Məhəmməd Salah əslən türk imiş 6 nəsillik SİRR
Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Trabzonspor”un heyətinə qatdığı dünya şöhrətli futbolçu Məhəmməd Salahın kökləri ilə bağlı maraqlı iddia ortaya atılıb.
Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, Salahın əcdadlarının Trabzonun Dərnəkpazarı bölgəsindən olduğu iddia edilib.
Məsələni araşdıran Amasya Universitetinin müəllimi Əli Qalib Yücəl Məhəmməd Salahın nəslinin təxminən 6 nəsil əvvəl Osmanlı dövründə yaşamış və “Ekşioğlu” ləqəbi ilə tanınan Əli Paşaya gedib çıxdığını irəli sürüb.
Yücəl qeyd edib ki, Ekşioğulları ailəsinin müxtəlif qolları zamanla Trabzonla yanaşı Rize, Ordu və hətta Misirə qədər yayılıb. Bölgə ilə Ekşioğlu ailəsi arasındakı tarixi əlaqələrə dair bəzi akademik mənbələrdə də məlumatların olduğu bildirilir.
Baxış sayı:69
Bu xəbər 12 Avqust 2026 11:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















