Icma.az
close
up
RU
Mehdiyevin Rusiyaya məktubunun şifrələri açılır Yeni Azərbaycan planı belə imiş

Mehdiyevin Rusiyaya məktubunun şifrələri açılır Yeni Azərbaycan planı belə imiş

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Prezident Administrasiyasının və Milli Elmlər Akademiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin Azərbaycanda dövlət çevrilişi həyata keçirmək istədiyi və bununla bağlı Rusiyanın müəyyən strukturlarının rəhbərlərinə məktub ünvanladığı barədə məlumat yayılıb. Məktubda qeyd olunanlar diqqət çəkir.

Məktubu oxuduqda Mehdiyevin və onun timsalında sovet tipli elita düşüncəsinin və müasir reallıqlara adaptasiya ola bilməyən siyasi təfəkkürü görmək mümkündür.

“Dövlət Şurası”nın mahiyyəti

Məktubun məzmunu diqqətlə oxunduqda aydın olur ki, Ramiz Mehdiyev Azərbaycanda dövlət idarəçiliyinin köklü şəkildə dəyişdirilməsini, yəni prezident idarəetmə modelinin ləğv edilərək, yerinə “Dövlət Şurası” adlanan yeni bir struktura əsaslanan parlament respublikası modelinin qurulmasını təklif edir. Görünüşdə bu, demokratik idarəetmə prinsiplərinə əsaslanan, hakimiyyət bölgüsünün təmin olunduğu və vətəndaş cəmiyyətinin rolunun artdığı bir model kimi təqdim olunur. Lakin məktubun ümumi konteksti, seçilmiş ifadə formaları və strukturun təfərrüatları onun əslində demokratik islahat planından daha çox, fərqli formalarda avtoritar nəzarət mexanizmini bərpa etmək niyyəti daşıdığını göstərir.

50 nüfuzlu şəxs

Əvvəla, Mehdiyevin “Dövlət Şurası” konsepsiyası diqqətlə təhlil olunduqda görünür ki, bu qurum faktiki olaraq ölkədə bütün hakimiyyət qollarını – qanunvericilik, icra və məhkəməni öz nəzarətinə götürür. Şuraya 50 nəfərin daxil ediləcəyi, onların “cəmiyyətdə nüfuz sahibi olan” şəxslərdən seçiləcəyi qeyd olunur. Bu cümlə özlüyündə demokratik prinsipin inkarıdır, çünki “nüfuz” meyarı seçki legitimliyi ilə deyil, siyasi və sosial statusla ölçülür. Yəni Mehdiyev burada xalqın seçdiyi nümayəndələrə deyil, elita daxilində formalaşan, sistemə sadiq şəxslərin idarəedici orqan kimi təsdiqlənməsini təklif edir. Bununla o, faktiki olaraq, dövlət idarəçiliyini xalqın iradəsindən uzaqlaşdıraraq, “idarəçi sinf”in əlində cəmləmək istəyir.

Kollektiv avtoritarizm

Digər mühüm detal – Dövlət Şurasının sədri postunun dövlət başçısının bütün səlahiyyətlərini özündə birləşdirməsi və bu şəxsin yalnız Şura üzvləri tərəfindən seçilib vəzifədən azad edilə bilməsidir. Bu mexanizm zahirən kollektiv idarəetmə təsiri yaratsa da, praktik baxımdan yeni, lakin eyni dərəcədə mərkəzləşdirilmiş bir hakimiyyət formasına gətirib çıxarır. Yəni əslində Mehdiyev prezident institutunun formal şəkildə ləğvini, lakin onun mahiyyətcə davamını, yəni fərqli ad altında yeni “idarə mərkəzi”nin yaradılmasını təklif edir. Bu strukturda nə parlament, nə də hökumət real müstəqilliyə malik olur, çünki hər iki orqan Dövlət Şurasına hesabat verir və onun təsdiqindən asılı qalır. Bu, parlament respublikası kimi təqdim olunan modelin faktiki olaraq “kollektiv avtoritarizm” forması olduğunu göstərir.

Məktubun dilindəki bəzi ifadələr də Mehdiyevin düşüncə sistemini açıq şəkildə göstərir. O, mövcud idarəetməni tənqid edir, lakin təklif etdiyi alternativ modelin özü qatı nəzarət mexanizminə sahib avtoritarizmdir. Bu, onun siyasətə baxışında mahiyyət deyil, forma dəyişikliklərinə üstünlük verdiyini nümayiş etdirir. Başqa sözlə, o, demokratikləşməni hakimiyyətin paylaşılması və hesabatlılığın artması kimi deyil, idarəetmənin daha “zəkalı” və “nüfuzlu” şəxslərin əlində mərkəzləşməsi kimi anlayır.

Rusiyaya “təhlükəsiz keçid”

Məktubda Rusiyaya ünvanlanması ehtimal edilən alt məna da xüsusi diqqətəlayiqdir. Mətnin ritorikası və vurğuları, xüsusən “beynəlxalq imicin yaxşılaşdırılması”, “stabil idarəetmə forması” kimi ifadələr, sovet sonrası məkanın siyasi leksikonuna çox bənzəyir. Burada Mehdiyev sanki Rusiyaya “alternativ, lakin idarəolunan Azərbaycan modeli” təqdim etməyə çalışır. Bu modeldə Qərb tipli liberal dəyərlər yalnız formal atribut kimi göstərilir, əsl idarəetmə isə avtoritar nəzarət elementləri üzərində qurulur. Bu, onu göstərir ki, Mehdiyev ölkədəki siyasi dəyişiklikləri Moskvanın maraqları ilə uzlaşdırmaq niyyətində olub, yəni bu plan həm də Rusiyaya “təhlükəsiz keçid” vəd edən bir siyasi mexanizm kimi təqdim edilə bilər.

Keçid dövrünün memarı…

Məktubda “dövlət idarəçiliyinin yeni imici” ifadəsi çox önəmlidir. Bu, Mehdiyevin özünü potensial “keçid dövrünün memarı” kimi görmək istədiyini göstərir. O, illərlə sistemin içində formalaşmış bir ideoloq kimi özünü yenə də ölkənin siyasi arxitekturasının müəllifi rolunda təsəvvür edir. Amma bu yanaşma həm tarixi, həm siyasi, həm də sosial baxımdan ziddiyyətlidir. Çünki müasir Azərbaycan cəmiyyətində köklü sosial dəyişikliklər, yeni iqtisadi və siyasi təbəqələrin formalaşması, texnoloji transformasiya və gənc nəslin siyasətə baxışında əsaslı fərqlər yaranıb. Mehdiyevin məktubu isə sanki bu reallıqları tamamilə görməzlikdən gəlir və keçmişin elitar bürokratik modeli üzərində yenidən bir hakimiyyət sistemi qurmaq istəyir.

Əslində, bu sənədi siyasi baxımdan iki istiqamətdə oxumaq mümkündür:

Birincisi, Ramiz Mehdiyevin özünü itirilmiş siyasi təsirini bərpa etmək cəhdi kimi;

İkincisi, postsovet məkanında hakimiyyətin “müdrik nəzarət orqanı” adı altında yenidən mərkəzləşdirilməsi tendensiyasının yerli versiyası kimi.

Ramiz Mehdiyevin yazı tərzində “sabitlik”, “idarəetmə səmərəliliyi”, “siyasi mədəniyyət” kimi anlayışlar önə çıxır, lakin bunlar əslində avtoritar nəzarətin legitimləşdirilməsi üçün istifadə olunan terminlərdir. Məktubda da eyni tendensiya davam edir.

Mehdiyev, görünür, illərlə yaratdığı sistemin dağılmasını qəbul edə bilmir və onu yeni terminologiya ilə bərpa etməyə çalışır. Amma bu cəhd nə müasir Azərbaycanın siyasi reallıqlarına, nə də xalqın dəyişən düşüncə tərzinə uyğun gəlir. Ona görə də bu plan iflasa uğradı.

Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:73
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 28 Oktyabr 2025 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see289

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see195

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see181

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see174

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see167

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see153

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see146

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see138

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see137

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see137

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see134

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri