Icma.az
close
up
RU
Mehdiyev işində gözlənilməz həmlə İstintaqın gedişi dəyişir?

Mehdiyev işində gözlənilməz həmlə İstintaqın gedişi dəyişir?

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin dövlət hesabına təyin olunmuş vəkilin xidmətindən imtina etməsi bir sıra suallar yaradıb. Bildirilir ki, bu addım onun müdafiə strategiyasını tamamilə nəzarətə götürmək və istintaq prosesinə daha yaxından müdaxilə etmək niyyətini göstərir. Bəzi ekspertlərin fikrincə, bir müddət əvvəl Mehdiyevin apellyasiya şikayətlərini geri çəkməsi və Rusiyaya göndərdiyi məktubun ortaya çıxması da onun öz oyun planını qurduğunu deməyə əsas verir.

Ramiz Mehdiyevin vəkilini dəyişməsi istintaqın gedişinə necə təsir göstərəcək? Bu, müdafiə taktikasında hansı yeni mərhələnin başlanğıcıdır?

Globalinfo.az-a danışan vəkil Mehman Muradlı deyib ki, sözügedən vəkil Zaur Abiyev peşəkardır və işini yüksək səviyyədə icra edən bir mütəxəssisdir:

“Ramiz Mehdiyev öz qərarı ilə vəkildən imtina edib. Əgər bundan sonra digər vəkil və ya müqavilə əsasında çalışan müdafiəçilərlə işləməyi seçibsə, bu, artıq başqa məsələdir. Lakin hesab etmirəm ki, qeyd edilən vəziyyət istintaqa hansısa formada təsir göstərsin, yaxud təzyiq yaratsın. Apellyasiya şikayətinin geri çəkilməsinə gəldikdə isə fikrimcə, Ramiz Mehdiyev hesab edib ki, bu, heç nəyi dəyişməyəcək və həmin şikayəti geri götürüb. Bunun da istintaqın gedişinə təsiri barədə danışmaq mümkün deyil”.

Mehman Muradlı

Vəkil istintaq orqanlarının öz işini yüksək keyfiyyətlə yerinə yetirəcəyinə inandığını qeyd edib:

“Əgər vəkillər Ramiz Mehdiyevin müdafiəsini öz üzərlərinə götürüblərsə, əlbəttə ki, ona qarşı irəli sürülmüş ittihamlar üzrə bunu təmin etməyə çalışacaqlar. Lakin dediyim kimi, vəkilin dəyişdirilməsinin və ya digər addımların istintaqa təsir göstərməsi gözlənilmir”.

Zaira Akifqızı
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:184
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 25 Noyabr 2025 16:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see367

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see366

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see357

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see355

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see350

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see335

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see334

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see318

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see316

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see314

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see303

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see300

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see294

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see284

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see281

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see269

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see265

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see252

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see215

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri