Məhkəmə Alatavadakı hadisələrə görə həbs edilənlərlə bağlı qərar verdi
Metbuat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Alatavada qanunsuz söküntü işləri ilə bağlı saxlanılan "Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov və ekskavatorun sürücüsü ilə bağlı məhkəməyə daxil olan təqdimata baxılıb.
Metbuat.az xəbər verir ki, bu gün Xətai Rayon Məhkəməsində hakim Aygün Həsənovanın sədrliyi ilə keçirilən prosesdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı təmin olunub.
Qalib Məmmədov və sürücü Eynullayev Qala Seymur oglu barəsində 1 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Q.Məmmədova Cinayət Məcəlləsinin 32.3-cü (Cinayətdə iştirakçılıq, cinayətin törədilməsini təşkil etmə və ya həmin cinayətin törədilməsinə rəhbərlik etmə, eləcə də mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) yaratma və ya bunlara rəhbərlik etmə), 186.2.2-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə, yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb.
Sürücüyə isə Cinayət Məcəlləsinin 186.2.2-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə, yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddəlsi ilə ittiham verilib.
