Icma.az
close
up
RU
Məhəmməd Əlinin nəvəsi: “Mən də bu yolla getmək istəyirəm...”

Məhəmməd Əlinin nəvəsi: “Mən də bu yolla getmək istəyirəm...”

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

Babamdan öyrəndiyim əsas şey onun inanclarına və xalqına bağlılığı olub...

..."Əl-Cəzirə Net" müxbiri əfsanəvi Məhəmməd Əlinin nəvəsi, gənc boksçu Niko Əli Uolşla görüşüb. Müsahibə Beynəlxalq Boks Assosiasiyasının (ABB) “Qızıl Dövr” adı altında keçirilən genişmiqyaslı bayramı ərəfəsində baş tutub.

Peşəkar boksçu olmaq üçün babası və anası Leylanın yolunu davam etdirən Niko Ali Uolş bayrama qatılmaqla yanaşı, dünya boks tarixində yeni mərhələyə həsr olunmuş moda nümayişində də iştirak edib.

SİA oxucuları üçün maraqlı olar deyə Niko Əli Uolşun babası ilə bağlı açıqlamalarını Sizin də diqqətinizə çatdırırıq.

Deməli, Niko Əli ilk olaraq tez-tez babası Məhəmməd Əli ilə birlikdə kinoya getdiklərini deyir.

...Biz onun sevimli döyüşünü, 1974-cü ildə Corc Formana qarşı "Cəngəllikdə döyüş"ə baxırdıq. Onunla boks səhnələrini izləməkdən həzz alırdım. Yəqin ki, mənim ən əziz xatirələrimdən biri babamın döyüşünü izləməkdir.

…Mən babamı həmişə öz qəhrəmanım hesab etmişəm və indi də belə düşünürəm. Onun həyatıma böyük təsiri oldu. Məni boks dünyasına gətirən və davam etməyim üçün ilham verən o oldu. Bu heyrətamizdir.

…Boksu heç vaxt tərk etməməyi o mənə məsləhət bilib. Bu məsləhət olmasaydı, bəlkə də mən boksçu ola bilməzdim.

...Babam mənimlə rinqdə və rinqdən kənarda zehni gücdən çox danışmırdı, amma mən bilirəm ki, o, zehni güclə başlayıb və üstün əqli gücü vardı. O, hələ döyüş başlamamış rəqibin “başına girirdi” - bunu çoxsaylı videolarda da görmək olar. Boksun psixi tərəfi inanılmazdır

…Maraqlıdır, rinq xaricində nəvə baba Məhəmməd Əlidən nə öyrənib?

Nəvənin dediyinə görə, babamdan öyrəndiyim əsas şey onun inanclarına və xalqına bağlılığı olub. O, bütün bunları ömrü boyu müdafiə edib, mən də bu yolla getmək istəyirəm. Bu, sadəcə idmandan daha çox şeydir.

...Babam, xəstəliyin ilk əlamətlərini göstərəndə mən hələ doğulmamışdım. Amma bilirəm ki, Parkinson xəstəliyi diaqnozu qoyulsa da, o, rinqə çıxmağa davam edirdi. Özü də xəstəliyinə səbəbin boks olduğuna inanmırdı, amma şübhəsiz ki, boks onun sağalmasına kömək etmədi.

...Niko Ali Uolş babasının irsini davam etdirir - təkcə rinqdə deyil, həyatda dahi Məhəmməd Əlinin ruhuna sadiq qalaraq…

Əli Babayev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://sia.az
archiveBu xəbər 16 İyul 2025 00:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see403

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see314

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see294

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see285

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see276

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see272

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see266

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see242

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see227

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see221

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see219

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see218

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see217

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see217

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see215

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see211

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see206

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri