Icma.az
close
up
RU
Mehdiyev Əli Kərimli planında ən kritik an Həmin gecə nələr yaşanıb?

Mehdiyev Əli Kərimli planında ən kritik an Həmin gecə nələr yaşanıb?

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yaydığı açıqlama və təqdim etdiyi materiallar ətrafında müzakirələr davam edir. Açıqlamada Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev ilə AXCP sədri Əli Kərimli arasında əlaqələr və onların adının hallandığı şəbəkənin fəaliyyəti ilə bağlı faktlar yer alıb. Xüsusilə, hakimiyyətin zorla ələ keçirilməsi planları, xarici xüsusi xidmət orqanları ilə təmaslar müzakirə predmetinə çevrilib.

Maraqlıdır, R.Mehdiyevlə Əli Kərimli arasında bu münasibət hansı maraqlar üzərində qurula və Azərbaycan siyasətində nə kimi nəticələrə gətirib çıxara bilərdi?

Globalinfo.az-a danışan deputat Elman Nəsirov deyib ki, DTX-nin yaydığı geniş açıqlama və videogörüntülər Ramiz Mehdiyev, Əli Kərimli və Abbas Abbasovun adının hallandığı şəbəkənin Azərbaycanda hakimiyyəti zorla ələ keçirmək, dövlət quruluşunu devirmək və dövlətə xəyanət xarakterli addımlar atmaq niyyətində olduqlarına dair fakt və sübutların mövcud olduğunu ortaya qoyur:

“Materiallardan belə məlum olur ki, adıçəkilən şəxslər üçüncü bir dövlətin xüsusi xidmət orqanları ilə birbaşa əlaqəyə girərək ölkədə hakimiyyət çevrilişinə nail olmağı, bu prosesdə xarici dəstək əldə etməyi və hətta müəyyən öhdəliklər müqabilində Azərbaycanın həmin dövlətin əsas söz sahibi olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyünü təmin etməyi planlaşdırıblar. Açıqlamalarda yer alan məlumatlara əsasən, əsas məqsəd istənilən formada hakimiyyətin devrilməsi olub. Bu məqsədlə üçüncü dövlətin dəstəyi qəbul edilir, onun şərtlərinə razılıq verilirdi. Dövlət Təhlükəsizliyi Xidmətinin təqdim etdiyi səs yazıları və digər materiallar bu iddiaların təkzibedilməz faktlarla əsaslandırıldığını göstərir. Bildirilir ki, Ramiz Mehdiyevin telefon danışığı, eləcə də Əli Kərimlinin əlində alətə çevrilmiş Qənimət Zahidlə bağlı məqamlar və sair istintaq materiallarında yer alıb”.

Elman Nəsirov

Deputat onu da bildirib ki, Əli Kərimlinin müavini Fuad Qəhrəmanlının xarici xüsusi xidmət orqanlarından vəsait alması faktı da sənədlərlə təsdiqini tapıb:

“Materiallarda diqqətçəkən digər məqam bu cinayətkar şəbəkənin 2020-ci il iyulun 14-dən 15-nə keçən gecə törətdiyi hadisələrlə bağlıdır. Ermənistanın təcavüzkar hərəkətlərinə etiraz və Azərbaycan Ordusuna dəstək məqsədilə Bakıda keçirilən yürüşə müxtəlif qruplar halında qoşularaq aksiyanın mahiyyətini dəyişmək, vətənpərvərlik ruhlu şüarları hakimiyyətə qarşı çağırışlarla əvəz etmək, Milli Məclisin və Dövlət Televiziyasının binalarını ələ keçirmək kimi planlar qurublar”.

E.Nəsirovun fikrincə, ortada olan faktlar hakimiyyətin zorla ələ keçirilməsi və dövlətə xəyanət ittihamlarının əsaslı olduğunu göstərir:

“Baş verənlər fonunda Azərbaycan cəmiyyəti təqdim olunan materiallar əsasında sözügedən şəxslərin dövlətə və xalqa qarşı atdıqları addımlar barədə daha dolğun təsəvvür əldə etmiş olur. Xalq anlayır ki, Ramiz Mehdiyev və şəbəkəsi Azərbaycan dövlətinə qarşı hansı cinayətkar əməllərə imza atıb. Bu, ictimai və hüquqi müstəvidə ciddi müzakirə predmetidir və prosesin hüquqi qiymətini məhkəmə orqanları verəcək. Onlar ən sərt cəza almalıdırlar”.

Zaira Akifqızı
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:238
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 16 Fevral 2026 07:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see743

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see307

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see287

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see280

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see276

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see263

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see252

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see249

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see246

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see242

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see230

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see218

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see210

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see206

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see206

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see205

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see201

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see199

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see197

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri