Icma.az
close
up
RU
Medvedyevin müharibədən qazancı şok etdi

Medvedyevin müharibədən qazancı şok etdi

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiyanın Ukraynaya qarşı tammiqyaslı işğal müharibəsi başlayandan bəri Rusiyanın eks-prezidenti Dmitri Medvedyevə bağlı fondlar təxminən 850 milyon dollar sərvət toplayıb.

Axar.az xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun “Sistema” rusdilli araşdırma layihəsində qeyd olunub.

“Putinin Təhlükəsizlik Şurasının sədr müavini və hakim Vahid Rusiya Partiyasının sədri kimi hökumətdə rolunu qoruyan Medvedyev eyni zamanda, “onlayn hücum iti” - onlayn aqressiv təbliğatçı kimi yeni rolunda da milyonlardan ibarət auditoriya əldə edə bilib.

Bir vaxtlar mülayim, mötədil siyasi fiqur olan Medvedyev indi sosial mediada Kiyevə və Qərbə qarşı son dərəcə sərt və nifrət dolu çıxışlarla müharibə tərəfdarına çevrilib”, - məlumatda bildirilib.

“Sistema”" tərəfindən araşdırılan maliyyə sənədlərinə görə, Medvedyevlə əlaqəsi olan ümumilikdə 15 fond 2015-2021-ci illərdə cəmi 28 milyard rubl (müvafiq məzənnə ilə 424 milyon dollar) əldə edib. 2022-2024-cü illərdə bu rəqəm 130 milyard rubldan (1.39 milyard dollar) çox artıb və bu vəsaitin yarısından çoxu təkcə keçən il əldə olunub.

Bildirilib ki, sənədlər bu qurumların 2021-ci ilin sonunda toplam 23.5 milyard rubl (316 milyon dollar) və 2024-ci ilin sonunda 86.4 milyard rubl (850 milyon dollar) civarında məbləğə sahib olduğunu göstərib.

“Sistema” bu vəsaitlərin Ukraynaya qarşı döyüşən Rusiya qüvvələrindən tutmuş Sankt-Peterburqdan Qara dəniz sahillərinə qədər, Medvedyevlə açıq-aşkar bağlılığı olan daşınmaz əmlak layihələrinə yönəldildiyini müəyyən edib.

Bu fondlar öz donorlarını ictimaiyyətə açıqlamır və 14 fonddan hazırda yalnız ikisinin vebsaytı var.

Onlardan biri “Naşa Pravda” fondu bildirir ki, son iki ildə “xüsusi hərbi əməliyyat”a (Putinin Ukraynaya qarşı işğal müharibəsinə verdiyi ad) 2.4 milyard rubl xərcləyib. Bu vəsaitin minlərlə dronun, gecəgörmə eynəklərinin, generatorların, tibbi avadanlıqların və digər ləvazimatların alınmasına xərcləndiyi bildirilir.

Vahid Rusiya ilə əməkdaşlıq

Vahid Rusiya Partiyasının Mərkəzi İcraiyyə Komitəsinin rəhbəri Aleksey Sidyakinin sözlərinə görə, “Naşa Pravda” Medvedyevin təşəbbüsü ilə yaradılıb və bu fond partiya ilə əməkdaşlıq edib. Məsələn, fondun saytındakı məlumata görə, 2025-ci ilin fevralında partiya və fond birgə şəkildə Rusiyanın bir hərbi birləşməsinə 14 milyon rubl (177 min dollar) dəyərində texnika verib.

2022-ci ilin sentyabrında partiyaya üzv olan Medvedyevin 29 yaşlı oğlu İlya da təqdimat mərasimində iştirak edib. “Naşa Pravda”nın saytındakı məlumatda onun həmin partiya komitəsində layihə direktoru vəzifəsində çalışdığı qeyd olunub.

Fondların sadəcə bir neçəsi xərclərin hədəfləri haqqında detallı məlumat verir. Ancaq sübutlar göstərir ki, bu fondların bəzilərinin vəsaitləri açıq-aşkar Medvedyevə bağlı daşınmaz əmlak layihələrini birbaşa və ya dolayı şəkildə dəstəkləyən məqsədlər üçün istifadə edilib.

Mərhum müxalifət lideri Aleksey Navalnının Korrupsiya ilə Mübarizə Fondunun (FBK) ovaxtkı baş nazirə (Medvedyev) aid dəbdəbəli malikanələri, yaxtaları, üzüm bağlarını və digər sərvətlərini ortaya çıxaran araşdırmasından sonra D.Medvedyev ictimai maraq obyektinə çevrilib.

FBK-nın araşdırmasında qeyd olunurdu ki, Medvedyevin Volqa çayı sahilindəki Plyos şəhərində, Kursk vilayətində, Moskvanın Rublyovka kimi tanınan dəbdəbəli qəsəbəsində və Soçidə iqamətgahları, həmçinin “Skalistı Bereq” adlı şərab istehsalı zavodu və bir neçə yaxtası var.

“Sistema” müəyyən edib ki, həmin araşdırma hesabatında qeyd olunan əmlakların əksəriyyəti hələ də Medvedyevə bağlı fondlarla əlaqəlidir.

Martda “Naşa Pravda” fondu Anapa sahil kurortu yaxınlığında üzüm bağları olan “Skalistı Bereq” ilə əməkdaşlıq edərək dekabrda həmin ərazidə baş verən neft sızmasının təmizlənməsinə kömək edib. “Skalistı Bereq” dekabrdan etibarən Medvedyevlə əlaqəli fondlar tərəfindən idarə olunur və İ.Medvedyev onun Direktorlar Şurasında yer alır.

Bu arada 2022-ci ilin dekabrında Medvedevə bağlı fonda məxsus FKK firması “Makna” adlı idarəçi şirkəti alıb. Bu şirkət isə “Skalistı Bereq”ə avtomobillə 7 dəqiqə və dənizə 100 metr məsafədə olan “Şinqari” adlı xaraba kurortun idarəçiliyinə sahibdir.

Alındıqdan bir neçə ay sonra həmin xaraba kurortun sökülməsinə başlanılıb və FKK yaxınlıqdakı torpaq sahələrini alıb, eyni zamanda, “Makna”dan ərazidəki torpaqları icarəyə götürüb. Bütün bu işləmlər yeni inkişaf planı barədə xəbər verir, ancaq hələ nəyin tikiləcəyi bəlli deyil.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://axar.az
archiveBu xəbər 11 İyun 2025 13:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see376

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see345

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see337

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see308

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see304

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see283

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see253

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see248

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see234

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see225

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see213

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see206

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see205

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see203

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see197

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see195

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see195

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see193

Evdə stress yaradan 5 şey

10 Noyabr 2026 01:03see181

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri