Mehdiyevin bacanağı məhkəmədə: Pulun yalnız 20 minini ödəyib
Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.
Sabirabad Rayon Mərkəzi Xəstəxanasının külli miqdarda mənimsəmədə ittiham olunan sabiq direktoru Həsən Hüseynovun məhkəməsi başlayıb.
"Yeni Sabah" xəbər verir ki, baxış iclası avqustun 11-nə təyin edilib.
İttihama görə, Həsən Hüseynov qulluq mövqeyindən istifadə etməklə 186 min manat mənimsəyib. O, istintaq dövründə dəymiş ziyanın təxminən 20 min manatını ödəyib. pizza
H,Hüseynov Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham elan olunub, barəsində başqa yerə getməmək iltizam qətimkan tədbiri seçilib.
Xatırladaq ki, Sabirabad Rayon Mərkəzi Xəstəxanasının vəzifəli şəxsi Əlişirin Əliyev, Qabil Quliyev və İntiqam Kərimovun cinayət işi üzrə hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə prosesi davam edir.
H.Hüseynovun Dövlət Gömrük Komitəsinin (DGK) keçmiş rəisi general-polkovnik Səfər Mehdiyevin bacanağıdır. O, ötən il xəstəxanada qadın işçilərdən birini döyməsi iddiası ilə də gündəmə gəlmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 31 İyul 2026 13:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















