Icma.az
close
up
RU
Medvedevdən SENSASİON AÇIQLAMA “NATO bu ölkənin ərazisindən Rusiyaya hücuma hazırlaşır”

Medvedevdən SENSASİON AÇIQLAMA “NATO bu ölkənin ərazisindən Rusiyaya hücuma hazırlaşır”

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Finlandiya Almaniya ilə birlikdə İkinci Dünya müharibəsinin başlanmasına görə məsuliyyət daşıyır”. 
Bizim.Media xəbər verir ki, bu fikirləri TASS-a açıqlamasında Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev bəyan edib.
 

Medvedev bildirib ki, Finlandiya Hitlerin peyk dövləti kimi SSRİ-yə hücum edərək, müharibənin başlanmasına, xalqımızın üzləşdiyi bütün dəhşətlərə və əzablara görə faşist Almaniyası ilə eyni dərəcədə məsuliyyət daşıyır.


Rusiya rəsmisi əlavə edib ki, Helsinki administrasiyasının hazırkı siyasəti Moskvaya Finlandiyanın müharibə illərində vurduğu “zərərə” görə irimiqyaslı kompensasiyalardan imtina qərarına yenidən baxmaq üçün əsas verir.
Onun sözlərinə görə, bu zərər Kareliya Ali Məhkəməsinin hesablamalarına əsasən 20 trilyon rubl təşkil edir.
Medvedev vurğulayıb ki, 1947-ci il müqaviləsi ilə Finlandiya 300 milyon dollar məbləğində reparasiya ödəməyə razılıq verib, bunun 226,5 milyon dolları faktiki olaraq ödənilib. Onun sözlərinə görə, SSRİ-nin varisi kimi Rusiya bu güzəşti “xoşməramlılıq jesti” kimi qəbul edib, lakin indiki nəsillər bu məsələni qiymətləndirməyib.
Medvedev həmçinin iddia edib ki, Finlandiya hazırda “müharibəyə hazırlıq kursu” götürüb və Rusiyaya qarşı hücum üçün NATO-ya hərbi meydança yaradır.
Onun sözlərinə görə, alyans Finlandiyanın quru, dəniz, hava, kosmos və kiberməkan daxil olmaqla bütün əməliyyat sahələrində fəallığını artırır.
“Laplandiyada NATO-nun qabaqcıl quru qüvvələrinin qərargah strukturları formalaşdırılır, Mikkelidə korpus səviyyəli birləşmiş komandanlığın quru komponentinin qərargahı yerləşdirilir. İvalo kimi yeni qarnizonlar yaradılır, hansı ki, Rusiya sərhədindən cəmi 40 km məsafədədir”, — deyə o xatırladıb.
 

Medvedevin sözlərinə görə, Rusiya Finlandiyanın NATO üzvü olmasını nəzərə almaya bilməz və bu amil Moskvanın ehtimal olunan qeyri-dost addımların qarşısının alınmasına dair hərbi yanaşmalarını dəyişir.


Xatırladaq ki, İkinci Dünya müharibəsi dövründə Finlandiya Almaniyanın tərəfində çıxış etsə də, Berlinlə dövlətlərarası və ya hərbi ittifaq barədə saziş imzalamamışdı. Rəsmi Helsinki bu münaqişəni 1939–1940-cı illərin Qış müharibəsinin davamı hesab edirdi. 1944-cü ildə SSRİ ilə sülh sazişi imzalanmış, nəticədə Finlandiyanın müəyyən əraziləri Moskvaya verilmişdi.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:74
embedMənbə:https://bizim.media
archiveBu xəbər 08 Sentyabr 2025 15:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see238

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see174

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see158

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri