Mehdiyevin qızını kim əvəzlədi? BDU dan açıqlama...
Icma.az bildirir, Bakupost portalına istinadən.
Prezident Administrasiyasının sabiq rəhbəri, vətənə xəyanətdə təqsirləndirilən akademik Ramiz Mehdiyevin qızı Kamilə Əliyevanın vəzifədən çıxarılmasından sonra yerinə təyinat olubmu?
Bakupost.az xəbər verir ki, K.Əliyeva dünən (dekabrın 8-də) Bakı Dövlət Universitetinin (BDU) Sosial və pedaqoji psixologiya kafedrasının müdiri vəzifəsindən azad olunub.
O, kafedrada sıradan bir müəllim kimi fəaliyyət göstərib.
“Yeni Sabah” Kamilə Əliyevanın işdən çıxarılmasına dair əmrin nə zaman verilməsi və yerinə təyinatın olub-olmaması ilə bağlı BDU-nun mətbuat xidmətinə sorğu ünvanlasa da, müraciətə cavab verilməyib.
Bakı Dövlət Universitetinin Biologiya fakültəsini bitirən K.Əliyeva ixtisasca bioloq olsa da, psixologiya elmləri üzrə namizədlik və doktorluq dissertasiyaları müdafiə edib.
Psixologiya elmləri doktoru, professor Kamilə Əliyeva 2010-cu ildə Sosial və pedaqoji psixologiya kafedrasının müdiri vəzifəsinə təyin olunub. 2009-cu ildə BDU-nun Elmi Şurası tərəfindən “ilin müəllimi” adına layiq görülüb, Təhsil Nazirliyinin fəxri fərmanı ilə təltif edilib. 2010-2011-ci illərdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə səmərəli əməkdaşlığa görə komitə tərəfindən diplomla, 2012-ci ildə Bakı Dövlət Unuiversitetinin Fəxri Fərmanı ilə təltif olunub.
Kollajın müəllifi: Cavid
Baxış sayı:88
Bu xəbər 09 Dekabr 2025 14:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















