Icma.az
close
up
RU
Məhkəmə dələduzluq edən səfirlik əməkdaşı ilə bağlı qərar çıxardı

Məhkəmə dələduzluq edən səfirlik əməkdaşı ilə bağlı qərar çıxardı

Pravda.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı Apellyasiya Məhkəməsinin bir neçə vətəndaşa qarşı dələduzluq etməkdə təqsirləndirilən Eldəniz Rzayev barəsindəki hökmdən yenidən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Murad Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, apellyasiya şikayəti  təmin edilməyib.

Qeyd: E.Rzayev barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.

Araşdırmalar zamanı müəyyən edilib ki, E.Rzayev Bakıda bıçaqlanma hadisəsinə görə həbs edilmiş şəxsi azadlığa buraxdıracağı vədi ilə onun yaxınlarından 16 500 manat pul alıb. Bundan sonra E.Rzayev yüksək vəzifələrdə işləyən tanışlarının vasitəsilə Məmmədov Məhəmməd Cəbrayıl oğluna işlədiyi “Azərsun” Holdinqin nəzdində olan “İmişli Şəkər” zavodunda 268 000 manatlıq mənimsəmə faktına görə barəsində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179, 308 və 314-cü maddələri ilə istintaq olunan cinayət işinin icraatına xitam verdirəcəyini deyib. O, zərərçəkmiş hüquqi şəxsə maddi ziyanın ödənilməsinə köməklik göstərəcəyinə dair yalan vəd verməklə, “Ayna Sultanova” heykəlinin yaxınlığında 60 000 manat, bundan bir neçə gün sonra vahid niyyətin davamı olaraq Məhəmməd Məmmədovun Rüstəm Məhərrəmov vasitəsilə göndərdiyi 15 000 manat pulu ələ keçirib və qarşı tərəfə 75 000 manat ziyan vurmaqla dələduzluq edib. E.Rzayev ziyan vurduğu şəxslərə özünü Ədliyyə Nazirliyində işləyən yüksəkvəzifəli şəxsin qohumu, eyni zamanda Səudiyyə Ərəbistanı Krallığının Azərbaycanda yerləşən səfirliyində tərcüməçi vəzifəsində işləyən şəxs kimi təqdim edib. Həmçinin məlum olub ki, Eldəniz Rzayev illər əvvəl başqa şəxslərə qarşı da oxşar əməllər törədib və məhkum edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmlü E.Rzayevə 7 il 6 ay həbs cəzası verilib və ciddi rejimli cəzaçəkmə müəssisəsinə göndərilib.

Kamal Məmmədov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:79
embedMənbə:https://pravda.az
archiveBu xəbər 03 Mart 2025 09:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qubernator Trampa qarşı birlik yaradacaq

11 İyun 2025 09:01see151

Mançester Siti Şerkini transfer etdiyini açıqladı

11 İyun 2025 06:45see142

Çirklənmiş kondisioner pnevmoniyaya səbəb ola bilər

11 İyun 2025 03:43see127

Bu 6 peşədə işləyənlər diqqətli olsun Xərçəng riskini artırır

11 İyun 2025 22:00see123

ABŞ dan şok: İranı vurmaq üçün Trampa təklif verildi

10 İyun 2025 23:46see122

Trabzonspor dan BƏƏ yə yollandı

11 İyun 2025 00:27see122

Alimlər vulkanların ən təhlükəli püskürmələrini proqnozlaşdırmağı öyrəndi

10 İyun 2025 23:32see121

Cənnət alması sirkəsinin bilmədiyimiz faydaları

11 İyun 2025 12:18see118

Ad və soyadlarda dəyişiklik etmək üçün nə edilməlidir? AÇIQLAMA

10 İyun 2025 22:34see117

Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyası

11 İyun 2025 12:20see116

Kreml Bakının tələbindən yayınmaq üçün buna əl atdı

11 İyun 2025 10:39see115

Bu qurumda İşçi qrupunun sayı artırılıb Fərman

11 İyun 2025 15:52see114

Orta Dəhliz regional əməkdaşlığa geniş meydan açır

11 İyun 2025 09:51see114

İranın cənubunda metanol anbarında baş verən yanğında 3 nəfər ölüb

11 İyun 2025 14:04see113

Baqajına görə təyyarəyə buraxılmadı: Tələb şoka saldı

11 İyun 2025 00:41see112

Rusiya sözün həqiqi mənasında başını itirib

11 İyun 2025 06:36see112

Gəncədə minik maşınları toqquşub

11 İyun 2025 00:22see112

Finlandiya Polşa matçı yarımçıq dayandırılıb

11 İyun 2025 01:00see112

Çerki “Siti”də RƏSMİ

10 İyun 2025 23:06see112

Xarkova kütləvi hücum zamanı yaralananların sayı 50 ni keçdi, iki nəfər öldü KONKRET

11 İyun 2025 09:05see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri