Medvedev hədəfi böyütdü: Təkcə Ukrayna yox, bütün Avropa…
Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev təkcə Ukraynanın yox, bütün Avropanın denasifikasiyasına çağırıb.
Teleqraf xəbər verir ki, o, Avropa dövlətlərini rusofobiyada ittiham edib.
“Bir ideologiya kimi nasizm bütün Avropa qitəsində kökündən kəsilməlidir”, - Medvedev bildirib.
Rusiya rəsmisi qeyd edib ki, denasifikasiya ilə məşğul olmaq istəməyən ölkələrin liderlərinə “nasizmin şərikləri” damğası vurulmalıdır.
“Məncə, Avropa ilə münasibətlərimiz geridönüş nöqtəsini keçib. Təəssüf ki, bu gün Köhnə dünyada (Avropa) danışacaq heç kim və heç nə yoxdur. Üstəlik, öz sələfləri ilə birlikdə Avropa liderləri çox kiçiliblər, degenerasiyaya uğrayıblar. Parlaq şəxsiyyətlər və güclü liderlər əvəzinə bəzi texniki fiqurlar var. Onlar da rusofobdur”, - Təhlükəsizlik Şurasının sədr müavini əlavə edib.
Medvedev həmçinin deyib ki, Rusiyanın Qərbin “güc vasitəsilə sülh” prinsipinə cavabı ancaq “qorxu vasitəsilə sülh” ola bilər: “Çünki qorxu hələ də işləyir”.
Onun fikrincə, Rusiyanın düşmənlərini yalnız hərbi güc dayandıra bilər.
Baxış sayı:86
Bu xəbər 29 Aprel 2025 18:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















