Icma.az
close
up
RU
Medinski kimilər Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmalıdırlar

Medinski kimilər Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmalıdırlar

Icma.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Rusiya prezidenti Vladimir Putinin köməkçisi və Ukrayna ilə danışıqlar üzrə nümayəndə heyətinin rəhbəri Vladimir Medinskinin ölkəsinin propaqanda kanalı olan “Russia Today” kanalına müsahibəsi zamanı keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı faktları, həqiqətləri qəsdən təhrif etməsi, Qarabağ bölgəsini mübahisəli ərazi kimi qələmə verməsi, eləcə də bir zamanlar Qarabağda cərəyan edən prosesləri bu gün Ukraynadakı müharibə ilə müqayisə etməyə çalışması heç şübhəsiz ki, Kremlin növbəti oyunudur.
Medinskinin peşəkar diplomat olmadığı hər kəsə məlumdur. O, müstəqil siyasətçi də deyil ki, öz şəxsi, subyektiv fikirlərini bildirmək imkanına malik olsun. Aydın məsələdir ki, Medinskini danışdıran Kremldir. Və yaxud, Kreml Medinskinin ağzı ilə danışır. Bu, Putinin köhnə ənənəsidir. O, şəxsən özünün deyə bilmədiklərini, adətən, bir qayda olaraq həmişə məhz Kremlə yaxın personajların vasitəsilə dilə gətirir, səsləndirir.
Rusiya prezidentinin köməkçisinin sözügedən qalmaqallı və məkrli açıqlamasının Azərbaycanda ciddi rezonans doğurması və sərt təpki ilə qarşılanması təbii idi. Çünki medinskilərdən fərqli olaraq Azərbaycan üçün "Qarabağ münaqişəsi" səhifəsi artıq çoxdan qapanıb və keçmişdə qalıb. Azərbaycan bu məsələni beynəlxalq qanunlara uyğun olaraq hərbi yolla çoxdan həll edib. Kremldə və Rusiya XİN-də oturanların “Qarabağ mübahisəli ərazidir” iddiasını gündəmdə saxlamağa çalışmaları yersiz və mənasızdır.
Əzəli və əbədi torpağımız olan Qarabağ bizim üçün heç vaxt mübahisəli ərazi olmayıb. Və bunun məhz belə olduğunu 44 günlük İkinci Qarabağ müharibəsində də, 23 saatlıq antiterror əməliyyatı zamanı da hər mənada sübut etmişik. Prezident İlham Əliyevin məşhur “Qarabağ Azərbaycandır və nida” ifadəsi Rusiya diplomatiyasının “Qarabağ mübahisəli ərazidir” iddiasına ən tutarlı cavabdır.
Bu baxımdan, rəsmi Bakının Medinskinin çıxışına dərhal və sərt reaksiya verməsi təqdirə layiqdir. Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) məsələ ilə bağlı şərhində Medinskiyə haqlı olaraq tövsiyə olunur ki, o, öz səlahiyyətinə aid olmayan məsələlərə dair yanlış iddialar səsləndirməsin, dövlətlərarası münasibətlərə xələl gətirməsin. Bu gün Rusiya rəsmiləri yersiz açıqlamalarıyla yeni problemlər yaratmaq əvəzinə, Ukrayna problemindən necə ləyaqətlə çıxmaq barədə düşünməlidirlər. Medinski kimilər Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmalıdırlar.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:121
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 10 İyun 2025 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see246

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see235

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see211

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see199

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see172

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see167

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see167

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see154

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see154

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see153

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see153

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see150

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see145

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see140

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see137

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see137

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see136

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see136

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see135

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri