Icma.az
close
up
RU
“Mehdiyevin kürəkəni “vergi” yığırmış” DETALLAR

“Mehdiyevin kürəkəni “vergi” yığırmış” DETALLAR

Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İqtisadçı Natiq Cəfərli Azərbaycandakı biznes mühitinə süni müdaxilələrlə bağlı paylaşım edib.

“Yeni Sabah” xəbər verir ki, N.Cəfərli paylaşımında Ramiz Mehdiyevin kürəkəni olan sabiq deputat İ. Əliyevin bir qrup sahibkara qarşı şantaj xarakterli əməllərini misal gətirib. 

Həmin paylaşımda deyilir: “Azərbaycanda niyə biznes mühiti yaxşı deyil, nədən iqtisadiyyatımız artmır, nə səbəbə aktivlik azalıb, niyə qonşularımızdan geri qalırıq – bütün bu sualların cavabını mediada yayılmış bir məlumat tam izah edir. pizza mizza

Sahibkarlar Cavanşir Abduləzimov, Aydın Əliyev, Ramiz Məmmədov və digərləri uzun illər ərzində fəaliyyətlərinə qarşı sistemli şəkildə qanunsuz müdaxilələr, hədə-qorxu, təzyiq və qeyri-rəsmi maliyyə tələbləri həyata keçirildiyi ilə bağlı şəkayət ediblər.

Məlum olur ki, 2003-cü ildə Ramiz Mehdiyevin kürəkəni, o zamanlar deputat olan Əliyev onlara zəng edib, hədə-qorxu gələrək bizneslərindən pay istəyib. Məcbur olub razılaşıblar, bu zəngdən sonra hər ay kürəkənə 70-80 min, ümumilikdə 9 mln. manat pul ödəyiblər.

Təbii ki, belə “korrupsiya və reket vergisini” uzun zaman ödəmək çətinliklər yaradıb, məcburən 5 mln. manat da kredit alıblar. Pararlel olaraq rəsmi vergiləri də ödəmək lazım gəlib – ödəyiblər, amma, hələ də 130 min manat vergi borcları var. Bundan başqa onlara bu illər ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 600 000 manatdan artıq cərimə tətbiq edilib və həmin məbləği kredit və borc hesabına ödəməyə məcbur olublar.

Sahibkarlar deyir ki, kürəkən hələ də onlara təzyiq edir ki, etdikləri şikayəti geri götürsünlər.

Hə, mən demirəm ki, bu biznesmenlər süddən çıxmış ağ qaşıqdırlar - təbii ki, yox, amma, sistem onları öz oyun qaydaları ilə oynamağa məcbur edib.

Bu hekayə ölkədə yüzlərlə bənzər hekayələrdən sadəcə biridir, mətbuata, gün üzünə çıxanlardandır – görün hələ nə qədəri bilinmir, diqqətdən kənarda qalır. Bu gün kiçik-orta biznes namusuna boğulub işləyir, xərclərini kreditlər hesabına qarşılayır, başqa heç bir yerdən işıq gəlmir deyə, ümid edirlər ki, nə zamansa düzələcək. Böyük biznes isə büdcə xərcləmələrinin süni şəkildə “qurudulmasına” görə batır. Mənzərə belədir...”


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:86
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 27 Avqust 2026 10:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see972

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see441

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see343

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see262

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see249

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see248

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see240

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see229

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see219

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see208

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see204

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see197

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see195

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see192

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see190

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see189

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see185

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see183

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see180

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri