Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Mehdiyevin villa, Qalinanın torpaq məsələsi Şabranı qarışdırdı

Mehdiyevin villa, Qalinanın torpaq məsələsi Şabranı qarışdırdı

Icma.az bildirir, Tribuna portalına istinadən.

Şabran rayonunun icra başçısı Asif Hüseynov daha bir rayon sakinini xüsusi ittiham qaydasında məhkəməyə verib.

Tribuna Musavat.com-a istinadən xəbər verir ki, Asif Hüseynovun Şabran Rayon Məhkəməsinə təqdim etdiyi şikayətdə Məhəmməd Əvəz oğlu Məmmədovun onunla bağlı məlumatları ictimailəşdirməsindən narazı olduğu qeyd edilib.

Məhəmməd Məmmədov 7times-ə açıqlamasında Asif Hüseynovun hazırda dövlətə xəyanət ittihamı ilə ev dustaqlığında olan Ramiz Mehdiyevə, eləcə də onun arvadı Qalina Mehdiyevaya Siyəzəndə torpaq sahələri verdiyini bildirib. Bundan sonra icra başçısı Asif Hüseynov Məhəmməd Məmmədov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (ağır nəticələrə səbəb olan böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət verib.

Asif Hüseynov

Bundan əvvəl isə Asif Hüseynov rayonun Uzunboyad kənd sakinləri Səbirə Vəliyeva və onun oğlu Vüsal Muradov barəsində Cinayət Məcəlləsinin 147-ci maddəsi (böhtan) üzrə xüsusi ittiham qaydasında şikayət etmişdi. Başçını narazı salan isə kənd sakinlərinin mətbuat vasitəsilə ondan pullarını tələb etmələri idi. Məlumata görə, başçının qəzəbli reaksiyasına səbəb Vüsal Muradovun mətbuat üzərindən ondan borcunu istəməsi olub. Kənd sakini iddia edir ki, anası Səbirə Vəliyeva 2022-ci ildə ümumi dəyəri 10 min 500 manat olan 15 ton toxumluq arpanı icra başçısına nisyə satsa da, pulunu ala bilməyib.

Şabran Rayon Məhkəməsi icra başçısının xüsusi ittiham qaydasında verdiyi həmin şikayəti baxılmamış geri qaytarıb. Səbəb kimi isə rayon sakinlərinin şikayətlərini ictimailəşdirən media resursunun (7times.az) Xaçmaz rayonunda yerləşməsi göstərilib. Başçıya tövsiyə olunub ki, aidiyyəti yurisdiksiyanı nəzərə alaraq xüsusi ittiham qaydasında şikayətini Xaçmaz Rayon Məhkəməsinə təqdim edə bilər. Vaxtilə Şabranda vəzifə tutmuş Məhəmməd Məmmədovla bağlı da məhkəmənin eyni məzmunlu qərar verəcəyi gözlənilir.

Xatırladaq ki, ictimailəşmiş məlumatlarda icra başçısı Asif Hüseynovun Ramiz Mehdiyevin Qalaaltıda yerləşən villasını təmir etdirdiyi, hətta ona villa tikib bağışladığı iddia olunur. Məhəmməd Məmmədov həmçinin icra başçısının Qarabağlar kəndində 120 hektar ərazidə dövlət hesabına artezian quyuları vurdurduğunu, lakin həmin quyulardan çıxan suyun əhaliyə verilmədiyini bildirib.

22 il Azərbaycan hakimiyyətinin ən yüksək zirvəsində təmsil olunan Ramiz Mehdiyev bu illər ərzində milyardlarla manatlıq var-dövlətə sahib olub. Hər təyinatdan sonra vəzifəli şəxslər Mehdiyevin hüzuruna gedərək onun qeyri-rəsmi tələb və göstərişlərini dinləyir, daha sonra isə vəzifələrinin icrasına başlayırdılar. Ramiz Mehdiyevin fəaliyyət dövründə onu sərvət sahibi edən əsas fiqurlar rayon və şəhər icra hakimiyyətlərinin başçıları olub. Demək olar ki, müxtəlif illərdə Bakının rayonlarına rəhbərlik etmiş məmurlar Mehdiyevə villalar və yaşayış binalarında çoxsaylı mənzillər hədiyyə ediblər.

Ramiz Mehdiyevə Qəbələdə fövqəladə hallar naziri Kamaləddin Heydərov tərəfindən qala tipli imarət hədiyyə edilməsi ilə bağlı da iddialar var idi. Bu məlumatlar rəsmi şəkildə təsdiqlənməsə də, bölgə sakinləri illərdir həmin versiyanın dolaşdığını deyirlər. Onların sözlərinə görə, Mehdiyev imarətinə yalnız ildə bir dəfə – əsasən ailə tədbirləri zamanı gəlir. Sonuncu səfəri isə kürəkəni İlham Əliyevin övladının ad günü mərasiminə təsadüf edib. Həmin gün əraziyə onlarla avtomobil və mühafizə əməkdaşı cəlb olunub, əraziyə giriş-çıxış müvəqqəti məhdudlaşdırılıb.

Mənbələrin iddialarına görə, Mehdiyevin Qəbələdə daha 2 bahalı villasının da olduğu bildirilir. Hər 2 mülk onun qızı Kamilə Əliyevanın adına rəsmiləşdirilib. Ramiz Mehdiyevin Prezident Administrasiyasının rəhbəri olduğu dövrdə bir çox icra başçısına özünə ev və digər mülklər tikdirdiyi artıq yeni xəbər deyil. Məsələn, Xaçmaz rayonunun Nabran istirahət zonasında 1 hektar ərazidə yerləşən 4 mərtəbəli villa 2012-ci ildə həmin rayonun keçmiş icra başçısı Şəmsəddin Xanbabayev tərəfindən tikilərək Mehdiyevə hədiyyə edilib. Villanın daxilində hovuz və idman meydançası da mövcuddur.

Novruz Novruzov

Ramiz Mehdiyevə villa hədiyyə edən icra başçıları arasında Siyəzən Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Novruz Novruzov da yer alır. O, Şabran rayonuna rəhbərlik etdiyi dövrdə Kilvar kəndində meşəyə bitişik iki mülk tikdirərək Mehdiyevə təqdim edib. Ramiz Mehdiyev Şabran dağlarında yerləşən bu mülklərdə istirahət etməyə üstünlük verib. Həmin kənddə Mehdiyevin mülkünə bitişik ərazidə köhnə erməni kilsəsi də mövcuddur. Kilvar rayon mərkəzindən təxminən 30 km məsafədə yerləşən ucqar kənddir. Bu kənddə Ramiz Mehdiyevə məxsus daha bir villa da mövcuddur.

Gülağa İslamov

Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Gülağa İslamov da sabiq PA rəhbərinə villa hədiyyə edən məmurlar sırasında olub. Şüvəlan bağlarında, “Gülçülük sovxozu” adlanan elit ərazidə inşa edilmiş 1000 kvadratmetrlik villa ötən il 1 milyon 300 min manata satışa çıxarılıb. Bu villa Mehdiyevin kürəkəni İlham Əliyevin adına sənədləşdirilmişdi.

Şair Alxasov

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Balaşərif oğlu Alxasov da Mehdiyevin kadrlarından biri olub. Alxasov 2007-ci ildə Qusar Rayon İcra Hakimiyyətinə başçı təyin ediləndə Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev onu kollektivə təqdim etmişdi. O, icra başçısı olduğu illərdə Mehdiyevin özünün və ailə üzvlərinin Qusarın Çiləgir kəndindəki dəbdəbəli malikanələrini tikdirib. Həmin malikanələrdən biri Qusar–Laza yolunun kənarında, meşənin içərisinə qədər uzanan 40 sotluq ərazidə inşa olunub. Üçmərtəbəli bu malikanə Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevə məxsusdur. Onun fotolarını isə 2020-ci ildə Mehdiyevin qızı Kamilə Əliyeva sosial şəbəkə hesabında paylaşmışdı.

Musavat.com-a daxil olan məlumata görə, hazırda Ramiz Mehdiyevin cinayət işi üzrə aparılan istintaq çərçivəsində onun rəhbərlik etdiyi dövrdə villalar və mənzillər hədiyyə edən məmurların siyahısı dəqiqləşdirilir. Məlumata əsasən, hüquq-mühafizə orqanlarına artıq həmin şəxslərlə bağlı tapşırıq verilib. İddialara görə, Ramiz Mehdiyevə “hörmət” göstərərək ev, torpaq və ya pul hədiyyə edən və bunu könüllü şəkildə etiraf edən icra başçıları və digər vəzifəli şəxslərin məsuliyyətə cəlb olunmayacağı onlara bildirilib. Əvəzində bu məlumatı gizlədən, yaxud Mehdiyevin tapşırıqları ilə dövlət vəsaitlərini şəxsi məqsədlərə yönəldən şəxslərin cinayət məsuliyyətinə cəlb olunması istisna edilmir.

Beləliklə, sabiq Prezident Administrasiyası rəhbərinin illərlə “kölgə hökuməti” kimi formalaşdırdığı şəbəkə indi öz içərisindən çözülməyə başlayıb. Bir zamanlar kiminsə ona hədiyyə etdiyi villalar indi həmin şəxslərin öz cəza sənədinə çevrilə bilər. Ramiz Mehdiyevin sisteminə zamanında sədaqət göstərənlər indi ya etirafla özlərini xilas edəcəklər, ya da susmaqla talelərini riskə atacaqlar. Gələn məlumatlara görə, bu şəxslərin bir qisminə ən ağır cəzaların verilməsi də istisna edilmir. Ramiz Mehdiyev uzun illər Prezident Administrasiyasına rəhbərlik edib və ölkənin siyasi idarəetmə sistemində ən yüksək qərarların icrasında iştirak edən əsas fiqurlardan biri olub. Buna baxmayaraq, onun gəlir və əmlak bəyannamələrində bu miqyasda əmlak heç vaxt göstərilməyib. Hazırda Ramiz Mehdiyev istintaq orqanlarının diqqət mərkəzindədir və onun illərlə topladığı gizli sərvətlərin hüquqi mənşəyi ilə bağlı araşdırmalar davam edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:287
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 20 Noyabr 2025 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see603

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see358

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see270

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see263

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see254

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see249

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see247

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see240

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see237

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see231

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see217

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see217

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see208

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see208

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see207

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see203

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see201

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see200

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see199

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri