Icma.az
close
up
RU
Mehdiyev kimləri FETÖ siyahısından çıxarmışdı? İlginc İDDİA

Mehdiyev kimləri FETÖ siyahısından çıxarmışdı? İlginc İDDİA

Icma.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Prezident Administrasiyasının (PA) keçmiş rəhbəri, AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyev uzun müddət Azərbaycanın vaxtı ilə Türkiyənin Qars, İstanbul şəhərlərində baş konsulu, bir neçə ölkədə səfiri olmuş Həsən Zeynalova düşmənçilik münasibəti bəsləyib. Mehdiyev əlindəki rıçaqlardan istifadə edərək onu “vurmağa” çalışıb, iqtidar mediasına çıxışını əngəlləyib, onunla isti münasibətlərdə olan hakim partiyanın rəhbər şəxslərini cəzalandırıb.
Bakupost.az Azpolitika.az-a istinadən xəbər verir ki, R.Mehdiyevin H.Zeynalova qarşı qəzəbi çox “məhrəm” məsələ ilə bağlı imiş. Mənbə qeyd edir ki, hələ 90-cı illərdən H.Zeynalovun “boz kardinal”a biət etməməsi PA rəhbərində qıcıq yaradıb. Onun müxtəlif dövlət vəzifələrinə irəli çəkilməsinə mane olub. H.Zeynalov 12 il ərzində (1992-2004-cü illər) Naxçıvan MR-in Bakıdakı daimi nümayəndəsi olub.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Həsənoğlu 2020-ci ildə “Yeni Müsavat” qəzetinə müsahibəsində Mehdiyevin H.Zeynalova qarşı necə aqressv olduğunu belə təsvir etmişdi: “Səhv etmirəmsə, 1998-ci il idi. Tanımadığım bir nəfər qəzetə məqalə gətirmişdi. Söhbət zamanı məlum oldu ki, yazı Naxçıvanın Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Həsən Zeynalov haqqındadır. Həsən Zeynalovun 50 yaşı tamam olurdu. Hənim məqalə də onun doğum günü münasibətilə yazılıb. Mən onda Həsən Zeynalovu şəxsən tanımırdım. Yazını gətirən adam onu da əlavə etdi ki, deyim, biləsiniz, Ramiz Mehdiyevin Həsən Zeynalovdan xoşu gəlmir. Mən dedim ki, Ramiz Mehdiyev özü bilər, bizim qəzetin xəttini onun şəxsi zövqü müəyyən etmir. Məqalə qəzetin növbəti sayında dərc edildi. İnsanda nə qədər kin-kudurət olarmış. O məqaləyə görə Mehdiyev yanında xüsusi iclas keçirdi. Təbii ki, “Yeni Azərbaycan” qəzetinin adını çəkmədən, məqaləni xatırlatmadan Həsən Zeynalovu asıb-kəsdi: “Həsən Zeynalov özünü reklam elətdirir, bütün tədbirlərdə ön sırada əyləşir” və sair…”
A.Həsənoğu bu qəzəbin səbəbini belə izah edir ki, Ramiz Mehdiyev bir balaca müstəqil fikri olan, xüsusilə də Heydər Əliyevin diqqət mərkəzində olan şəxsləri sevmirdi.
“Sevmirdi” demək azdır, o, belə adamları özünün şəxsi və ideoloji düşməni hesab edirdi. Görünür, bu səbəbdən də o Həsən Zeynalovun adını da özünün qara siyahısına salmışdı. Məndə olan məlumata görə, Ramiz Mehdiyevin Həsən Zeynalova qarşı aqressiv münasibəti son günlərə kimi səngiməmişdi...”, - baş redaktor müsahibəsinə deyib.
Xatırladaq ki, Prezident İlham Əliyev hakimiyyətə gəldikdən 1 il sonra sonra H.Zeynalovu Qars şəhərinə baş konsul təyin edib, 6 il bu vəzifədə çalışdıqdan sonra İstanbul şəhərində Azərbaycanın baş konsulu vəzifəsinə irəli çəkilib.
Mənbə bildirir ki, R.Mehdiyevi daha da qəzəbləndirən hadisə onun İstanbulda olduğu zamana təsadüf edib. Belə ki, Türkiyə siyasi dairələri Azərbaycan hakimiyyətində FETÖ ilə gizli əlaqələri olan məmurların siyahısını Həsən Zeynalov vasitəsi ilə Azərbaycan hakimiyyətinə ötürüb. Konsul isə həmin siyahını o zaman Prezident Aparatının Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri olan Novruz Məmmədova təqdim edib. Mənbə bildirir ki, şöbə müdiri siyahının Prezidentə təqdim edilməsi üçün PA rəhbəri Ramiz Mehdiyevə verib. “Boz kardinal” isə özünə yaxın bəzi şəxslərin, o cümlədən köməkçisi, keçmiş deputat Rəbiyyət Aslanovanın oğlu Elnur Aslanovun adını siyahıdan çıxarıb. Mənbə vurğulayır ki, əsl qalmaqal bir müddət sonra - həqiqət üzə çıxarkən baş verib. Həsən Zeynalov siyahıda olan bəzi şəxslər barədə tədbirlər görülməməsinin səbəbini araşdırmağa çalışıb. O, növbəti dəfə siyahını başqa bir şəxs vasitəsi ilə Prezidentə çatdırıb. Bu zaman Mehdiyevin kimləri ölkə başçısının qəzəbindən qorumağa çalışdığı agah olub. Qısa müddət sonra bir neçə şəxs, o cümədən E.Aslanov PA-dakı vəzifəsi ilə vidalaşıb.
Qeyd olunur ki, Həsən Zeynalovun bu addımı Ramiz Mehdiyevi özündən çıxarıb və onun yaxın ətrafından, qohumlarından qisas almağa qərar verib. Belə ki, Həsən Zeynalovun yaxın qohumu, 30 ilə yaxın prokurorluq orqanlarında çalışan, Akif Çovdarov başda olmaqla ləğv edilmiş MTN generallarının törətdiyi cinayətlərə görə barələrində həbs qərarının seçilməsini məhkəmədə müdafiə edən və ona nail olan Elçin Əliyev sərəncama götürülüb. Mənbə bildirir ki, o, Baş Prokurorluqda struktur dəyişikliyi bəhanəsi ilə sərəncama götürülüb və qanunda nəzərdə tutulduğu müddətdən 7 aya yaxın artıq müddətdə işlə təmin edilməyib.
E.Əliyev isə öz hüquqlarının müdafiəsinə qalxıb və qismən ona nail olub. Belə ki, Prezident Administrasiyasına E.Əliyevin rayonların birinə prokuror təyin olunması ilə bağlı təqdimat verilib və rayon prokurorunu "əvəz edən" göndərilib. Qanunda bu vəzifənin müvəqqəti olaraq maksimum 3 ay icra edilməsi nəzərdə tutulsa da, Ramiz Mehdiyev onun rayon prokuroru vəzifəsinə təsdiq edilməsinə imkan verməyib. E.Əliyev nə az-nə çox, 5 il bu vəzifəni müvəqqqəti icra etməyə məcbur olub. Amma R.Mehdiyevin təzyiqi ilə daha sonra o, heç bir səbəb olmadan öz işindən uzaqlaşdırıb, qulluqkeçmə qanunvericiliyi kobud pozulmaqla, Pirallahı Rayon Prokurorluğuna müstəntiq vəzifəsinə göndərilib.
Mənbə bildirir ki, Həsən Zeynalov da birbaşa Ramiz Mehdiyevin hədəfində olsa da, istəyinə nail ola bilməyib.
Prezident İlham Əliyev yuxarıda bəhs olunan hadisədən qısa müddət sonra onu Azərbaycanın Türkmənistandakı fövqəladə və səlahiyyətli səfiri təyin edib.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:177
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 09 Dekabr 2025 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see581

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see535

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see458

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see395

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see305

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see280

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see266

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see246

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see243

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see243

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see238

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see221

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see217

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see215

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see214

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see214

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see211

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see208

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see207

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri