Icma.az
close
up
RU
Mehdiyevə görə böyük təmizlik : Milli Məclis buraxılır, icralar ləğv edilir, lakin...

Mehdiyevə görə böyük təmizlik : Milli Məclis buraxılır, icralar ləğv edilir, lakin...

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin istintaqı çərçivəsində ictimai və siyasi sferada Milli Məclisin buraxılması, həmçinin yerli icra hakimiyyətlərinin ləğvi məsələsi ciddi müzakirə olunur.

Məlumata görə, dövlət çevrilişinə cəhddə ittiham olunan Mehdiyevin parlamentdə, eyni zamanda dövlət qurumları və icra orqanlarında dəstəkçiləri var. Vaxtilə məhz onun təyin etdiyi kadrların bu gün hələ də yüksək vəzifələrdə çalışdığı deyilir. Bu səbəbdən də ölkə daxilindəki təsir imkanlarının tamamilə aradam qalxmadığı güman edilir.

Parlamentin buraxılması hazırkı vəziyyətdə dövlət üçün nə dərəcədə prioritet hesab edilir?

Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli bildirib ki, Milli Məclisin buraxılması və yerli icra hakimiyyətlərinin ləğvi dövlətin qərar verəcəyi məsələdir:

Ramiz Mehdiyev mövzusu ətrafında müzakirələrin davam etməsi fonunda fərqli versiyaların və detalların ortaya çıxması təbiidir. Hazırda araşdırmalar gedir. Onun “Dövlət Şurası” ideyası üçün nəzərdə tutduğu 50 nəfərlik siyahısında adı keçən şəxslərin kimliyi yəqin ki, tam açıqlanacaq. Lakin bunun nə zaman baş verəcəyini demək çətindir. Onsuz da bəzi adlar ictimaiyyətə məlumdur.

Milli Məclis və yerli icra hakimiyyətlərində ona sadiq kadrların olması mümkündür, lakin konkret ad çəkmək indilikdə çətindir. Bəzən gözlənilməz şəxslərin adı hallana bilər. Hesab edirəm ki, ən düzgün addım dövlətin araşdırma aparması və gördüyü tədbirlərdir”.

Politoloq Turab Rzayev isə deyib ki, dövlət idarəçiliyinin təşkili və kadr siyasəti yeni təyinatlar baxımından üç əsas istiqamətdə aparılmalıdır:

“Birincisi, ümumiyyətlə, sistem yenidən qurulmalıdır. İcra başçıları institutu özünü doğrultmur. SSRİ dövründə rayon partiya təşkilatları vardı və icra hakimiyyəti anlayışı da, əslində onun davamıdır. Buna alternativ olaraq Türkiyədəki vali sisteminə bənzər şəkildə prezidentin xüsusi nümayəndəlikləri yaradılmalıdır. Bu model bir müddətdir Qarabağda və Naxçıvanda tətbiq olunur. Hesab edirəm ki, eyni sistem bütün ölkə ərazisində formalaşdırılmalıdır.

İkincisi, söhbət təkcə regionların idarə olunmasından yox, şəhər və qəsəbələrin idarə edilməsindən də gedir. Əslində, bələdiyyə sistemi gücləndirilməli, hesabatlılıq artırılmalı və vətəndaşların özünüidarəetmədə iştirakı genişləndirilməlidir.

Üçüncüsü, parlamentdə ümumi təmsilçilərin sayı artırılmalıdır. Hesab edirəm ki, burada da bölgələr üzrə cəmiyyətin real nümayəndələri seçilməlidir. Ona görə də bu üç istiqamətdə paralel islahatların həyata keçirilməsi zəruridir”.


Turab Rzayev

Politoloq qeyd edib ki, SSRİ dağıldıqdan sonra keçmiş kadrlarla bağlı zəruri araşdırmalar aparılmadığı üçün onlar yeni sistemdə də təmsil olunmağa davam ediblər:

“Bu səbəbdən köhnə kadrlar sanki SSRİ hələ mövcuddurmuş kimi davranır və idarəetmə sistemini də həmin istiqamətə yönəldirlər. Halbuki, yeni dövrün reallıqlarına uyğun kadrlar təyin edilməlidir. Bizə yeni dünyaya yeni baxışla yanaşa bilən müasir kadrlar lazımdır.

Məsələn, bəzi ölkələrdə, o cümlədən Albaniyada süni intellektə belə idarəetmə proseslərində rol verilir. Bizdə isə hələ də köhnə bürokratik yanaşmalar davam edir.

Məncə, ən vacib məsələlərdən biri də kadrların eyni vəzifədə uzun müddət qalmamasıdır. Çünki bu halda həmin şəxslər vəzifəyə arxayınlaşır və yenilik etmək istəklərini itirirlər”.

Turan Rzayev
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 04 Noyabr 2025 16:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see342

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see331

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see223

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see209

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see199

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see194

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see192

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see182

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see175

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see173

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see172

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see171

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see170

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see170

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see168

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see162

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see161

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see145

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see137

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri