Icma.az
close
up
RU
“Məhəllə”də keçən uşaqlığın nakam sonu...

“Məhəllə”də keçən uşaqlığın nakam sonu...

Olay.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Məhəllə”də keçən uşaqlığın nakam sonu...

Biz ölümü təkcə ANS-də görən uşaqlar idik. Nə evimizin divarında qara lentli şəkil asılmışdı, nə də uzaqdakı doğmalarımız köçüb getmişdi. Evdəki kaseti ayda bir dəfə tozunu təmizlədiyimiz videomaqnitafona qoşub “Məhəllə”yə üz tuturduq. Onda heç “Məzi” də getməmişdi aramızdan, hələ suallarına cavab axtarırdı. O ki qaldı, Elçin Həmidov vəfat edəndə də uşaq idik, onda da ölümü harasa getmək kimi asan bilirdik. 2005, ya da 2006 idi deyəsən, həmin illərdə televizorun qarşısına əyləşib, onları izləyəndə Nəsibə xanım üçün “rəhmətlik” deyib köks ötürürdü evdəkilər. Biz də saf kimi düşünürdük ki, təkcə qoca çinarların yarpaqları tökülür, beli bükülür, sonra torpağa tərəf çökür. Elə bilirdik ki, ölüm ancaq qocalar üçündür, cavanlara dəymir. Nə isə.

Deyirəm də, biz hələ böyüməmişdik. Evimizdən, elimizdən gedənlər bu qədər çox deyildi. 2000-lərin uşaqlığı “Məhəllə”də keçmişdi axı. Bizim gördüklərimiz onlar idi. Qüdrət, Məhəbbət, Tofiq, Məzi, Roşqa və Eliş… Hə, Eliş… Hərçənd onda desəydilər ki, 20 il keçəcək, adi bazar ertəsi günü onun ölüm xəbəri gələcək, boğazında nəsə düyünlənəcək, amma sən xəbərini yazmalı olacaqsan, gülə-gülə baxdığın bütün kadrları kədərlə birləşdirəcəksən, sonra ən çətini - yasına gedəcəksən… Nə bilim, bəlkə də bütün gülüşlərimi həmin anda qurudardım, körpə qəhqəhələrimi susdurardım. Adam uşaqlığını üstü açıq tabutda, üzü örtülü görəndə nə hiss edər axı? Biz ki, onun 20 il əvvəl tabutun başındakı o məşhur səhnəsinə baxıb gülürdük. Hə? Heç özüm də bilmədim. Bilmədim, o gün real idi, ya yox. O gün necə gəldisə, işlədim, sanki hansısa filmin ağır səhnəsini ötürmək istədim. İstəmədim ki, uşaqlığımdan yadımda qalan ən gözəl günləri torpağa tapşırım, “Məhəllə”dəki xatirələri acı bir sızıltı kimi yada salmaq istəmədim. Günlər keçir, böyüməyin bütün dezavantajları qapımızı döyür, bütün reallıq sillə kimi üzümüzə vurur və biz bizə doğma olanların ağrısını hiss edirik.

Dilarə Əliyevanın Cabir İmanovla bağlı süjetinə nə qədər ağladım heç özüm də bilmirəm. Təsəvvür edirsiz, “Məhəbbət” “Eliş”dən danışır və sən hönkürtü ilə göz yaşı tökürsən. Bu, həyatın ən acı ironiyasıdır. Bəlkə də günah bizdədir. Ya biz bu qədər doğmalaşmamalıydıq onlarla , ya da həyat bizimlə belə “zarafat” etməməliydi.

Bir həftə əvvəl bu vidanı edə bilmədim. Amma indi yazıram, əlvida uşaqlığımızın ən gözəl adamlarından biri, əlvida “Eliş”, əlvida, Cabir İmanov… Bəlkə də başqa dünyada “Məzi”nin bütün suallarına səbrlə cavab verirsən, bəlkə də yenə zarafat edirsən onunla, nə bilmək olar? Məsələn, bunu  düşünmək belə üzümüzdə təbəssüm yaradır, ağlaya-ağlaya gülürük…

O vaxt Roşqa ilə əlinizə nə keçsə, yığıb satırdız, bu dəfə heç nə tapmayıb, bizə bağışladığınız gülüşləri aldınız elə bil. Bir nəslin uşaqlığı nakam bitdi, yarımçıq qaldı. Bizim nəsil, yəni “Məhəllə”də yaş alanlar ölümlə belə tanış oldu.

Ruhunuz şad olsun, “Məhəllə”mizin gülərüz sakinləri…

Samirə Ərəblinskaya

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://olay.az
archiveBu xəbər 08 Oktyabr 2025 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see325

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see318

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see311

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see283

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see275

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see253

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see245

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see239

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see232

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see227

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see222

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see220

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see214

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see214

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see209

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see207

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see204

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see189

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see185

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri