Icma.az
close
up
RU
Məhərrəmlik öncəsi qızıl alanlara vacib xəbər

Məhərrəmlik öncəsi qızıl alanlara vacib xəbər

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Məhərrəmlik ayının başlanmasına sayılı günlər qalıb. Ənənəvi olaraq bu dövrdə toy və nişan mərasimlərinin sayında azalma müşahidə olunduğundan, qızıl bazarındakı vəziyyət də maraq doğuran məsələlərdən biri olaraq qalır. Xüsusilə zinət əşyalarına tələbatın hansı səviyyədə olduğu, alıcılıq fəallığında dəyişikliklərin hiss edilib-edilmədiyi diqqət çəkir. Bununla yanaşı, son aylarda dünya bazarlarında qızılın qiymətində baş verən dəyişikliklər də daxili bazara təsirsiz ötüşmür. 

Mövzu ilə bağlı Modern.az-a danışan Azərbaycan Zərgərlər Assosiasiyası İdarə Heyətinin sədr müavini Rövşən Əmircanov qeyd edib ki, məhərrəmlik ayının yaxınlaşması ilə əlaqədar qızıl bazarında müəyyən mövsümi davranış dəyişiklikləri müşahidə oluna bilər.

"Ənənəvi olaraq bu dövrdə toy, nişan və digər mərasimlərin azalması zərgərlik məmulatlarına olan tələbatın müəyyən qədər zəifləməsinə səbəb olur. Xüsusilə dəst, üzük, boyunbağı və digər iri həcmli zərgərlik məmulatları üzrə istehlakçı fəallığında nisbətən ehtiyatlı davranış müşahidə edilə bilər.

Bununla belə, bu prosesi bazarda kəskin azalma və ya ciddi durğunluq kimi qiymətləndirmək düzgün olmaz. Çünki qızıl yalnız mərasim məqsədilə alınan məhsul deyil, eyni zamanda investisiya aləti, yığım vasitəsi və dəyərin qorunması mexanizmi kimi də qəbul edilir. Bu baxımdan Məhərrəmlik dövründə iri zərgərlik məmulatlarına tələbatda müəyyən azalma müşahidə olunsa da, kiçik çəkili məmulatlara, gündəlik istifadə üçün nəzərdə tutulan məhsullara, hədiyyəlik zərgərlik nümunələrinə və investisiya xarakterli qızıla maraq davam edə bilər".

Sədr müavininin sözlərinə görə, hazırda bazarda müəyyən gözləmə mövqeyi hiss olunur:

"Alıcılar əsasən qiymətlərin növbəti istiqamətini izləməyə üstünlük verirlər. Son dövrlərdə beynəlxalq bazarda qızılın qiymətində kəskin bahalaşma və ya ucuzlaşma müşahidə olunmadığından daxili bazarda da nisbətən ehtiyatlı istehlak davranışı formalaşıb. Bu səbəbdən zəruri olmayan alışların müəyyən qədər təxirə salınması mümkündür. Sahibkarlar isə mövcud tələbat səviyyəsinə uyğun olaraq fəaliyyətlərini davam etdirirlər.

Məhərrəmlik ayının yaxınlaşması fonunda bazarda müəyyən səngimə hiss oluna bilər. Lakin bu, qızıl bazarının tam passivləşməsi anlamına gəlmir. Əsas azalma daha çox mərasim xarakterli alışlarda özünü göstərə bilər. Gündəlik istifadə, hədiyyə və yığım məqsədli alışlar isə əvvəlki dövrlə müqayisədə daha sabit qala bilər".

R.Əmircanov eyni zamanda yaxın dövrlərdə qızıl bazarına iki əsas amilin təsir edəcəyinə də diqqət çəkib: 

"Ümumilikdə, yaxın dövrdə qızıl bazarına iki əsas amilin təsir edəcəyi gözlənilir. Birinci amil Məhərrəmlik ayı ilə bağlı mövsümi tələbat azalması, ikinci amil isə beynəlxalq qızıl qiymətlərində baş verən dəyişikliklərdir. Əgər beynəlxalq bazarda qiymətlər sabit qalarsa, daxili bazarda da kəskin qiymət dəyişikliyi gözlənilmir. Lakin qlobal bazarda qızılın qiymətində artım müşahidə olunarsa, bu, Azərbaycanda da satış qiymətlərinə təsir göstərə bilər".

İqtisadçı Xalid Kərimli isə saytımıza açıqlamasında bildirib ki, Məhərrəmlik ayının qızıl qiymətlərinə ciddi təsiri yoxdur. Onun sözlərinə görə, qızılın qiyməti əsasən dünya bazarında formalaşır və hər hansı dini mərasimlər, adət-ənənələr və ya dini aylarla bağlı dəyişmir.

“Qızılın qiyməti ABŞ Federal Ehtiyat Sisteminin faiz siyasəti, qlobal inflyasiya, beynəlxalq qeyri-müəyyənliklər, geosiyasi gərginliklər və investorların davranışları kimi amillərdən asılıdır. Bu faktorlar dəyişdikcə qızılın dünya bazarındakı qiyməti də dəyişir".

Ekspert həmçinin vurğulayıb ki, zinət əşyalarının qiymətinə gəldikdə isə, burada təkcə qızılın dəyəri rol oynamır:

"Məhsulun hazırlanması üçün istifadə olunan digər materiallar, işçilik xərcləri, kirayə haqları, vergilər və digər məsrəflər də qiymətə təsir göstərir. Bu baxımdan zinət əşyaları bazarı ilə hansısa dini mərasim və ya bayramlar arasında birbaşa əlaqə görmürəm.

Üstəlik, zinət əşyaları tez xarab olan və ya qısa müddətdə satılmalı olan məhsullar deyil. Bu məhsullar uzun illər öz keyfiyyətini qoruyub saxlaya bilir. Buna görə də əvvəlcədən planlaşdırılan və gözlənilən hadisələrin onların qiymətinə təsiri çox məhdud olur. Məhz bu baxımdan, Məhərrəmlik, Ramazan ayı və ya digər dini dövrlərin qızıl və zinət əşyaları bazarındakı qiymətlərə təsiri əhəmiyyətsizdir”.

X.Kərimli onu da əlavə edib ki, dünya bazarında qızıl ilin əvvəlindən indiyədək ümumilikdə təxminən 4 faiz bahalaşıb:

"Bununla belə, yanvarın sonundakı pik göstəricilərlə müqayisədə hazırkı qiymətlərdə təxminən 10 faizlik geriləmə müşahidə olunur. İlin əvvəlində qızılın qiymətində kəskin artım olmuşdu. Daha sonra, xüsusilə fevral-aprel aylarında müəyyən ucuzlaşma baş verdi. Buna baxmayaraq, qızıl yenə də ilin əvvəli ilə müqayisədə təxminən 4 faiz bahadır".

İqtisadçının fikrincə, qiymətlərin geriləməsinin əsas səbəbi əvvəllər müşahidə olunan kəskin bahalaşma dalğasının zəifləməsi ilə bağlıdır:

"ABŞ-İran gərginliyi, neft qiymətlərinin artması və təchizat zəncirlərində yarana biləcək risklər qlobal inflyasiya gözləntilərini artırmışdı. Sonradan bazarlardakı narahatlığın müəyyən qədər azalması qızılın qiymətində korreksiyaya səbəb oldu.

Hazırda qızılın kəskin ucuzlaşacağına dair ciddi gözləntilər yoxdur. Əksinə, bazarda belə bir proqnoz var ki, müharibə riskləri azaldıqdan və Hörmüz boğazında vəziyyət tam normallaşdıqdan sonra qızılın qiyməti ilin sonunadək yenidən yüksələ bilər”, - deyə X.Kərimli fikrini tamamlayıb. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:https://modern.az
archiveBu xəbər 08 İyun 2026 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see365

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see276

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see230

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see226

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see223

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see222

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see214

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see205

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see203

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see200

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see199

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see199

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see194

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see192

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see187

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see187

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see182

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see182

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see175

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri