxşı təklifləri olan Kevin “Qarabağ”da qalmağa üstünlük verib, böyük pulları geri çevirib. Lakin hazırkı təkliflə bağlı özü rəhbərliyə yaxınlaşıb, onu sərbəst buraxmalarını rica edib. Kolumbiyalı futbolçunun xidmətlərini nəzərə alan “Qarabağ” rəhbərliyi Medinaya əngəl olmayıb.
Qeyd edək ki, Medina yay transfer dönəmində “Qarabağ”ı tərk edən 5-ci futbolçu olub. Ona qədər Toral Bayramov, Emmanuel Addai, Ramil Şeydayev və Sami Mmae ilə yollar ayrılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 16 İyun 2026 15:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















