Icma.az
close
up
RU
Статья не опубликована
Medvedyevin üzrsüz məktubu

Medvedyevin üzrsüz məktubu

Icma.az bildirir, Aznews.az saytına əsaslanaraq.

Medvedyev matəm məktubunda Azərbaycandan üzr istəmədi....

Təzminat və cəzalar isə....

2 gündür çoxsaylı media orqanları mənə təyyarə qəzası ilə bağlı Azərbaycan prezidentinin 3 konkret istəyinin Rusiya tərəfindən yerinə yetirilməyəcəyi halda münasibətlərimizin necə olacağı barədə suallar ünvanlayırlar.Təbii ki, cavabım konkret və aydın ölur.Gizlədiləsi və yaxud yanından keçiləsi bir şey yoxdur.
Azərbaycan prezidenti Rusiyadan üzürxahlıq, müqəssirlərin cəzalandırılmasını və ləyaqətli təzminat istəyib.Tam uyğun şərtlərdir. İndiyə qədər olmuş hadisələrdə başqalarının da davranışı belə olub və Azərbaycan prezidenti qeyri- adi nələrsə tələb etmir...

Üzürxahlıq deyilən şeyi eşitdik. Lakin çox yaxşı olardı ki, cənab Putin üzürxahlıq diləyini telefon zəngilə yox, rəsmi dövlət məktubunda ifadə edəydi ki, hər şey arxivlərdə qalaydı və tarix ortaya hər hansı sual çıxarmazdı. Ancaq yalnız telefon zəngində ifadə olunmuş üzrxahlıq jesti yaxın və uzaq tarixin inanın ki, bir çox suallarına cavab verə bilməyəcək...

Maraqlıdır ki, telefon zəngi ilə üzr istəmiş Putindən sonra Təhlükəsizlik Şurasının sədri müavini Medvedyev Azərbaycan prezidentinə məktub yazdı. Daha maraqlısı odur ki, Medvedyev məktubda üzr istəmədi və yalnız başsağlığı verməklə kifayətləndi. Bunlar onu ifadə edir ki, Rusiya rəhbərliyinin Azərbaycandan rəsmi qaydada üzr istədiyini sübut edən real fakt təəssüf ki, hələ yoxdur .

Müqəssirlərin cəzalandırılmasına gəldikdə burada da məsələnin çox rahat və tezliklə həll olunacağını gözləmək təəssüf ki, hələlik çətindir ...Burada konkret fikir deməyə mane olan əsas amil fikrimcə aviasiya sahəsi ilə yox , siyasi amillərlə bağlıdır. Bilirsiniz ki, təyyarə Çeçenistanda qəzaya uğrayıb və Çeçenistan administrasiyasının bəzi suallara cavab verməsi asan olmayacaq, üstəlik Çeçenistan hökuməti Ukraynada Rusiyanın yolunda " fədai kimi" döyüşür. Bəs Kreml öz "fədailərini" qurban verəcəkmi???

Bilinmir...

Təzminata gəldikdə isə Rusiyanın Azərbaycan dövlətini və bütün zərərçəkmişləri maksimum razı salmaq üçün yetərli addımlar atacağını narahatlıqla gözləyirik. Yazılı üzr isyənilməyibsə, müqəssirlərin obyektiv cəzalandırılması üçün inandırıcı addımlar hələ atılmırsa, ləyaqətli təzminatın ödəniləcəyinə necə inanmaq olar?!..

Həm də əgər heç olmasa Medvedyev səviyyəsində yazılı üzr istənilmiş olsaydı, kimliklərindən asılı olmayaraq cinayətkarların məsuliyyətə cəlb olunacaqlarının anonsu verilmiş olsaydı, mən əminəm ki, Azərbaycan rəhbərliyi maddi təzminat şərti üzərində israr etməzdi. Rusiya- Azərbaycan strateji müttəfiqliyini hansısa məbləğdə maddi təzminata qurban verməyi yəqin heç kim rəva görməz. Ancaq söhbət yüksək mənəvi dayaqlar üzərində dayanan qarşılıqlı münasibətlər şəraitindən gedir.

Bütün bunlardan sonra Rusiya- Azərbaycan münasibətləri necə olacaq?

Azərbaycanın normal 3 istəyinin icrası çox vacibdir və hər iki tərəfə lazımdır.

Yerinə yetirilməyəcıyi təqdirdə isə.....

Azərbaycanın nə edəcəyini Prezidentimiz bilər.

Ancaq münasibətlərə xələl gətirən məsələlər üçün yalnız Rusiya tərəfi cavabsız suallar qarşısında qalmalı olacaq.

Sonrasını yaşayanlar görər....

Aydın QULİYEV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:102
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 30 Dekabr 2024 20:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see412

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see261

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see221

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see203

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see179

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see156

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see154

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see153

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see142

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see139

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see139

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see137

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see137

Neymar və het trik

04 Dekabr 2025 09:17see135

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu

04 Dekabr 2025 11:29see133

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see130

Juninyo Braziliya çempionu oldu

04 Dekabr 2025 08:20see128

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see128

Hərbçi olmaq üçün 160 sm boy kifayətdir YENİ QƏRAR

04 Dekabr 2025 08:11see128

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri