Icma.az
close
up
RU
Məhkəmə tələbə yoldaşını öldürən şəxslə bağlı qərar verdi

Məhkəmə tələbə yoldaşını öldürən şəxslə bağlı qərar verdi

Ali Məhkəmədə yataqxanada tələbə yoldaşını öldürməkdə təqsirləndirilən Rəşad Muxtarovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

Qeyd: Hadisə 2023-cü il fevralın 8-də Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin yataqxanasında qeydə alınıb. 2002-ci il təvəllüdlü Əliəkbər Mərəyev adı çəkilən təhsil müəssisəsinin tələbəsi, 2007-ci il təvəllüdlü otaq yoldaşı Rəşad Muxtarov tərəfindən bıçaqlanaraq ölüb.

Rəşad Muxtarova qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi üzrə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 19 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, şikayət təmin edilib, Rəşad Muxtarovun cəzası 17 ilə endirilib.

Kamal Məmmədov

seeBaxış sayı:23
embedMənbə:https://pravda.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri