Məhəmmədəli Osmanlı Akılbek Uulu ilə bağlı paylaşım etdi
Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.
Azərbaycanlı MMA döyüşçüsü Məhəmmədəli Osmanlı “TUF 34”ün finalında qarşılaşdığı Akılbek Uulu ilə bağlı sərt fikirlər səsləndirib.
İdman.Biz xəbər verir ki, 22 yaşlı azərbaycanlı döyüşçü “Instagram” sosial şəbəkədə hesabında paylaşım edərək qırğızıstanlı rəqibini revanş istəməkdə ittiham edib.
“Namərd, alçaq... Oqtaqonun içində sənə dedim: “Gəl, ayağa qalx və mənimlə kişi kimi döyüş. Amma sən başını aşağı saldın, gözlərində qorxu vardı. Sən nə kişisən, nə də döyüşçü. Döyüşçülər belə etməz. İndi də revanş istəyirsən? Sən heç üzünə tüpürməyimə belə layiq deyilsən” - deyə o qeyd edib.
Xatırladaq ki, “TUF 34”ün yüngül çəki dərəcəsində final döyüşü ABŞ-nin Las-Veqas şəhərindəki “Meta APEX” arenasında keçirilib. Qarşılaşma “UFC Fight Night: Rosas Jr. vs. Barcelos” turniri çərçivəsində baş tutub və ilk raundda yekunlaşıb.
Döyüşün 2-ci dəqiqə 19-cu saniyəsində Osmanlı oqtaqonda olan Akılbek Uulunun başına diz zərbəsi endirib. Qırğızıstanlı döyüşü davam etdirə bilməyib. Nəticədə azərbaycanlı döyüşçü diskvalifikasiya olunub və qələbə rəqibinə verilib.
Qeyd edək ki, Osmanlı və Akılbek Uulu “TUF 34”ün finalından əvvəl də UFC-nin aktiv döyüşçülər siyahısına daxil ediliblər. İdmançıların realiti-şouda iştirakı zamanı da aralarında münaqişə yaşanıb. Bu səbəbdən mümkün revanş onların qarşıdurmasının davamı ola bilər.
Hazırda UFC-də daha beş azərbaycanlı döyüşçü – Rafael Fiziyev, Nazim Sadıxov, Tofiq Musayev, Fərman Həsənov və Tahir Abdullayev də çıxış edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 29 Sentyabr 2026 14:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















