Icma.az
close
up
RU
“Medinex 2025” sərgisi çərçivəsində Azərbaycan və Ukraynanın əczaçılıq sahəsindəki imkanları müzakirə olunub

“Medinex 2025” sərgisi çərçivəsində Azərbaycan və Ukraynanın əczaçılıq sahəsindəki imkanları müzakirə olunub

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 31 oktyabr, AZƏRTAC

“Medinex 2025” sərgisi çərçivəsində “Dialoqdan əməkdaşlığa: Ukrayna və Azərbaycanın əczaçılıq imkanları” mövzusunda panel təşkil edilib.

AZƏRTAC xəbər verir ki, Ukraynanın səhiyyə nazirinin müavini Edem Adamanovun moderatorluğu ilə keçirilən paneldə Azərbaycan və Ukrayna arasında əczaçılıq sahəsində mövcud əməkdaşlıq perspektivləri, investisiya imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Ukraynanın səhiyyə naziri Viktor Lyaşko qeyd edib ki, ölkəsi strateji tərəfdaşlarla, o cümlədən Azərbaycanla əczaçılıq sektorunda dayanıqlı və davamlı əməkdaşlıq qurmağa hazırdır. “Bu əməkdaşlıq dərman istehsalının inkişafını, keyfiyyət və təhlükəsizlik standartlarının yüksəldilməsini, həmçinin regional səhiyyə sistemlərinin gücləndirilməsini təmin edə bilər. Həmçinin bu sərgidə Ukraynanın aparıcı istehsalçılarının təmsil olunması bizə qarşılıqlı öyrənmə və təcrübə mübadiləsi üçün böyük fürsət yaradıb. Biz bu imkanlardan səmərəli istifadə etmək və əməkdaşlığı yeni səviyyəyə qaldırmaq niyyətindəyik”, - deyə o əlavə edib.

Nazir vurğulayıb ki, Azərbaycan ilə Ukrayna arasında əczaçılıq sahəsində qurulacaq tərəfdaşlıq həm strateji, həm də iqtisadi baxımdan faydalı olacaq: “Biz müxtəlif müzakirələrə, fikir mübadiləsi və yeni layihələrə həmişə hazırıq”.

Ukrayna Parlamentinin üzvü Mixayil Radutskiy panelin əsas məqsədinin Ukrayna və Azərbaycanın əczaçılıq sənayesi arasında ticarət əlaqələrini dərinləşdirmək, birgə layihələrin həyata keçirilməsi üçün zəmin yaratmaq və iki ölkənin dərman təhlükəsizliyini möhkəmləndirmək olduğunu diqqətə çatdırıb.

Azərbaycan Əczaçılar Assosiasiyasının sədri Tahir Süleymanov qeyd edib ki, Azərbaycan əczaçılıq bazarı dinamik inkişaf mərhələsindədir və yerli istehsalı sürətləndirmək üçün beynəlxalq tərəfdaşlıq olduqca vacibdir: “Əsas diqqətimiz kadr hazırlığı, elmi əməkdaşlıq və keyfiyyət standartlarının tətbiqi sahəsində təcrübə mübadiləsinə yönəlməlidir”.

Ukraynanın əczaçılıq şirkəti “Farmak”ın korporativ kommunikasiya direktoru Yevgeniya Piddubna Azərbaycan bazarının mühüm tərəfdaş olduğunu deyib: “Biz yalnız dərman idxal etmək deyil, həm də bilik və texnologiya transferi ilə maraqlanırıq”.

Ukraynanın “Biopharma Plasma” şirkətinin strateji inkişaf direktoru Oksana Plotnikova isə əczaçılığın pandemiya və müharibə şəraitində xüsusi önəm kəsb edən sahə olduğunu vurğulayıb: “Bakıda keçirilən bu sərgi əczaçılıq sahəsinin perspektivini araşdırmaq və bu təcrübəni bölüşmək üçün ideal platformadır”.

Daha sonra Ukraynanın səhiyyə naziri Viktor Lyaşko sərgi ilə tanış olub, ölkəsinin stendini ziyarət edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://azertag.az
archiveBu xəbər 31 Oktyabr 2025 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see269

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see223

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see207

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see207

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see194

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see191

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see190

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see174

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see167

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see166

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see162

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see162

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see161

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see160

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see159

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see156

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see144

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see139

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see139

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri