Icma.az
close
up
RU
Meğri planı ilə bağlı yeni detallar Bakıdan cavab: Danışıqlar olub, amma...

Meğri planı ilə bağlı yeni detallar Bakıdan cavab: Danışıqlar olub, amma...

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Ermənistanın keçmiş baş naziri Aram Sərkisyanın Qarabağ və Meğri ilə bağlı son açıqlamaları rezonans doğurub. A.Sərkisyan keçmiş prezident Robert Köçəryanın hakimiyyəti illərində onun otağında bu məsələ ilə bağlı iclas keçirildiyini deyib.

A.Sərkisyanın sözlərinə görə, otaqda o, Köçəryan, keçmiş prezident Serj Sərkisyan və başqa iki nəfər olub. Bu zaman Serj Sərkisyan Qarabağ məsələsinin həlli üçün Köçəryanın təklifi və razılığı ilə Meğrinin mübadiləsini planlaşdırdığını və buna hazırlıq görüldüyünü açıqlayıb. O, Köçəryan-Sərkisyan ikilisinin Qarabağı Meğri ilə mübadilə etməyi düşündüyünü deyib.

Globalinfo.az-a danışan deputat Hikmət Babaoğlu deyib ki, erməni siyasətçilərinin 30 illik işğalçılıq siyasətlərini yenidən qiymətləndirmələri bu siyasətin iflasa uğradığının etirafıdır:

Hikmət Babaoğlu

“30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan bu gün harada nəyi, necə səhv etdiklərini analiz etməyə çalışır. Digər tərəfdən isə revanşistlər və Ermənistan Baş naziri Nikol Paşinyan ordunu yenidən quraraq və silahlanmaya gedərək yeni işğalçı müharibəyə başlamağa hazırlaşır.

Bu hər şeydən öncə onun göstəricisidir ki, İrəvan aldığı dərsdən düzgün nəticə çıxarmır. Halbuki bu gün müxtəlif versiyalar irəli atılaraq Qarabağı necə əldə saxlaya biləcəklərini müzakirə edirlər. Bu, ermənilərin öz siyasətlərinin arxasınca atdığı daşdır. Arxadan atılan daş isə topuğa dəyir.

Aram Sərkisyanın səsləndirdiyi fikirlərə gəldikdə isə deyə bilərəm ki, qismən həqiqət var. Lakin o da təhrif olunub. Çünki Azərbaycan heç vaxt öz ərazisinin bir qarışını belə mübadilə etməyə və yaxud kiminsə yurisdiksiyasına verməyə razı olmayıb. 30 illik danışıqlarda və bu danışıqların əks olunduğu sənədlərdə belə bir şeyə rast gəlinə bilməz. Qarabağın mübadilə məsələsi doğru deyil.

Qismən təhrif olunmuş həqiqət isə ondan ibarətdir ki, Qarabağ münaqişəsinin həll edilməsi Ermənistanla münasibətlərin normallaşması üçün Laçından xüsusi statuslu dəhlizin verilməsi müzakirə edilib. Bunun əvəzində isə Meğridən dəhlizin verilməsi təklif edilmişdi. Bu çox ciddi bir danışıq predmeti idi.

Mən xatırlayıram, hətta 1999-2002-ci illərdə Meğri rayonunun relyefini yaxşı bilən bəzi ziyalılar ilə bu haqda müzakirələr aparılıb. Sonra bu məsələ müzakirədən çıxarıldı. Perspektivli hesab edilmədi. O dövrdə ATƏT-in Minsk qrupunun həmsədrləri bu iddianı dəstəkləmədi. Yəni bir daha deyirəm, həmin danışıqlarda hansısa torpaq mübadiləsindən deyil, Qarabağa statusun verilməsindən söhbət gedir”.

Politoloq Elxan Şahinoğlu isə deyib ki, erməni siyasətçilər, keçmiş və hazırkı liderlər bir-birlərini ifşa yarışına girişiblər:

Elxan Şahinoğlu

“Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın iç üzünü açan 30 il əvvəlki çıxışının yayımlanmasından sonra keçmiş baş nazir Aram Sərkisyanın keçmiş prezidentlər Robert Köçəryan və Serj Sərkisyan haqqında ifşaedici fikirləri geniş müzakirələrə səbəb olub. Fikrimcə, bu ifşaedici çıxış və açıqlamaların yayımlanmasında baş nazir Nikol Paşinyan maraqlıdır.

Paşinyan bildirmişdi ki, ondan əvvəlki liderlər Qarabağın Azərbaycana qaytarılması ətrafında danışıqlar aparıblar. Keçmiş prezidentlər Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sərkisyan Paşinyanın iddialarının yalan olduğunu deyiblər. Bundan sonra Paşinyan onların hər birini bu mövzu ilə bağlı debata çağırıb. Onlar bu debatdan imtina ediblər. Bu arada, keçmiş liderlərin iç üzünü açan faktlar ortaya çıxamağa başlayıb. Bununla Paşinyan sələflərinin yalançı olduğunu sübut etməyə çalışır.

O ki qaldı, Robert Köçəryan və Serj Sərkisyanın Qarabağın əvəzinə Mehrini Azərbaycana təhvil verməyə hazırlaşmalarına, bu ideya amerikalı diplomat Pol Qobla məxsus olub. O, Qarabağ probleminin həllini “ərazi mübadiləsi yolu” təklif etmişdi. Azərbaycan bu planı ilk gündən rədd etdi. Bəlkə də Ermənistanın keçmiş liderləri bunu öz aralarında müzakirə ediblər, ancaq bunun Azərbaycan üçün heç bir əhəmiyyəti yox idi. Çünki biz heç bir halda bu planı qəbul edə bilməzdik. Milli hədəfimiz Qarabağın və ətraf ərazilərin işğalına son qoymaq idi”.

Turan Rzayev
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:214
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 06 Yanvar 2025 06:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri