Mehin Mirzəbalayeva Fransada qızıl medal qazandı
Icma.az bildirir, Qaynarinfo portalına istinadən.
Stolüstü tennisçi Mehin Mirzəbalayeva Fransanın Strasburq şəhərində keçirillən "Euro Mini Champs" yarışında uğurla çıxış edib.
Qaynarinfo xəbər verir ki, 2014-cü il təvəllüdlü idmançıların mübarizəsində ilk 3 mərhələni lider kimi başa vuran Mehin, 1/8 finalda moldovalı, 1/4 finalda isə fransalı rəqiblərinə qalib gələrək yarımfinala yüksəlib.
Bu mərhələdə İsveçrə təmsilçisi ilə qarşılaşan istedadlı idmançı 3-0 hesablı qələbə ilə mini Avropa çempionatı adlandırılan nüfuzlu yarışın finalına vəsiqə qazanıb.
Həlledici görüşdə turnirin ötənilki qalibi Kaja Tvorogalla qarşılaşan Mehin Mirzəbalayeva, latviyalı rəqibinə də 3:1 hesabı ilə qalib gələrək, "Euro Mini Champs"ın baş mükafatına layiq görülüb.
Qeyd edək ki, bu, stolüstü tennisçilərimizin sözügedən yarışda qazandığı ilk qızıl medaldır. Bundan əvvəl Onur Quluzadə analoji yarışın bürünc mükafatına sahib çıxmışdı.

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:167
Bu xəbər 30 Avqust 2026 22:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















