Icma.az
close
up
RU
Rusiya atəşkəs istəyirsə, Ukraynanın ərazi bütövlüyünə hörmətlə yanaşmalıdır ŞƏRH

Rusiya atəşkəs istəyirsə, Ukraynanın ərazi bütövlüyünə hörmətlə yanaşmalıdır ŞƏRH

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

Müharibənin dayandırılması üçün təkcə Ukraynadan güzəştlərin gözlənilməsi  beynəlxalq hüquqa yaraşan  həqiqət deyil


Əgər Rusiya atəşkəsə hazır olduğunu bəyan edirsə, Ukraynaya kütləvi zərbələri dayandırmalıdır. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa ilə birgə mətbuat konfransında çıxışı zamanı deyib. O bildirib ki, mən bilmirəm kimin daxilində nə baş verir, amma səbri tükənən məhz ukraynalılar olacaq, çünki zərbə altında olan bizik. 


Başqa heç kim yox – heç kimə bu vəziyyətdə olmağı arzulamıram da – məhz biz Rusiya raketlərinin altındayıq. Xatırladaq ki, Volodimir Zelenski gecə Ukraynaya edilən kütləvi zərbələr səbəbindən CAR səfərini planlaşdırılan zamandan daha tez yekunlaşdıraraq Ukraynaya qayıtmaq barədə qərar qəbul edib.



Politoloq Taleh Əliyev Sherg.az-a söyləyib ki, ABŞ-nin Rusiya və Ukrayna müharibəsinin həlli ilə bağlı Londonda nəzərdə tutulan Ukrayna ilə birgə görüşünun baş tutmamasının səbəbi Kiyev tərəfinin, Kırımın Kremlin işğalıyla barışmaması ilə əlaqələndirilir:

"Bundan sonra da ənənəvi olaraq Trump administrasiyasının Ukrayna hakimiyyətində və xüsusilə Zelenskiyə qarşı sərt tənqidi ritorikasının biz şahid olduq. Böyük ehtimal ki, Zelenskinin məlum açıqlaması da məhz Ukrayna xalqının və dövlətinin Rusiyanın hərbi təcavüzündən əziyyət çəkdiyi halda bu müharibənin dayandırılmamasında onun hakimiyyətini tənqid edənlərə unvanlamış bir açıqlamadır.

Hesab edirəm ki, Ukrayna prezidenti tərəfindən çox doğru və cəsarətli bir açıqlamadır. Həqiqətən də bu gün müharibənin hərbi, psixoloji, siyasi, iqtisadi ağırlığı daha çox Ukrayna dövlətinin, xalqının üzərindədir. Hazırda müharibənin dayandırılması üçün Ukraynadan ədalətsizcəsinə güzəştlərin gözlənilməsi həm beynəlxalq hüquqa yaraşan bir həqiqət deyil, həm də demokratik dövlət imici yaratmaq istəyən heç bir dövlətə baş ucalığı gətirmir.

Təbii ki, Rusiya tərəfi Ukraynaya qarşı atəşkəs istəyirsə, Ukraynanın beynəlxalq birlik tərəfindən tanınmış suveren ərazilərinə, ərazi bütövlüyünə hörmətlə yanaşmalıdır. Bu baş verməyəcəyi təqdirdə isə  növbəti illərdə belə Rusiya-Ukrayna müharibəsinin davam etməsinin əsl səbəbkarlarını başqa yerdə axtara bilərik. Bu da günahsız insanların həyatı bahasına başa gələn ədalətsiz müharibənin uzanmasının səbəbi olaraq meydana sıxacaqdır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://sherg.az
archiveBu xəbər 24 Aprel 2025 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2018

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see236

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see198

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see178

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see155

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see146

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see144

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see143

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see138

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see134

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see133

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see130

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see130

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see128

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see128

MPL: Turan Tovuz un Qəbələ sınağı, Neftçi Sabah la derbiyə çıxır

08 Dekabr 2025 09:03see127

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see127

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see127

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see126

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri