Mehdiabada şəhərin mərkəzindən yeni yol çəkiləcək
Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.
Mehdiabad-Baksol-Ziya Bünyadov prospekti avtomobil yolu gələcəkdə 8 Noyabr prospekti ilə birləşəcək.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Abşeronun şimal-qərb hissəsini Bakının şərq və cənub-qərb istiqamətləri ilə birbaşa birləşdirəcək yeni Mehdiabad-Baksol-Ziya Bünyadov prospekti avtomobil yolunun inşası və Heydər Əliyev prospektinə qədər əlaqələndirilməsi nəzərdə tutulur. Bu yol gələcəkdə 8 Noyabr prospekti ilə birləşəcək. pizza hut
"İnşa ediləcək irimiqyaslı yol Mehdiabad və Binəqədi ərazisindən başlayaraq Binəqədi şosesi ilə əlaqələndiriləcək. Bu addım nəticəsində nəqliyyat axını daha balansı paylanılacaq. Xüsusilə Binəqədi, 20 yanvar, Ziya Bünyadov xətti üzrə müşahidə olunan gündəlik sıxlıqlar azalacaq. Bir çox nəqliyyat vasitəsi alternativ yollarla hərəkət edəcək. Ümumilikdə həyata keçirilən bu infrastruktur layihələri dairəvi yollarla birlikdə şəbəkə formalaşdıracaq və daha rahat alternativ marşrutlar yaranacaq", - AYNA-dan bildirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 16 İyun 2026 21:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















