Icma.az
close
up
RU
Mehdiyevin bağışlanmayan daha bir cinayəti

Mehdiyevin bağışlanmayan daha bir cinayəti

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

Dövlət əleyhinə ağır cinayətlərdə ittiham olunan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin daha bir bağışlanılmaz əməli haqqında yazılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə sabiq deputat, təhsil eksperti Etibar Əliyev yazıb.

“Bu, Milli Ensiklopediya cinayətidir.

Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 yanvar tarixli, 55 saylı Sərəncamında deyilir: “Azərbaycanın öz dövlət müstəqilliyini bərpa etməsi ilə yeni dövrün tələblərinə cavab verən, xalqımızın həyatında baş vermiş mühüm ictimai-siyasi, tarixi, elmi və mədəni hadisələri obyektiv şəkildə əks etdirən yeni ensiklopediyanın hazırlanıb latın qrafikasında nəşr edilməsi zərurəti meydana çıxmışdır”. Sərəncamda Ensiklopediyanın nəşri Dövlət əhəmiyyətli mühüm iş kimi təsnifatlandırılmış və qərar hissəsində qeyd edilmişdir ki, 2004-2008-ci illərdə çoxcildli Azərbaycan Milli Ensiklopediyası nəşr edilsin.

Çoxcildli Azərbaycan Milli Ensiklopediyasının nəşri üçün normal iş şəraitinin yaradılması məqsədilə Prezident İlham Əliyevin 5 may 2004-cü il tarixli Sərəncamı ilə Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi” təsis edilmişdir.

Sərəncamın imzalanmasından 21 il ötməsinə baxmayaraq Ensiklopediyanın cəmi 9 cildi çapdan çıxıb. Əlbəttə ki, bu işə məsul şəxs Ramiz Mehdiyev idi. “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi tikilib istifadəyə veriləndən dərhal sonra R. Mehdiyev binanın iki mərtəbəsini oğluna məxsus olan “Şərq – Qərb” nəşriyyatına verdi. Prezident Sərəncamında Milli Ensiklopediyanın nəşri dövlət əhəmiyyətli iş sayılır. Lakin Mehdiyev bu dövlət əhəmiyyətli işi, belə vacib layihəni urvatsız hala saldı. Ensiklopediyanın məzmununda yol verilən çox ciddi xətalara (plagiatlıq, tərcümə qüsurları, anlayışların düzgün vürilməməsi. Milli maraqlarımıza sidd məqalələr) görə 2018-ci ildə onun adına məktub yazdım. Lakin məktuba cavab verilmədi. Sonradan anladım ki, bu işlər məqsədli şəkildə həyata keçirilir. Ölkələr bütün dövrlərdə öz intellektual potensiallarını önə çəkiblər, bu da bir yarış kimi tarixə düşüb. İntellektual potensial isə Milli Ensiklopediyada təcəssüm olunur.

Ramiz Mehdiyevin Ensiklopediyaya düşmən münasibəti sayəsində Azərbaycan ziyalıları və sadə vətəndaşların Ensiklopediya barədə bilgiləri demək olar ki, yoxdur.

Qalib Xalqın Milli Ensiklopediyasına xəyanət etmək də Dövləti cinayətdir.

 

Afət Abbasova

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 20 Oktyabr 2025 09:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see350

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see341

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see326

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see297

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see296

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see293

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see279

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see278

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see272

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see271

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see253

40 dərəcə hərarət, dərmanlar təsirsizdir Minlərlə insan yatağa düşdü!

21 Noyabr 2026 22:10see253

Livan Prezidenti İranı topa tutdu Suverenliyimizə müdaxilə edir

22 Noyabr 2026 02:22see227

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see224

“Şərurlu İsfəndiyar” oğluna dəbdəbəli toy məclisi qurdu (FOTO)

22 Noyabr 2026 03:46see221

Meryem Üzerli Maşa oldu FOTO

22 Noyabr 2026 04:01see219

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see218

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see203

Bakıda həbsdə olan şəxsin bağ evində silah sursat aşkarlanıb

22 Noyabr 2026 06:49see202

Azərbaycanlı futbolçunun komandası Kiprdə qələbə qazandı

22 Noyabr 2026 00:31see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri